Читать онлайн книгу "Gonbul"

Gonbul
Gi De Mopasson


Gi De Mopassan oxucusuna çatdırır ki, kübar cəmiyyətində hər adamın rəsmi əxlaqı arxasında onun gizli əməli əxlaqı gizlənir, rəsmi surətdə o, qadın namusu uğrunda şir kimi vuruşmağa hazır olduğunu bildirir. Daldada fürsət düşən kimi isə qadının şərəfinə toxunmaqda özünü haqlı hesab edir. Lakonikliyi ilə seçilən bu əsərin sonunda qeyd edilir ki, qürurlu və məğrur Elizabet Russe tutduğu əməldən çox peşman olur, utanır və göz yaşlarına sahib ola bilmir.





Gi de Mopassan

GONBUL



Bir neçə gün idi ki, əzilmiş ordunun qalıqları arasıkəsilmədən şəhərin içindən keçib gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqqalları kir-pas içindəydi. Paltarları cırılmışdı. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüblər, nə fikirləşməyə taqətləri qalıb, nə də bir iş görməyə. Ayaq üstə güclə dayanırlar, özləri də bilmirlər ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.

Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücuma keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları: qırmızışalvarlı əsgərlər, müxtəlif polklardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalara güclə çatdıran süvarilərin – draqunların parıldayan dəbilqələri bu qarmaqarışıqlıq içində gözə dəyirdi.

«Məğlubiyyətin intiqamını alanlar», «Ölüm köməkçiləri», «Məzar vətəndaşları» kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib keçirdi.

Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən – ya pulla, ya da uzun bığlarına görə zabit rütbəsi alıb zərbaftalı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri hay-küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqda olan Fransanın yeganə dayağıdırlar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canilərdən, oğrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.

Söz yayılmışdı ki, prussiyalılar Ruana çathaçatdadır.

Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan, çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tərpənib şıqqıltı salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl adamları üç verstlikdən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli odsaçan silahları birdən-birə yoxa çıxmışdı.

Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemerə doğru irəliləyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamıdan axırda isə general, özünün iki yavəri ilə birlikdə, qoşunun arxası ilə pay-piyada sürünürdü. O, tamamilə ruhdan düşmüşdü və pərən-pərən olmuş bu adamlarla nə edəcəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxmayaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsıtmışdı.

Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdan piylənmiş və hər cür cəsarəti itirmiş burjualar, ət qızartdıqları şişləri və iri mətbəx bıçaqlarını prussiyalıların silah hesab edib, onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər.

Elə bil, şəhərdə həyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələrdən səs-səmir gəlmirdi. Bu məşum sükutdan qorxuya düşən və divar dibi ilə kölgə kimi sürünən tək-tük adamdan başqa gözə heç nə dəymirdi.

Gözləməkdən cana gəlmişdilər, istəyirdilər ki, düşmən tez gəlib çıxsın və intizardan canları qurtarsın.

Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra axşamüstü, haradansa çapıb gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir az sonra isə Sen Katrinin döşü ilə qara bir sel axını irəliləməyə başladı. Darnetal və Buaqiyom yolları tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardı eyni zamanda şəhər bələdiyyə idarəsinin qarşısındakı meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələrə doluşdular. Əsgərlərin ahəngdar ayaq tappıltılarından küçələr uğuldamağa başladı.

Şəhər ölü sükutuna qərq olmuş və sakinsiz kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından, müharibə qanunlarına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlicə süzürdülər. Küçələrdə, həmin evlərin divarları boyunca isə hərəkət edən alman əsgərlərinə, yerlilərə tanış olmayan «qığıltılı» səslə komandalar verilirdi. Yarımqaranlıq otaqlarda gizlənən obıvatellər[1 - Obıvatel – ancaq öz mənafeyini düşünən adam (rus.)] insan müdrikliyini və qüdrətini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi məhv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmişdilər. Belə hisslər hər dəfə yaradılmış qayda-qanunlar devrildikdə, təhlükəsizlik hissi itirildikdə, təbiətin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüvvələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, kəndliləri ölmüş öküzləri və evlərini dam örtüyüylə birlikdə aparan yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyənlərin hamısını qıran, qalanlarını isə əsir alan, qılıncının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istəyən qalib ordu – bütün bu dəhşətli fəlakətlər, göylərin ədalətinə və insan zəkasının qüdrətinə bizə uşaqlıqdan təlqin edilən bütün qədim etiqadları və ümidləri büsbütün yox edir.

Artıq qapıları bir-bir döyürdülər. Kiçik dəstələrlə içəri doluşurdular. Hücumdan sonra zəbtetmə başlayırdı. Məğlub olanların boynuna yeni vəzifə düşürdü: onlar qaliblərə mehribanlıq göstərməli idilər.

Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı və hər şey əvvəlki qaydasına düşdü. Prussiya zabitləri ailələrdə ev sahibləri ilə birlikdə süfrə arxasında oturub, rahatca nahar eləməyə başladılar. Bu zabitlərin bəziləri ədəbli çıxır, nəzakət xatirinə Fransanın məğlubiyyətinə acıyır və belə bir müharibədə iştirak etdiyinə görə əzab çəkdiyini söyləyirdi. Fransızlar almanlara bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirirdilər. Bu bir də ona görə edilirdi ki, almanların himayəsinə sığınmaq hər an lazım ola bilərdi.

Zabitlərin qılığına girməklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənası vardı? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuaları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illərində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək, belə bir qərara gəlmişdilər ki, evin içində xarici qəsbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxınlıqdan başqaları xəbər tutmasın. Küçədə almanlara üz göstərmirdilər. Amma axşamlar, evdə onlarla şirin-şirin söhbət edirdilər. Bu mehribanlığa alışan almanlar isə axşamlar özlərini buxarının istisinə verərək oturur, gecəyarısına qədər yerlərindən qalxmaq istəmirdilər.

Şəhər yavaş-yavaş əvvəlki adi görkəmini alırdı. Fransızlar hələ evdən çıxmağa ehtiyat edirdilər, amma küçələrdə Prussiya əsgərlərinin əlindən tərpənmək olmurdu. Bununla belə, öz uzun qılınclarını küçələrdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar[2 - Qusar – macar geyimli süvari əsgər.] bir il bundan əvvəl həmin qəhvəxanalarda kef sürən fransız yeger[3 - Yeger – nişançı polku əsgəri.] zabitləri kimi yoxsul, adi şəhərlilərə həqarətlə baxırdılar.

Bununla belЙ™, havada sezilmЙ™si Г§Й™tin olan aДџД±r, xoЕџagЙ™lmЙ™z, yad bir Й™hval-ruhiyyЙ™ hiss edilirdi. ElЙ™ bil, hЙ™r yerЙ™ hГјcum, basqД±n qoxusu hopmuЕџdu. Bu qoxu evlЙ™rЙ™, ictimai yerlЙ™rЙ™ dolmuЕџdu. YemЙ™klЙ™rЙ™ xГјsusi dad-tam vermiЕџ, insanlarda elЙ™ bir hiss Й™mЙ™lЙ™ gЙ™tirmiЕџdi ki, guya, sЙ™n uzaq-uzaq Г¶lkЙ™lЙ™rdЙ™, qan hЙ™risi olan vЙ™hЕџi qЙ™bilЙ™lЙ™r arasД±nda dolaЕџД±rsan.

Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obıvatellər varlı idilər və onlara dinməz-söyləməz istədikləri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi, balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir zərrəsinin başqasının əlinə keçdiyini hiss edəndə daha çox əzab çəkirdilər.

Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lyö aralıda, çayın aşağılarında, Kruasse, Dyepdal və Byessarın yaxınlığında qayıqçılar və balıqçılar daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da sadəcə, körpüdən başıaşağı çaya atılmış alman paltarlı köpmüş meyitləri dəfələrlə suyun dibindən tapıb çıxarırdılar. Günün günortaçağı aparılan açıq döyüşlərdən daha təhlükəli olan bu hay-haraysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sirli qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meyitlər çox vaxt çayda lillənib qalırdı.

Çünki yadellilərə nifrət hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları həmişə ayağa qaldırır.

Qəsbkarlar öz dəyişməz qayda-qanunları ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların qələbə ilə irəlilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haqqında şayiələr şəhərə yayılmışdı. Bunu görən yerli əhali axırda cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duydular. Onların bəzilərinin fransız qoşunlarının tutduğu Havr limanı ilə böyük pul alverləri vardı. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppaya qədər piyada getmək, orada gəmiyə minmək və sonra özlərini Havr limanına salmaq təşəbbüsündə bulundular. Bu məqsədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də istifadə etdilər və şəhər komendantı onların getməsinə icazə verdi.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/gi-de-mopassan/gonbul-68386255/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Obıvatel – ancaq öz mənafeyini düşünən adam (rus.)




2


Qusar – macar geyimli süvari əsgər.




3


Yeger – nişançı polku əsgəri.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация