Читать онлайн книгу "Loqo"

Loqo
Ernest Seton-Tompson


Salam, Й™ziz dostum!

Mən heyvanlar haqqında hekayələri sevərək oxudum. Əminəm, sən də çox bəyənəcəksən. Qara mustanqla birgə bütün düzləri keçəcək, onun azadlıq mübarizəsini qürurla izləyəcək, Qumlu təpə maralının ələkeçməz gözəlliyinə vurulacaq, sevimli köpək Binqonun sədaqətinə heyran qalacaqsan. Boz canavar Lobonun ağlı sənə örnək olacaq, Qızılgərdənin vəfası, atalıq duyğusu gözlərini yaşardacaq, boz ayı Vebin inadkarlığı, cəsarəti həyata başqa gözlərlə baxmağa kömək edəcək.




Ernest Seton-Tompson



















Lobo

boz canavarД±n hekayЙ™si









































YORДћA MUSTANQ





I



Co Kalon yəhəri tozun içinə atdı, atları açıb buraxdı və məhmizlərini cingildədə-cingildədə evə girdi:

– Yemək hazırdır?

AЕџpaz stansiya rЙ™isi kimi Г¶zГјnГј tox tutub saata baxa-baxa cavab verdi:

– On yeddi dəqiqədən sonra hazır olar.

Aşpaz sözdə həmişə son dərəcə dəqiq idi, amma işdə heç bir dəqiqlik göstərməzdi.

Co cavab verdi:

– Çox gözəl. Görünür, mal-qara yaxşıdır. Bala heyvan çoxdur. Yolda Ceyran bulağına su içməyə gələn mustanq ilxısına rast gəldim. Onların arasında bir cüt dayça var. Biri xırdaca, qaraca, qəşəng anadangəlmə yorğadır. Onu iki milə qədər qovdum, həmişə qabaqda qaçırdı, bircə dəfə də olsun yerişini dəyişmədi. Maraqlanıb atları qəsdən bərk çapdım, amma o heç yorğa yerişini pozmadı.

Yoldaş Skrat onun sözlərinə inanırmış kimi soruşdu:

– Yolda çox vurmamışdın?

– Heç olmasa sən belə demə, ay Skrat! Keçən dəfə dördayaqlı iməkləyən kim idi? Sən deyildin?

– Yeməyə gəlin! – aşpaz səslənən kimi söhbət həmin saat kəsildi.

Ertəsi gün kovboylar başqa otlağa köçdülər və mustanqlar yaddan çıxdı.

Bir il sonra mal-qaranД± Nyu-Meksiko ЕџtatД±nД±n yenЙ™ hЙ™min yerinЙ™ sГјrГјb gЙ™tirdilЙ™r vЙ™ yenЙ™ mustanq ilxД±sД±na rast gЙ™ldilЙ™r.

Qara dayça ayaqları zərif, ucaboy, böyürləri par-par parıldayan qəşəng at olmuşdu. Bir çox kovboylar bu mustanqın qəribə xüsusiyyətə malik olduğunu gözləri ilə görüb inanmışdılar. Doğrudan, anadangəlmə yorğa idi.

Co da burada idi. Həmin saat ağlına gəldi ki, bu atı tutmaq bəd olmaz. Şərq ştatlarında yaşayanlara belə fikir qəribə görünməzdi, amma Qərb ştatlarında at ucuz olduğuna görə heç kəs vəhşi mustanqlara baş qoşmaq istəməzdi. Onu tutmaq asan deyildi, lap bu mümkün olsa da, axıra qədər vəhşi qalacaq, əsla ram olmayacaq və heç bir fayda verməyəcəkdi.

Bəzi maldarlar mustanqları tüfənglə vurub öldürürlər, çünki yalnız otlaqları kor qoymaqla kifayətlənmir, ev atlarını da özlərinə qoşub aparır və bu atlar tezliklə vəhşiləşib həmişəlik əldən çıxır.

VЙ™hЕџi Co Kalon atlara Г§ox yaxЕџД± bЙ™lЙ™d idi, onlarД±n bГјtГјn xasiyyЙ™tlЙ™rini bilirdi.

– Elə ağ at görməmişəm ki, ram olmasın. Heç bədxasiyyət kəhər at da görməmişəm. Xallı kəhəri yaxşı sürüb öyrətsən, həmişə yararlı olar. O ki qaldı qara ata, eşşək kimi tərs, cin kimi kinli olar. Ayaqlarına caynaq taxsan, lap aslanın da öhdəsindən gələr, – dedi.

Mustanq lap faydasız heyvandırsa, onda qara mustanq on qat faydasızdır. Buna görə də Skrat Conun biryaşar mustanqı ələ keçirmək istəməsində məna görmürdü.

Amma bu il Co heç bir tədbir görməyə müvəffəq olmadı.

Co adi Г§oban idi. Ayda iyirmi beЕџ dollar donluq alД±r, boЕџ vaxtД± az olurdu.

Kovboy yoldaşlarının çoxu kimi birtəhər özünə ranço alıb mal-qara sahibi olmaq arzusunda idi. Öz damğası da var idi və bunu qayda-qanunla Santa Fedə qeydə aldırmışdı. Amma hələlik bu damğa (pis görkəmli çaxçax) bircə qoca inəyin böyrünə vurulmuşdu ki, var-yox sürüsü də elə bundan ibarət idi. Bununla belə Conun istənilən damğasız heyvana öz damğasını vurmağa qanuni haqqı var idi. Payızda, haqq-hesabını alanda isə özünü “şəhərdə gəzmək” həvəsindən saxlaya bilmədi. Buna görə də bütün var-yoxu əvvəlki kimi yalnız bir yəhərdən, bir yataqdan, bir də qoca inəkdən ibarət idi. Amma ümidini itirmirdi ki, əvvəl-axır nəsə “kələk qurub” birdən-birə varlanacaq. Birdən ağlına gəldi ki, həmin bu qara mustanq ona xoşbəxtlik gətirə bilər. Odur ki atı ələ keçirmək üçün əlverişli fürsət gözləməyə başladı.

Kovboylar Kanada çayı boyunca yola çıxıb getdilər. Payızda da Don-Karlos təpələrinə qayıtdılar. Co yorğa mustanq barəsində tez-tez söz-söhbət eşitsə də, atı tezliklə görə bilmədi. İkiyaşar qəşəng qara mustanq indi bütün mahalda məşhur idi.

Ceyran bulağı açıq düzənlikdə idi. Daşanda ətrafını cil basmış xırdaca göl əmələ gətirirdi. Su çəkiləndə dövrəsində qara cildən ibarət böyük zolaq əmələ gəlir, üzərində orda-burda ağ buz ləkələri görünür, ortada, dərin yerdə isə su qalırdı. Bu su axar olmasa da, təmiz və içməli idi. Neçə mil məsafədə başqa içməli su yox idi. Bu düzənlik bir az uzaqlarda, Şimalda deyildiyi kimi prerya inəklərin və ev atlarının otlayıb suvarıldığı yer olsa da, qara ayğırın da sevimli otlağı olmuşdu. Burada, əsasən, “L” və “F” hərflərinin birləşməsindən əmələ gəlmiş damğalı sürülər otlayırdı.

Bu rançonun sahibi ilə şərik olan müdir Foster zirək adam idi. Belə hesab edirdi ki, bu yerlərdə yaxşı cins ev heyvanları bəsləməklə çox qazanmaq olar. Ucaboy, bədənləri qəşəng, gözləri ceyran gözlərinə bənzəyən ona qədər yarıcins madyanı var idi. Onların yanında adi qıllı yabılar lap sısqa görünürdü.

Bu gözəl madyanlardan biri həmişə iş üçün tövlədə qalır, o biri doqquz madyan isə dayçalara süd verib doyurduqdan sonra həmişə azad gəzirdilər.

At həmişə ən yaxşı otlaq axtarıb tapmağı bacarır. Bu doqquz madyan da rançodan iyirmi mil cənubdakı Ceyran bulağına asanlıqla yol tapmışdılar. Sonralar, yayda Foster yoldaşı ilə birlikdə onları axtarmağa gedəndə çox tezliklə madyanları görmüşdü. Amma onların yanında madyanları öz ilxısı kimi qoruyan kömür kimi qapqara ayğır da var idi. İlxının dövrəsində çapır, onları bir-birindən ayrılmağa qoymurdu. Qara rəngi madyanların xınayı rəngindən açıq-aşkar seçilirdi.

Madyanlar ram olmuş atlar idi. Əlbəttə, qara ayğır birdən-birə coşub qəzəblənməsəydi, başlarını aşağı salıb yorta-yorta evə qayıdacaqdılar. Amma qara ayğır sanki vəhşiliyi ilə madyanları coşdurub özünə qoşdu və onlar rançodan gəlmiş yöndəmsiz yabıları özlərindən çox-çox geridə qoyub çaparaq getdilər.

Bu hal hЙ™r iki atlД±nД± bЙ™rk qЙ™zЙ™blЙ™ndirdi. TГјfЙ™nglЙ™rini qapД±b mЙ™lun ayДџД±rД± gГјllЙ™ ilЙ™ vurmaq istЙ™dilЙ™r. Amma gГјllЙ™ni necЙ™ ataydД±lar ki, doqquz madyana dЙ™ymЙ™yib bircЙ™ ayДџД±ra dЙ™yЙ™ydi?

Bütün günü əlləşsələr də, bir şey çıxmadı. Yorğun mustanq – bu həmin at idi – ailəsini gözdən qoymayıb onlarla birlikdə cənubdakı qum təpələri arasında gözdən itdi.

Maldarlar kor-peşman, əldən düşmüş atların belində evə qayıtdılar və and içdilər ki, uğursuzluqlarına bais olan ayğırdan intiqam alsınlar.

BЙ™dbЙ™xtlikdЙ™n yaxЕџД± baЕџa dГјЕџГјrdГјlЙ™r ki, madyanlar, ЕџГјbhЙ™siz, tezliklЙ™ hЙ™min ayДџД±r kimi vЙ™hЕџilЙ™ЕџЙ™cЙ™k.

Qara yallı, yaşılımtıl gözləri parıldayan iri qara at bütün mahalda ağalıq edir, cürbəcür yerlərdən madyanları aparıb dəstəsinə qoşurdu. İlxısını ən azı iyirmi başa çatdırmışdı.

Ona qoşulan madyanların çoxu üzüyola, arıq idi və aralarında ayğırın əvvəlcə apardığı həmin doqquz cins madyan boy-buxununa görə seçilirdi.

Ayğır ilxını elə möhkəm qoruyurdu ki, onlara qoşulan hər madyan artıq tamamilə itmiş sayıla bilərdi. Buna görə də maldarlar tezliklə başa düşdülər ki, mahalda peyda olmuş bu mustanq onlara həddən artıq zərər verir.





II



Bu əhvalat 1893-cü ilin dekabrında baş vermişdi. Bu yerlərə yenicə gəlmişdim. İndi də o tərəfə gedən furqonla Pinyavetitosdakı rançodan Kanada çayına sarı gedirdim.

Foster mЙ™nimlЙ™ vidalaЕџanda demiЕџdi:

– Baxın ha, fürsət düşsə, sərrast atıb o məlun mustanqa bir güllə vurun.

Həmin yorğa barəsində ilk dəfə bu sözləri eşitdim. Ancaq yolda bələdçim Bernsdən həmin atın əhvalatını öyrəndim. Bu məşhur mustanqı görməyi yaman arzulayırdım. Buna görə də ertəsi gün Ceyran bulağına çatıb nə mustanqın, nə də ilxısının oralarda olmağını eşidəndə bir qədər məyus oldum.

Ertəsi gün Alamozo çayından keçib yenə də təpəli düzənliyə çatanda irəlidə gedən Cek Berns birdən atının boynuna yastılanıb mənə sarı döndü:

– Tüfəngi hazırlayın! Ayğır burdadır!

TГјfЙ™ngi qapД±b tЙ™lЙ™sik atД±mД± irЙ™li sГјrdГјm. AЕџaДџД±da, dЙ™rЙ™dЙ™ ilxД± otlayД±rdД±, bir kЙ™narda da iri qara mustanq durmuЕџdu.

Yəqin ki, yaxınlaşmağımızın hənirtisini almış, qulaqlarını şəkləmişdi. Başını, quyruğunu dik qaldırmış, burun pərələri geniş açılmışdı.

Gördüm ki, mustanq çox gözəl atdır, bu düzənlərdə vaxtilə çapmış bütün atların hamısından nəcibdir. Buna görə də belə gözəl heyvanın bir yığın leşə döndərilməsi fikri məni iyrəndirdi.

Cek mЙ™ni tЙ™lЙ™sdirirdi ki, tez atД±m, amma mЙ™n lЙ™ngiyirdim.

Coşqun yoldaşım ləngidiyimə görə məni söyüb danladı. Acıqlı-acıqlı:

– Tüfəngi bəri verin! – deyə tüfəngi əlimdən qapdı, amma lüləni yuxarı qaldırdım və tüfəng guya öz-özünə açıldı.

İlxı diksindi. Qara mustanq kişnədi, fınxırdı və ilxının dövrəsinə çapa-çapa hərləndi. Madyanlar bir yerə cəmləşib toz buludu qaldıra-qaldıra, dördnala yox oldular.

Ayğır ilxının gah bu tərəfi ilə, gah o tərəfi ilə çapa-çapa diqqət yetirirdi ki, heç bir madyan o birilərindən ayrı düşməsin.

Mustanq uzaqlarda gözdən itincəyə qədər gözümü ondan çəkmədim. Mənə belə gəlir ki, o, bir dəfə də olsun, yerişinə haram qatmadı.

Cek, əlbəttə, məni də, tüfəngimi də, mustanqı da söyüb yamanlayırdı, amma mən onun deyinməsindən ləzzət ala-ala, sevinə-sevinə qara yorğanın gözəllik və qüvvətinə heyran olurdum. Yox, apardığı bir neçə madyan üçün atlaz dərisinə qıyıb korlaya bilməzdim.





III



Vəhşi atları tutmağın bir neçə üsulu var. Biri budur ki, atın peysərindən gərək elə vurasan, bir anlığa keyləşsin, onda kəməndi boynuna salasan. Buna “atı keyləşdirmək” deyirlər.

VЙ™hЕџi Co bu Гјsulu tЙ™nqid edib dedi:

– Bəli də! Belə yüzlərlə at beli sındığını görmüşəm, amma bu vaxta qədər bir mustanqın keyləşdiyini görməmişəm.

Bəzən şərait əlverişli olanda ilxını qovub əldən salmaqla tuturlar. İxtiyarında yaxşı atlar olsa, bəzən ilxını qovub ona çatmaq olar, amma ən sadə üsul ilk baxışda nə qədər inanılmaz görünsə də, bundan ibarətdir ki, gərək mustanqı “yorasan” (yəni taqətdən düşənə qədər qovasan).

Yorğasını heç vaxt pozub dördayaq qaçmayan məşhur ayğırın şöhrəti gündən-günə artırdı. Onun barəsində, iti qaçmağından, yerişindən, dözümündən ən inanılmaz əhvalatlar danışırdılar. Buna görə də Üçbucaq rançosunun sahibi qoca Monthomeri Kleytonda Uelsin mehmanxanasında şahidlərin yanında deyəndə ki, bu söhbətlər yalan deyilsə, furqona möhkəmcə qoşulmuş bu ayğıra min dollar verir. On nəfərə qədər gənc kovboy bərk həvəsə düşüb bəxtlərini sınamaq, ağaları ilə bağladıqları müqavilələrin vaxtı qurtarıb azad olan kimi bu işə girişmək istədilər.

VЙ™hЕџi Co hamД±nД± qabaqlamaДџД± qЙ™rara aldД±. Daha vaxt itirmЙ™k olmazdД±. Qulluq vaxtД± qurtarmasa da, bГјtГјn gecЙ™ni ova hazД±rlaЕџmaДџa sЙ™rf elЙ™di.

Co dost-aşnasından kifayət qədər borc pul aldı ki, iyirmi yaxşı minik atı, mətbəxli furqon, üç nəfər: özü, yoldaşı Çarli, bir də aşpaz üçün iki həftəlik yemək ehtiyatı götürməyə çatsın.

Həmin gözəl, yeyinayaq yorğa mustanqı “qovub yormağ”ı möhkəm qərara alıb Kleytondan çıxdılar. Üçüncü gün gəlib Ceyran bulağına çatdılar. Günorta yaxınlaşdığından yorğa mustanqın öz ilxısı ilə bərabər su içməyə bura gəldiyini görəndə heç təəccüblənmədilər.

Co gizləndi və bütün ilxı su içib doyuncaya qədər gözə görünmədi. Çünki yaxşı bilirdi ki, susuz at su içib doymuş, ağırlaşmış atdan həmişə yeyin gedər.

Co gizləndiyi yerdən çıxıb atını sakitcə irəli sürdü. Bulağa yarım mil qalmış, mustanq duyuq düşüb həmin saat ilxısını cənub-şərqə – kolluqlu təpələrə sarı qovub apardı. Co həmin istiqamətdə atını o qədər çapdı ki, yenə həmin ilxını gördü. Sonra geri qayıdıb eyni zamanda sürücü vəzifəsini də yerinə yetirən aşpaza əmr elədi ki, furqonu Cənuba – Alamoza çayının yaxınlığına sürsün. Özü isə yenə mustanqların ardınca cənub-şərqə yönəldi.

İki mil yol gedəndən sonra yenə ilxını gördü. Atını birayaq-birayaq sürüb o qədər yaxınlaşdı ki, ilxı yenə də ürküb cənuba çapdı. Amma Co kəsə yol ilə çapa-çapa getdi və bir saatdan sonra yenə ilxıya rast gəldi. Atlara gizlincə yaxınlaşdı və əvvəlki əhvalat yenə təkrar olundu. Atlar yenə ürküb qaçdılar. Bütün gün beləcə keçdi.

Mustanqlar dairə vura-vura tədricən cənuba hərəkət edirdilər və gün artıq üfüqə əyiləndə Conun hesabına görə Alamozo çayına yaxınlaşmışdılar. Co onları bir də ürküdüb furqonun yanına qayıtdı. Bu vaxta qədər dincəlmiş yoldaşı başqa ata minib ilxını qovmağa davam etdi.

Axşam yeməyindən sonra furqon əvvəlcədən şərtləşdikləri kimi Alamozo çayının yuxarı keçidinə sarı hərəkət etdi və orada gecələmək üçün yerləşdi.

Bu zaman Çarli ilxının ardınca getməkdə idi. Vəhşi atlar ondan daha əvvəlki kimi uzağa qaçmırdılar, çünki, deyəsən, onların ardınca gələn adam hücum etmək fikrində deyildi, buna görə də yavaş-yavaş yaxınlıqda olmasına alışmışdılar. Ala-qaranlıq çökəndə ilxını tapmaq asanlaşdı, çünki ilxının içində qaranlıqda yaxşı seçilən ağ madyan var idi. Həm də ki, ayın aydınlığı idi. Buna görə də Çarli atına arxayın olub yol seçməyi onun öhdəsinə buraxmışdı, sakitcə ilxının ardınca sürürdü. İlxının içində isə ağ madyan kölgə kimi seçilirdi. Axırda bütün bunlar gecənin qaranlığında yox oldu. Onda Çarli atdan düşüb yəhərini aldı, özü isə adyala bürünüb tezliklə yuxuya getdi.

Hava işıqlaşmağa başlayanda Çarli artıq ayaq üstündə idi və yarım mil yol gedəndən sonra ala-qaranlıqda ağ madyanı seçdi, sonra da bütün ilxını gördü. Yorğa mustanq Çarlini görən kimi bərkdən kişnədi və vəhşi atlar qaçmağa başladılar.

Amma elə birinci təpəyə çatanda atlar durub baxdılar ki, görsünlər arxalarınca belə inadla gələn bu adam kimdir. Aradan bir dəqiqə keçməmiş yorğa mustanq işin nə yerdə olduğunu və nə etmək lazım gəldiyini yəqin edib yorulmaq bilməyən yorğa yerişi ilə qara quyruqlu ulduz kimi sürətlə şığıyıb bütün ilxını da ardınca apardı.

Atlar qərbə sarı döndülər. Həmin qaçdı-qovdu oyununu bir neçə dəfə təkrar edəndən sonra günortaya yaxın gəlib dik təpəyə çatdılar. Bu təpə bir vaxt hinduların keşikçi qülləsi olubmuş. Co orada ilxını gözləyirdi. Göyə qalxan nazik uzun tüstü Çarliyə xəbər verdi ki, dincələ bilər. O həmin saat cib güzgüsü ilə cavab işarəsi verdi. Co başqa ata minib ilxının dalınca düşdü. Çarli isə oturub yemək yedi. Bir qədər dincələndən sonra Alamozo çayının yuxarılarına doğru yönəldi.

Ertəsi Co bütün günü mustanqların ardınca düşüb onları elə yola yönəltmək istəyirdi ki, furqon həmin qövsün alt xəttində hərəkət edirdi. Gün batana yaxın o gəlib keçidə çatdı. Burada Çarli onu təzə at və yeməklə gözləyirdi. Co tələsmədən vəhşi atları bütün axşam, hətta gecə keçənə qədər izlədi. Çünki, görünür, ilxı bu zərərsiz təqibçilərin yaxınlıqda olmalarına alışmağa başlamışdı və izləmək daha sadə iş olmuşdu. Bundan başqa, deyəsən, yorğunluq da onlara təsir edirdi. Yaxşı, dadlı otu olan otlaqlar xeyli uzaqda qalmışdı. Bir də ki, onları izləyən atlar çovdarla yemləndikləri halda mustanqlara, əlbəttə, yem verən yox idi. Həmişə gərgin vəziyyətdə olmaq da öz təsirini göstərirdi. Bu hal vəhşi atları iştahdan salır, susuzluqlarını artırırdı. Onları qovanlar mustanqlara tez-tez və bol-bol su içməyə imkan verirdilər. Doyunca su içən at çətin qaçır: ayaqları sanki taxtaya dönür, nəfəsi təngləşir. Buna görə Co atını sulamırdı. Nəhayət, əldən düşmüş ilxının yaxınlığında gecələmək vaxtı gəlib çatanda nə Co özü, nə atı yorulmuşdu.

Səhər açılanda Co mustanqları asanlıqla tapdı. Atlar əvvəlcə qaçmağa başladı, amma tezliklə birayaq-birayaq yeridilər. Cogil bu mübarizəni, demək olar ki, qazanmışdılar. Çünki vəhşi atları izləməyin başlıca çətinliyi bundadır ki, onları hələ yorulmadıqları iki-üç gündə gözdən qoymayasan.

Bütün səhəri Co ilxını gözdən qoymadı və demək olar ki, həmişə onun yaxınlığında idi. Səhər saat onda, Xoze dağının yaxınlığında Çarli Conu əvəz elədi. Bu gün mustanqlar ondan vur-tut dörddə bir mil irəlidə idilər. Özü də daha əvvəlki kimi qaça bilmirdilər.

AxЕџama yaxД±n Г‡arli ata minib ilxД±nД±n dalД±nca dГјЕџdГј.

ErtЙ™si gГјn mustanqlar daha baЕџlarД±nД± aЕџaДџД± sallayД±b gedirdilЙ™r vЙ™ qara yorДџa mustanqД±n bГјtГјn cidd-cЙ™hdinЙ™ rЙ™ДџmЙ™n onlarД± tЙ™qib edЙ™ndЙ™n ayД±ran mЙ™safЙ™ bЙ™zЙ™n yГјz addД±ma qЙ™dЙ™r qД±salД±rdД±.

Dördüncü, beşinci günlər də belə keçdi. İlxı yenə də Ceyran bulağına yaxınlaşırdı. Bu vaxta qədər bütün işlər nəzərdə tutulduğu kimi gedirdi: ilxının təqib olunması böyük qövs halında davam edir, furqon da onun içərisində kiçik qövs halında hərəkət edirdi. Vəhşi at ilxısı bulağa lap yorğun-arğın qayıdırdı. Ovçular isə yorulmamış təzə atların belində gümrah idilər.

Bütün günü axşama qədər mustanqları suya yaxın buraxmadılar. Sonra isə Ceyran bulağa sarı yönəldib doyunca su içməyə imkan verdilər. İndi təcrübəli kovboylar dincəlmiş, yaxşıca yemiş, gümrah atların belində kəməndləri işə sala bilərdilər – xeyli su içib ağırlaşmış atları kəməndə salıb tutmaq çətin olmur.

Bir məsələ olmasaydı, bütün işlər lap əla gedərdi. Bütün bu ov qara ayğırı ələ keçirmək üçün təşkil olunmuşdu, amma o, elə bil dəmirdən idi. Müntəzəm yorğa yerişi qəti dəyişməmiş, ovun birinci günü necəydisə, yenə də elə qalmışdı. Yenə əvvəlki kimi yorulmadan ilxını ardınca aparır, kişnərtisi ilə coşdurur və iti qaçmaqda onlara nümunə göstərirdi. Atlar gücdən düşmüşdü. Qaranlıqda ovçulara ilxını tapmağa kömək edən qoca ağ madyan yarımcan halda artıq neçə saat idi ki, digər atlardan geri qalırdı. O biri madyanlar da, görünür, daha onları izləyən atlılardan qorxmurdu və aydın idi ki, bir azdan Conun əlinə keçəcəkdilər.

BГјtГјn bu zЙ™hmЙ™tin Й™sas mЙ™qsЙ™di ayДџД±ra isЙ™ Й™vvЙ™lki kimi yaxД±n dГјЕџmЙ™k olmurdu.

Conun tünd xasiyyətinə yaxşı bələd olan yoldaşları onun qəfil hirslənib bu məğlubedilməz qara ayğırı güllə ilə vurmaq istəməsinə heç də təəccüblənməzdilər. Amma Co bu fikirdən çox uzaq idi.

Bütün həftə qara ayğırı izləyən Co bir dəfə də görməmişdi ki, at dördayaq qaçsın. Hər yaxşı minici kimi Co da belə gözəl ata məftun olmuşdu və heyranlığı getdikcə artırdı. Bu gözəl heyvandansa, ən yaxşı atını güllələməyə razı olardı.

Görəsən, atı tutmaq üçün vəd edilmış mükafatı almağa dəyərdimi? Co tərəddüd etməyə başlamışdı. Məbləğ az deyildi, amma elə ayğır da bütöv bir kapital idi, çünki ondan gözəl nəsil almaq olardı.

HЙ™r ЕџeydЙ™n Й™vvЙ™l onu tutmaq mЙ™sЙ™lЙ™si vardД±. Ovu baЕџa Г§atdД±rmaq lazД±m idi.

Co ən yaxşı atını yəhərlədi. Bu, şərqdən gətirilmiş cins madyan idi, amma preriyada böyümüşdü. Bu atın bir nöqsanı olmasaydı, Co heç vaxt belə gözəl at ala bilməzdi. Bu yerlərdə loko adlanan zəhərli ot bitir. Mal-qara, adətən, bu otu yeməz, amma təsadüfən bir heyvan bundan yesə, sonra hər yerdə onu axtarmağa başlar. Təsiri bir az morfininkinə bənzəyir. Buna öyrəşən at xeyli özünü normal aparsa da, axırda mütləq quduzluqdan tələf olur. Belə atlara yerli əhali “loko düşkünü” deyir. Conun da ən yaxşı atının gözlərində hərdən vəhşi parıltı əmələ gəlirdi. Bilicilər bunu həmin xəstəliyin əlaməti sayırdılar. Amma güclü, yeyinayaq madyan idi, buna görə də son ov üçün Co həmin atı seçdi.

Co irəli çapıb ilxıya sarı yönəldi. Kəməndi yerə atıb ardınca sürüyürdü ki, hamarlansın. Sonra səliqəli halqalar halında sol əlinə yığıb, ov müddətində ilk dəfə atı məhmizləyib düz ayğırın üstünə çapdı.

Dəlicəsinə çapaçap başlandı. Qorxuya düşmüş madyanlar pərən-pərən olub onlara yol verdi.

Təzə at düzənlikdə dördayağa çapır, irəlidə isə əvvəlki kimi məşhur yorğa yerişini əsla pozmadan ayğır qaçırdı.

Bu, tamamilə inanılmazdı. Co atını çağıra-çağıra, mahmızlaya-mahmızlaya qızışdırırdı. At quş kimi uçsa da, ayğırla arasındakı məsafə heç bircə düym də azalmırdı.

Qara mustanq düzənliyi keçdi. Kol basmış yaylaqdan da ötdü, təhlükəli qumlu dərəyə endi və çəmənlik zolağına gəlib çıxdı. Burada onu baybaklar


hürə-hürə qarşıladı. Onun ardınca çapan Co gözlərinə inana bilmirdi. Ayğır ilə arasındakı məsafə nəinki azalır, hətta, deyəsən, artırdı. Co söyə-söyə atını mahmızladı, hayladı, axırda yazıq atı lap coşdurdu. Heyvanın gözləri hərlənir, başı o tərəfə-bu tərəfə yırğalanırdı. At daha yerə, ayağının altına baxıb yol seçmirdi. Birdən ayağı porsuq yuvasına düşdü. At yıxıldı, onunla bərabər minici də yerə yumalandı. Co yaman əzilmişdi, amma yenə ayağa qalxıb özünü itirmiş atını qaldırmağa çalışdı. Amma madyanın işi bitmişdi: qabaq ayağı sınmışdı. Co heyvanı əziyyətdən qurtarmaq üçün tapança ilə vurub öldürdü. Yəhəri də götürüb düşərgəyə qayıtdı. Hələ də qaçmaqda olan yorğa mustanq isə, nəhayət, gözdən itdi.

Bu halı hələ də məğlubiyyət saymaq olmazdı, çünki madyanlar əllərinə keçmişdi. Co və Çarli onları qova-qova aparıb əvvəlki sahiblərinin fermasına çatdırdılar və əvəzində yaxşı mükafat istədilər.

Co bununla kifayətlənən deyildi. Ayğırı ələ keçirmək xəyalından əl çəkməmişdi. İndi atın bütün üstünlükləri ona yaxşı məlum olduğundan ayğırı ələ keçirmək üçün təzə plan qurmağa çalışırdı.





IV



Bu səfərdə aşpaz Bets idi. O özünü poçt şöbəsində mister Tomas Bets adlandırırdı. Tez-tez ora məktub və pul baratı üçün gələr, amma ona heç vaxt heç kəs heç nə göndərməzdi. Kovboylar onu “hinduşka ləpiri Tom” adlandırırdılar, çünki dediyinə görə, guya Denverdə özü üçün məhz belə damğa qeyd etdiribmiş. Bu damğa hinduşka ləpiri şəklində imiş. Bets deyirdi ki, guya heç kəsə məlum olmayan şimal düzənliklərində otlayan saysız-hesabsız inək sürüləri və atların böyründə bu damğa varmış.

Betsə həmin bu ekspedisiyada şərik olmağı təklif edəndə istehza ilə demişdi ki, indi atların bir düjinini on iki dollara satırlar. Doğrudan da, həmin il at çox ucuz idi, buna görə də o, azacıq da olsa, maaş almağı üstün tuturdu.

Amma yorğa ayğırı bircə dəfə də görən heç kəs ona qarşı laqeyd qala bilməzdi. Hinduşka İzi də belə oldu. İndi o da həmin mustanqı ələ keçirmək xəyalına düşmüşdü, amma bilmirdi, buna necə nail olsun. Bir dəfə Bill Smit adlı bir nəfərə rast gəlmişdi. O, Nal Bill ləqəbi ilə daha çox məşhur idi, çünki damğası nal şəklində idi. Nal Bill ətlə çörəyi yeyib üstündən də dadsız-tamsız qəhvə içəndən sonra dedi:

– Bu gün həmin yorğa mustanqı gördüm, özü də o qədər yaxından gördüm ki, istəsəydim, lap quyruğunu hörə bilərdim.

– Bəs atıb vurmadın?

– Azca qalmışdı atım.

– Yox ha! Ona güllə atmaqdan özünü saxla, – deyə stolun o biri başında oturmuş “qoşa H” damğalı kovboy dilləndi, – Təzə ay doğmamış o ayğırın böyründə mənim damğam olacaq!

– Onda ləngimə, yoxsa ona damğa vurmaq istəyəndə böyründə “nöqtəli üçbucaq” damğası görərsən.

– Ona harda rast gəlmisən?

– Əhvalat belə oldu. At belində Ceyran bulağı yanından keçirdim. Bir də gördüm, qamışların arasında, qurumuş lilin üstündə nəsə uzanıb. Elə bildim, bizim sürüdən ayrılmış inəkdir. Yaxınlaşanda gördüm ki, bir at yanı üstə yerə sərilib. Külək ondan mənə sarı əsirdi, buna görə də lap yaxınlaşa bildim. Bir də nə gördüm? Bu həmin mustanqdır ki, kötük kimi ölüb qalıb! Amma ölü heyvan leşi kimi hələ şişməmişdi. Bir yarası olduğunu da görmədim. Özü də heç leş qoxusu vermirdi. Heç özüm də bilmirdim nə edim. Bir də gördüm ki, milçək qonmuş quyruğunu tərpətdi. Onda başa düşdüm ki, at yatıbmış. Tez kəməndimi çıxarıb həlqələdim, amma gördüm ki, kəndir bir neçə yerdən lap üzülüb. Tapqırım da bircə dənə idi. Fikirləşdim ki, atımın çəkisi min iki yüz girvənkədir. Buna görə də öz-özümə dedim: “Yox, sınmaq lazım deyil! Nahaq yerə tapqırım qırılar, yıxılıbkəllə-mayallaq olaram”. Qamçının sapını yəhərin qaşına vurdum, gərək görəydiniz mustanq neylədi! Yerindən sıçrayıb düz altı fut göyə hoppandı, sonra paravoz kimi fınxıra-fınxıra var gücü ilə çapıb düz Kaliforniyaya qaçdı. Yerişinə haram qatmayıbsa, yəqin, indiyə orda olar. Özü də yorğa yerişini bircə dəfə də dəyişmədi, yalan deyirəmsə, lap elə burdaca yerə girim!

Bu əhvalatı Bill heç də bu sayaq sadə danışmamışdı, çünki o danışanda tez-tez qəliz söyüşlər söyür, həm də dalbadal çeynəyir və udurdu, çünki yaman iştahı vardı, özü də ağzı yeməklə dolu olanda danışmaqdan heç utanmazdı. Hamı ona inandı, çünki Bill doğruçu adam şöhrəti qazanmışdı. Orada olanlardan bircə Hinduşka İzi heç nə demədi. Amma deyəsən, hamıdan artıq diqqətlə dinləyirdi, çünki bu söhbət ona yeni plan hazırlamaqda kömək edirdi.

Yeməkdən sonra qəlyanını sümürə-sümürə bu plan barəsində ağıllı-başlı düşündü. Qərara gəldi ki, tək bacara bilməyəcək. Sirrini açıb Nal Billə söylədi. Beləliklə, yorğa mustanqı tutmaq, başqa sözlə desək, rəvayətə görə, həmin at üçün vəd edilən beş min dolları almaq üçün yeni komanda quruldu.

Ceyran bulağı mustanqın sevimli su içdiyi yer olaraq qalmışdı. Suyun səviyyəsi bir qədər düşmüş, qamışlarla suyun arasında enli zolaq əmələ gəlmişdi. Bu zolağın iki yerindən su içməyə gələn heyvanlar cığır açmışdı. Atlar və vəhşi heyvanlar bu cığırlarla gəlməyi xoşlayırdı, mal-qara isə elə birbaşa qamışlar içindən keçib gəlirdi.

Şəriklər ən çox gözəçarpan cığırın qabağında on beş fut uzunluqda, altı fut enində və yeddi fut dərinlikdə çala qazdılar. İyirmi saat dincəlmədən işləməli oldular, çünki mustanqın iki dəfə su içməsi arasındakı vaxtda bu işi qurtarmalı idilər. İş çox ağır idi. Çalanı qazandan sonra üstünü nazik budaqlarla və torpaqla elə ört-basdır elədilər ki, heç seçilmədi. Şəriklər işlərini bitirib bir qədər aralıda özləri üçün hazırladıqları çuxurlarda gizləndilər.

Yorğa mustanq günortaya yaxın su içməyə gəldi. Tək idi, çünki ilxısını tutmuşdular. İzlərə baxanda məlum olurdu ki, atlar ikinci cığırdan az istifadə edirlər, amma Tom ehtiyat üçün onun üstünü qamışla örtüb basdırdı ki, yorğa mustanq həmin bu çala qazılmış cığır ilə gəlsin.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68475301) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация