Читать онлайн книгу "Tera"

Tera
Zeruya Shalev


Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, 6 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. 2016-cı ildə Azərbaycan dilində nəşr olunan “Sevgi Həyatım” romanı həm İsraildə, həm də dünyada müəllifə şöhrət qazandırıb, 21 dilə tərcümə olunub.





Zeruya Ећalev

Tera





1


Mən öldüm, deyə təlaşlı bir səslə bağırır, cılız bədəni qarşımda çırpınır, mən həqiqətən öldüm, əbədi öldüm, tükdən sallanan və hər an düşəcəkmiş kimi təsəvvür yaradan sütdişləri görünürdü. Mən sadəcə, xəyalam, deyərək mahnı oxuyur, bu qədər zamandır yuxu görürsən və sonunda övladının belə olmadığını anlayırsan. O bir anlıq susur və qızarmış gözləriylə diqqətlə üzümə baxır, dəhşətə gəlməyim onu əyləndirir.

Ətrafını parlaqlığını itirmiş xəzləri və baxışlarındakı sonsuz ümidlə, dərisi doldurulmuş heyvan müqəvvalarının yaratdığı bir mühit sarmışdı. Sabun köpüyündən əmələ gəlmiş şarlar kimi onların arasında atılıb-düşür, kağızdan kəsilmiş bir ürək asılıb sinəsinin üstünə, yeni qadın müəlliminin onun kim olduğunu bilməsi, onu kimsəylə səhv salmaması, başqa uşaqların və ətrafını sarmış olan divarların da onun adını əzbərləməsi üçün adı kağızın üzərinə böyük həriflərlə yazılmışdı. Hələ çılpaq olan o divarlar, yalnız bir neçə gün içində qədim insanların mağarasında olduğu kimi torpağın, qanın və kömürün rənglərində heyvan və bitki rəsmləri, qəhrəman cəsarəti ilə dolu fantaziya səhnələri ilə əhatə olunacaq.

Dodaqlarımı bərk sıxıram. Kənarları yüngülcə yanmış quru rezinin dadı yapışır dodaqlarıma, sıx tüstünü bizə göndərirmiş kimi bir küncdə yaranmış yanğının qoxusu sanki bütün evə yayılır. Gözlərimi kitab rəflərindən çəkə bilmirəm. Hələ dünənə qədər yetərincə dolu idi, indi isə içlərindəki boşluqlar dərinləşir, geridə nə qədər az şey qoyuruq, illər boyunca sakitcə bizi seyr etmiş kitablardan geriyə sadəcə, bozumtul toz qalır.

Mənim ona olan diqqətimi həmişəlik itirdiyini düşünərək bir ora, bir bura gedir önümdə, yenə sözlərinə qüvvət verir, sən ölüsən, deyir sevinc dolu bağırtılarıyla, həqiqətən, ölüsən, əbədi ölü, yaşadığını xəyal edirsən, sadəcə, bu ev gerçək ev deyil, oradakı oturacaq gerçək deyil, mən də həqiqət deyiləm, sən hər şeyi, sadəcə, xəyal edirsən. Tezliklə hər şeyin xəyal olduğunu sən də görəcəksən.

Qısaca kəsilmiş dırnaqlarıyla hər zaman kirli, balaca əlləri havada çırpınır, mənə çatmağa çalışdığını düşünərkən, sanki məğlub olmuş kimi qarşımda xalçanın üzərinə dizləri üstə çökür, başını dizlərimə qoyacaq deyə düşünürəm, lakin tez ayağa qalxır, Teddi adlı ayı oyuncağı götürüb var gücü ilə mənə tərəf atır. Və beləcə, onu qısqandırmaq üçün özümə və ona, onun günahsızlığının təsəllisini geri verə bilməkdən ötrü sarı tüklü yumşaq ayını tutub bağrıma basıram Onu mənə ver, o mənimdir, deyərək oyuncaq ayını istəyir, onu mənə atam Şotlandiyadan gətirib. Amma mən ayını arxamda gizlədirəm, Şotlandiya deyə təkrarlayıram və səsim illərdir danışmırammış kimi boğuq çıxır. Mənə tərəf gəlir və uşaqlıqda olduğu kimi onu qucaqlamağımı istədiyini düşünürəm, bu haldan təsirlənib qollarımı ona açıram, amma o üzərimə atlayıb gizlətdiyim Teddini zəfər çığırtıları ilə məcburi şəkildə çəkib məndən alır. Səni aldatdım deyə bağırır, birdən-birə gözləri xaincəsinə parıldayır və otaqdakı masanın ətrafına fırlanmağa başlayır. Şotlandiyalı Teddi, deyə titrəyən səsiylə bağırır, mən, sadəcə, xəyalında sənə aidəm.

Sanki ilk dəfə görürmüşcəsinə təəccüb dolu gözlərlə ona baxıram, qatı şübhəyə yer buraxmayan varlığı məni bu sabah həmişəkindən daha çox təəccübləndirir, əsl uşaq belə görünür, xəyal deyil, nağıl qəhramanı deyil, şirin olma səbəbi ilə zaman-zaman dişlənən bir məhəbbət meyvəsi. O möcüzəvi oyuncaq deyil, özü ilə reallıq arasındakı divarları coşqulu sevinc dolu nidalarıyla, yumruqlarıyla sökən bir uşaqdır. Son altı ildə onun haqqında yığdığım bütün məlumatları xatırlamağa çalışıram, onların içində son dərəcə mühüm olanları seçib ayırıram, önəmli detalları xüsusilə nəzərə alıram, çünki çətin və qarışıq araşdırmada olduğu kimi bu detallar həlli yolunu tapmaqda kömək edə bilər: Saçlarını kəsdirməməkdə inad edir, yatarkən qıvırcıqları üzünü örtər, yeriyərkən yemək yeməyi sevir, qollarını yelləyər, vəhşi bir heyvanın iştahıyla yemək yeyər və qaranlıq olanda alnındakı qırışlardan tanınar, narahatçılıqdan kürəyi donqarlaşar, bütün təhlükələri ilə gələn gecəni necə keçirəcəyini düşünərək narahat olar, lakin səhərləri sevinclidir, sanki qələbəsi dəqiq və qüsursuzdur. O, dərisi doldurulmuş heyvan müqəvvalarına özünün uşaqlıq geyimlərini geydirib onları ailələrə ayırır və hər birinə özünəxas və qarışıq ailə əhvalatı verir.

Bizim foto albomlarda yalnız özünü axtarar. Onun olmadığı şəkilləri gördükdə gözləri yaşla dolar, iştirak etmədiyi məclislər onu qəzəbləndirər, doğulmamışdan öncə olan hər şey onun üsyan səbəbidir. Mənim bişirdiyim və onun heç yemədiyi kekslər, bizim yaşadığımız və onun heç dada bilmədiyi qarlı günlər, onun doğumundan öncə etdiyimiz və onun iştirak etmədiyi bütün səyahətlər, xüsusilə təyyarə ilə onsuz uçmuşuqsa. Mən harda idim o vaxtlar, bətnindəmi, – deyə küskün əda ilə soruşar. Sanki bətnimdə olsa belə heç nəyə baxmayaraq o əyləncəli anlara qatılması mümkünmüş kimi soruşar məndən və mən “yox, bətnimdə deyildin” desəm acılar içində qıvrılacaq, “elə isə bəs mən harada idim” deyə soruşar və var olmama düşüncəsinin onu incitməməsi üçün tez onu sakitləşdirməyə çalışıram, sən mənim qəlbimdə idin, doğulduğun gündən bəri qəlbimdə idin. O, yaşamış olduğu bu qısa həyatın ciddi və çalışqan tarixçisidir, xatirələri müqəddəs hesab edir, iştirak etdiyi hər hadisə qeyri-adi bir məna qazanar, detalları təkrar-təkrar vurğulayır, saat neçədə dünyaya gəldim, məni ilk kim gördü, öz körpəlik şəklini görəndə, bu mənəm, deyə sevinclə bağırar, şəklimi kim çəkdi, kim aldı mənə bu bereti, lakin bunları soruşan zaman utanar, “hər şeyi xatırlayıram, sadəcə, elə belə soruşuram” deyər. Həmçinin mən doğulmadan öncə də hər şeyi xatırlayıram, sənin qəlbində kiçik pəncərə var idi və mən oradan çölə baxıb hər şeyi görürdüm, hər şeyi.

İşıqda yatar, pəncərəsinin altında üç gecə lampası olar, yatağı dərisi doldurulmuş heyvan müqəvvaları ilə doludur. Hay-küy salaraq oyanar, baxışları heyvan müqəvvalarının baxışlarına bənzər, qeyri-sabit, saf, ümid dolu. Əşyalarına, köhnə əmzik, uşaq paltarları, hörgü lentlərinə həddindən artıq sahiblənər, sanki keçmişə geri dönəcək və o əşyalardan bir daha istifadə edəcək. Dəyişikliklərə nifrət edir və baş vermiş hər hansı bir hadisəni məcburi bir alışqanlığa çevirər. Hər hansı bir əyləncə parkındakı gəzintimizi, gecə yatmadan öncə oynadığımız yaddaş oyununu günün sonunadək təkrar etməliyik. Oynayarkən kiminsə ona baxmasından xoşlanmaz, gün şüalarının onun gözlərini qamaşdırmasına nifrət edər, üzməyi bilməz, ayaqqabılarının bağını bağlaya bilməz, velosiped sürməkdən qorxar. Onun valideynləri dünən ayrıldılar.

Bəri gəl, Gili, deyirəm, sən tullanıb düşdükcə başım fırlanır, amma o məni çoxdan unudub, fikri qapıdadır, kimsə açarla qapını açmağa çalışır. Qorxaraq, “ana, bu oğrudur”, deyə pıçıldayır, xalçanın üstünə səpələnmiş heyvan müqəvvalarına baxır, görəsən, oğru hansını aparacaq, o hansı heyvandan ayrılmaq məcburiyyətində qalacaq. Ayağa durub qapıya tərəf gedirəm, bu açarları hara qoymuşam deyə düşünərkən anidən qapı açılır. Ata, sənin oğru olduğunu fikirləşdim, deyə Gili sevinclə qışqırır. Sanki bir cinayətkar dəstəni məğlub etmişcəsinə yersiz olan qorxusu bir qalibiyyət və rahatlama ilə əvəzlənir. Üzümdəki sevinc dolu ifadəni gizlətmək üçün sərt bir şəkildə – Amnon, içəri necə girdin, deyə soruşuram, açarları evdə qoyub gedəcəyinlə bağlı razılaşmışdıq. Günahsız kimi, sənə ikinci açar lazım idi, verdim, amma onu sənə verməmişdən qabaq özüm üçün açar çıxartdırmışdım, yoxsa oğlumun evinin açarları məndə olmamalıdırmı, – deyə Gilinin başından öpərək gözucu mənə baxdı. Deyək ki, axşamları aşağıdan keçərkən onun ağladığını eşidirəm və yuxarı çıxıb yanına gələ bilmirəm. Ya da deyək ki, pəncərədən yanğın olduğunu görürəm və o yanğını söndürmək üçün evə girə bilmirəm. Gili böyük coşqu ilə atasını dəstəkləyir: düz deyir, ana, mənim heyvanlarım da yana bilər, yoxsa sən mənim Şotlandiyalı Teddimin yanmağını istəyirsən?

Dərindən ah çəkirəm, bunu sonra müzakirə edərik indi isə onu məktəbə apar, yoxsa ilk gündən gecikəcək. Amnon könülsüzcəsinə və küskün halda mənə baxır, dayan görüm, sənə nə olub, sən qəhvəni çoxdan içmisən, amma mən hələ içməmişəm. Heç soruşma, bir dəqiqə belə yatmamışam, evdəki soyuducu buldozer kimi səs salır, deyə mızıldanır. Təəccüblə ona baxıram, etdiyi bu söhbətlərə heç bir məna verə bilmirəm, yoxsa bütün ağrı-acılarının günahkarı mən olduğumu unudub, əgər unutmayıbsa, niyə indi məni günahlandırmadan dərdlərini mənimlə bölüşür?

Gili qürurla soyuducunun önünə keçir və satış mütəxəssisi kimi soyuducunu açıb atasına göstərir, ata, əgər elədirsə o zaman bu gün bizdə qal, bizim soyuducumuz səs salmır. Ata, bizim soyuducumuz səssizdir, o səni oyatmayacaq, mən də oyatmayacam, bir az dayandıqdan sonra o söz verir, mən sizi bir daha gecə oyatmayacam. Gili, biz sənə demişik axı, bizim ayrılmağımızın səbəbi sən deyilsən, nə də bizi gecə oyandırmağınla bağlı deyil, valideynlər öz aralarında olan problemlərə görə ayrılırlar, uşaqlarına görə deyil, əksinə, onlar övladlarını dünyada hər şeydən çox sevirlər. Bu aldadıcı, avtoritar, şüurlu valideyn kəlməsinin ardında gizlənmək necə də asanddır, ana və ata deyil, atan və mən deyil, biz deyil, biz ikimiz, valdeyn sadəcə, Amnon və Ella kimi deyil.

Gili, gedək, deyirəm, lakin Gili yoxdur, o, otaqdan “mən buradayam” deyə səslənir, “mən sehirbazam” deyə içəri girir, başında sehirbaz papağı və əlində mavi sehirbaz çubuğu var. Bu kostyumu Talya ilə Pərilər bayramından öncəki endirimli günlərdə aldığımızı xatırladım, ətrafımızda qadın və uşaqların çoxluq təşkil etdiyi yerdə heç nə eşitməmək mümkün olmadığı halda mən Talyaya aydın başa düşüləcək şəkildə bir şeylər deyə bildim və Talya əli ilə ağzını tutub, Ella, sən normal deyilsən, deyə bağırdı, qəti onu tərk etməyi düşünmə, yoxsa oğlunun həyatını məhv etmək istəyirsən?

Mən böyük sehirbazam deyə, Gili bir daha bağırır, papağı böyük olduğu üçün alnına düşür, Rabbi kimi bizim qarşımızda dayanıb, bizə inanmaq və öz əsası ilə bizi evləndirmək istəyən cücə Rabbi. Amnon əsəbləşərək onun üstünə qışqırır: Məktəbə bu formada gedəcəksən? Dəli olmusan, bu gün Pərilər bayramı deyil, tez ol bu axmaq geyimi əynindən çıxart! Gili mübahisə etməyə başlayır, “mən bu geyimdə getmək istəyirəm” deyir və gözləri yaşarır, mən tez onu sakitləşdirməyə çalışıram, burada nə var axı, heç nə olmaz, o bu geyimdə gedə bilər, və o an onun sinifə daxil olarkən bütün sinifin ona gülməsi gözümün önündə canlandı, bayramsız bir sehirbaz, sehirbazlıq edə bilməyən sehirbaz deyə bir anlıq gülərək onu əzmələrini düşündüm.

Lakin onlar gedərkən Gili atasının qucağında taxtda otururmuş kimi qürurla oturmuşdu, ikibaşlı məxluqa bənzəyirdilər; bir baş saçsız, digəri papaqlı. Pilləkənlərdən enərək qaranlıqda izləri itdi, sakitcə çox zəif eşidilən ayaq səslərini diqqətlə dinlədin. Sanki evə, həqiqətən, bir oğru girmiş kimi bir hiss oyandı məndə, tamahkar və sürətli, yığdığım hər şeyi, nəsillərdən qalan bütün ailə xəzinələrini gözümün önündəcə talan edib mənə yalnız boş siyirtmələr qoyan oğru. Bomboş rəflər, yataq otağındakı darmadağın olmuş örtüyün arasındakı uşaq pijaması, yenə o anı düşünürəm, birdən-birə bir ailə olduğumuzu, körpə Gilini borc aldığımız uşaq arabasında bu evə gətirdiyimiz anı xatırlayıram. Ayaqları yalındı, çünki Amnon bir üst və bir tulum əvəzinə iki pambıq üst geyimi gətirmişdi. İkisiylə birlikdə yataqda uzanmaq, yeni ailəmin üstünü zərif bir örtüklə örtmək üçün çəkdiyim o güclü həsrəti düşünürəm, mən bir tərəfdə, o isə digər tərəfdə, ortada körpəmiz, ikimiz də onun zərif bədənini sevgi ilə sığallayırıq, payız günəşi də xəfifcə yataq örtüklərinin arasından gizlincə süzülüb şəffaf istisiylə barmaqlarımızın uclarına toxunur.

Amma hər şey bu cür davam etmədi, artıq bir ailə deyilik və bir daha ailə olmayacağıq. Belə görünür ki, bu ayrılıqla qəflətən bir dördlü olduq. Mən və mənim Gilim, Amnon və onun Gilisi. Gili mənimlə ayrı, onunla ayrıdır, bu cütlük uşaq böyüdükcə bir-birilərindən daha da uzaqlaşacaqlar. Gilinin bir hissəsi mənə aid deyil və mənə elə gəlir ki, o ikiyə bölünüb, hansı tərəfi seçirsən, ana, üstü yoxsa altı, sağı yoxsa solu, çünki mən daha tam və bütün olmayacam, mən tam görünsəm də, bir hissəm sənin yalnız xəyal gücünün məhsulu olacaq.

Talya dedi ki, bu, ömür boyu sağalmayacaq bir yaradır. Kömür qarası kimi gözləri ittihamedici baxışlarla mənə zillənmişdi, qucağında kostyumlar üst-üstə yığılmışdı : sən Gilini və özünü yaralayırsan, Amnonun yoxluğunda daha çox çətinlik çəkəcəksən, insan ərini boş yerə necə tərk edə bilər axı? Onu gözləyən kimsə yoxdursa qadın hara gedə bilər? Bir ailəni bu qədər asan necə parçalaya bilər axı? Asan deyil, Talya, dedim ona, asan olmadığını çox yaxşı bilirsən. Sənin ağzından çıxanı qulağın eşitmir, – Talya güşətə getmədən dedi, neylondan olan kostyumlar əlindən sürüşdü, mən də hipnoz olmuş kimi onlara baxdım. Hansı kostyum düşəcək, gəlinlik düşərsə, bu mənim evliliyimin mənasız olduğuna bir işarət olsun, gecənin karliçası düşərsə ayrılmağımızın mənası olduğuna işarət olsun. Talya ikisinin də düşməsinə əngəl oldu, insan ərini romantik yuxularına görə atmaz, deyərək qərarını açıqladı, kostyumlara baxan qadınlar maraq dolu baxışlarlarla bizə baxdı, onlar mənim həyatımla bağlı fikir bildirib, qərar verməyə hazır idilər. Talyanın qolundan tutub oradan uzaqlaşdırdım: – Niyə belə qışqırırsan? Bir az yavaş ol, görənlər səni tərk etdiyimi düşünər, – dedim.

Evə gələndən sonra ona bunların yuxu olmadığını izah etməyə çalışdım, bu tamamilə başqa bir şeydir, bu hava kimi bir şeydi, mən havasız qaldım, sadəcə, onsuz olmaq istəyirəm, mübahisələrdən, davalardan, günahlandırmalardan uzaq, qəlb qırmaq və qəlbimin qırılmasını istəmirəm, artıq məyus olmaq və məyus etmək istəmirəm, bu uyğunsuzluqlardan, dayanmadan sumbata kağızı kimi sürtünüb bir-birimizi yaralamaqdan bezdim, yoruldum artıq, bütün bunlara niyə dözməliyəm, de görüm, niyə dözməliyəm?

Əsəbi halda uşaq kimi dırnaqlarını gəmirdi: – Məni inandıra bilmədin, uşağınız olmasaydı, mən bunun çox da önəmli olmadığını deyə bilərdim, amma indi Gilinin altı yaşı varkən Amnonu, sadəcə, sənin əsəblərini korladığı üçün tərk etmək…

Onun sözünü kəsdim, sadəcə, əsəblərimi korladığı doğru deyil, o məni boğur, mənə əzab verir və məni gücsüzləşdirir, əvvəllər ona heyran idim, indi isə ağzından çıxan hər söz mənə mənasız gəlir, bunlara səbəb, sadəcə, onu sevməməyim deyil, mən ona daha hörmət belə etmirəm. Onun tələblərindən və şikayətlərindən təngə gəlmişəm, o, həyatı ilə barışa bilmir və bunun günahını məndə görür. Gili doğulandan vəziyyət daha da pisləşdi, ikisinə də baxmağa gücüm və istəyim yoxdur. Bir halda ki seçim etməliyəm, o zaman mən Gilini seçirəm, onsuz da onu tək böyüdürəm. Amnonun və bizim həyatımızın dəyişməyəcəyini anlamaq illərimi aldı, mən daha belə bir həyat yaşamaq istəmirəm, bunu istəməmək mənim haqqımdır.

Sən haqdan danışırsan, mən isə sənin vəzifələrindən, mən ailənin müqəddəs olduğu düşüncəsi ilə böyümüşəm, dar düşüncəli olduğumu düşünə bilərsən, amma bu mənim üçün əsas qaydalardan biridir və sənin bunu iş işdən keçəndən sonra başa düşməyindən qorxuram. Sən bir ailəni dağıdırsan, Ella və bunu niyə etdiyini belə bilmirsən, bunu etməklə çox şey itirəcəksən və heç nə qazanmayacaqsan. Bəsdir, Talya, sakit ol, dedim, elə günü sabah məhkəməyə qaçmaq fikrim yoxdur, hər şeyi ətraflı düşünürəm, ilk adam sənsən ki bu düşüncələrimi paylaşıram. Sonuncu adam olacağıma ümid edirəm, Talya dedi, görəcəksən, keçib gedəcək, bu bir növ virusdur, sanki ərlərimizdən ayrılsaq, hər şey yaxşı olacaqmış, bizə elə gəlir, amma bu əsla belə deyil, unut bunu, Ella.

Gilinin heyvan müqəvvalarını yığıb onun yatağına aparıram, təəccüblüdür, bu külək haradan əsir axı, pəncərələr də bağlıdır, onlar getdikdən sonra qapını da bağlamışdım, amma indi açıqdır və bu zaman Amnon cəld içəri keçib qapını bağladı. Gilini görməyincə təlaşlandım. Amnon, nə olub? Gili haradadır?

Məktəbdə, başqa harada ola bilər ki, – deyə gülümsəyərək cavab verdi, qapıya söykənərək mənə nəzər yetirməyə başladı. Amma mən buradayam və sənə qəhvə gətirmişəm, bunu deyərək qəhvəni mənə uzadır.

– Amnon, mənə cavab ver, sənin burada nə işin var? Hər dəfə olduğu kimi yenə də boşuna mübahisə yaradırsan, səni başa düşə bilmirəm, Ella, bura tez-tez gəlməli olduğumu sən dedin və üstündən heç yarım saat keçməyib və sən nə dediyini artıq unutmusan, elə deyil?

Yox, elə deyil, bu haradan çıxdı, mənim işim var və sənə indi bura gəlməli olduğunu demədim. Əlbəttə, dedin, bu mövzunu sonra danışarıq dedin, indi yadına düşdü? Məni bura söhbət etmək üçün özün çağırmısan.

– Amnon, bu mövzunu danışarıq deyəndə mən bu günü nəzərdə tutmurdum, mənim görüşüm var və indi bu söhbətə ayıracaq vaxtım yoxdur.

ЖЏsЙ™blЙ™ Й™lindЙ™ki qЙ™hvЙ™ni alД±b mЙ™tbЙ™xdЙ™ki masanД±n ГјzЙ™rinЙ™ qoydum.

Görüşün nə vaxtdır? – deyə sakit addımlarla mənə yaxınlaşaraq soruşur, gözləri bir neçə saniyəlik toyumuzda hədiyyə olunan saata sataşdı, mən onu ilk dəfə görəndə qazıntı yerindən tapılan tozdan bozarmış saxsıların arası ilə də belə addımlayırdı, hər hərəkətimizdə həkimlər kimi diqqətli olmalı idik, o bunu tez-tez vurğulayırdı, mən o qazıntı yerində öz mağarasından oğrun-oğrun baxan heyvan kimi ona baxırdım və mənə fikir verməsi üçün dua edirdim.

Bir saata, bir də kədərli mavi gözlərinə narahatlıqla baxaraq deyirəm, nə üçün soruşursan? Elədirsə, deməli, yetərincə vaxtımız var, boz köynəyinin düymələri aralanıb və qızarmış sinəsi görünür, geri çəkilərək mətbəx stoluna dəyənədək ondan uzaqlaşıram, hələ də isti olan qəhvələrə dəyərək onları aşırdıram, köpüklü qəhvə masanın üstünə aşaraq üstümə dağılır. Dəymə, mən sonra təmizləyərəm, deyir, sanki bütün öhdəlikləri ilə bu ev hələ də onundur. İslanmış şalvarımı dartışdırıram, gözəl ətirli, isti maye yandıraraq ayaqlarıma yayılır, amma sanki qəzəb içimdə daha tez yayılır. Niyə qəhvə gətirdin? – deyə deyinirəm, daha doğrusu, niyə gəldin axı, bax sənə görə oldu. Yekə və kobud bədəninə baxmaqda çətinlik çəkirəm, onun varlığı mənə əziyyət verir, təzəcə duş qəbul etmişdim, indi yenə duşa girməli olacam, çoxdan hazır olduğum halda yenidən paltar dəyişməliyəm, Talya burada olsaydı bu uyğunsuzluğun necə əziyyət verdiyini, mövzu, sadəcə, şalvar dəyişdirmək olsa və başqa heç nə olmasa belə, azadlığın necə sərhədləndiyini, nəhayət, başa düşərdi.

Paltarımı dəyişmək məcburiyyətindəyəm, deyərək, yataq otağına addımlayıram, amma o da arxamca gəlir və qarderobun önündə dayanır, nəfəsi yaxınlaşır, “icazə ver sənə kömək edim”, deyərək aşağı əyilir və dar şalvarımı çıxartmaqla məşğuldu, dili ilə qəhvə damlalarını yalamağa çalışır, isti nəfəsini bədənimdə hiss edirəm və ondan uzaqlaşmağa çalışıram. Burax məni, Amnon, sən nə edirsə? Səni təmizləyirəm deyir, – pıçıltıyla deyir, – təmiz olmaq istəyirdin, elə deyil? Bəsdir, Amnon, ikimiz üçün də hər şeyi çətinləşdirirsən, burax məni, aramızdakı hər şey bitti, öldü, həmişəlik öldü.

Dodaqları ilə ayaqlarıma toxunaraq yuxarı doğru qalxır, sənin üçün ölə bilər, amma məndə heç nə ölməyib, zəli kimi yapışıb ayaqlarıma, nəyə görə sənin istəyin mənimkindən daha üstün olmalıdır? Sən kimsən axı? Bu mövzuları müzakirə edib bir-birimizi başa düşdüyümüzü fikirləşirdim, məni məcburi yanında saxlaya bilməyəcəyini anladığını düşünürdüm. Sakit ol, deyə pıçıldayır, mən nə etməli olduğumu səndən soruşmuram, eynən sənin mənə nə edəcəyini soruşmadığın kimi.

Məni rahat burax, Amnon, – onu itələyərək uzaqlaşdırmağa çalışıram, – burax, paltarımı geyinməliyəm, vaxtım yoxdur, əllərimi uzadıb dolabdan şalvar götürməyə nail oluram, amma ayaqlarım yenə də onun qolları arasındadır, onun əlindən çıxmağa çalışıram. – Bəsdir, Amnon, səni istəmirəm, bunu başa düşmürsən, artıq səni istəmirəm.

Amma sən mənim arvadımsan, biz evliyik, – deyə mızıldanır, gözləmədiyim halda əllərini boşaldır və mən cəld əllərindən çıxıb üzərindən adlayıram.

Təəccüblüdür, o heç bir reaksiya vermədi, hələ də dizləri üstə başını aşağı əyərək dayanıb, pambıq boz köynəyindən görünən tər damcıları köynəyi bədəninə yapışdırıb, hipnoz olunmuş kimi onlara baxıram.

– Sənin köynəyini yuyan, onları günəşin altında asqıya sərən, dolaba qoyan şəxs mən olmayacam, onun yeri bu dolab olmayacaq, o köynəyin taleyinin məsuliyyətindən xilas olmaq içimi qəflətən əvəzsiz bir sevinclə doldurur, sanki bütün illər boyu xoşbəxtliyimi əlimdən alan, sadəcə, bu köynək idi.

– Amnon, qulaq as, sənlə qalmağım üçün məni məcbur edə bilməzsən, mən daha belə yaşamaq istəmirəm, dəfələrlə səninlə danışmağa cəhd etdim, amma sən məni heç dinləmədin və indi çox gec olduğu halda məni dinləməyi qərara almısan.

O, cavab verməyincə arxamı ona çevirib Gilinin otağına keçirəm və taqətdən düşmüş halda onun yatağına otururam. Müqəvvalara baxıram, duşa girib qapını bağlamaq əvəzinə Gili kimi onları ailələrə ayırıram, erkək şir, dişi şir, bala şir, erkək pələng, dişi pələng, bala pələng, birdən onun sevdiyi ayısının olmadığını görürəm, yəqin dağınıq yatağın içindədir deyə düşünürəm, yatağa baxıram, yatağın altına baxıram. Nə axtarırsan? – deyə soruşur.

– Şotlandiyalı Teddini, – cavab verirəm, – o maşındadır, Gili mənimlə olanda oynamağa nəsə olsun deyə onu götürdüm, ayağa qalxıram, amma Gili onsuz yata bilmir, nəyə görə ayı səndə qalmalıdır, ailəni bu qədər asan parçalaya bilməzsən. Ah, yox, deyə istehzalı ifadəylə baxır və deyinir: sən bir ayının ailəsinə qıymırsan, amma bizə qıyırsan, elədir? Yəqin ki, fikirlərin qarışıb, əslində əksinə olmalıdır. Bəlkə də sənin qəlbin oyuncaqdır, burada olan heyvanlar kimi, gəl deyərək mənə tərəf yaxınlaşır, əllərini uzadıb koftamı cırır, gəl birinci və axırıncı dəfə baxaq görək orada nə var, oyuncaq bir qəlb, xarab olmuş oyuncaq qəlb, – deyib məni dağınıq yatağa itələyir, – sənin qəlbini təmir edəcəm, yeni bir qəlb taxacam sənə, məni sevəcəksən, əvvəlki kimi sevəcəksən.

Mən uşaq olarkən mənim ərim yox idi. Balaca dar yataqda tək yatıb tək oyanardım, mən məktəbə gedəndə və məktəbdən evə dönəndə də ərim yox idi, mən tünd rəngli iş masamın arxasına oturub ev tapşırıqlarını yerinə yetirəndə, pəncərəmin yanındakı yatağa uzanıb ayı seyr edərkən də ərim yox idi.

BaЕџД± Г§iynimdЙ™ Й™llЙ™ri isЙ™ ГјrЙ™yimin ГјstГјndЙ™dir, mЙ™nЙ™ izn ver deyЙ™ inlЙ™yir, izin ver qЙ™lbini tЙ™mir edim.

Tünd pərdə günəş şüalarını qaranlıq işığa çevirir, bu, az sonra baş verəcəklərin ilk işarəsi idi. Baxışlarım divarda gəzir, bir cüt kədərli gözlər Gilinin son ad günündə çəkilmiş şəkildən baxır, bizim etdiklərimizə şahidlik edir və mənə elə gəlir ki, bu şəkil bir neçə həftə öncə çəkilməyib, sanki gələcəkdə çəkilmiş bir şəkildi. Amnonun kobud əlləri üzümdə gəzişir, yanaqlarımı sıxır, boynuma sığal çəkir, sanki onun əlləri bir tikanı çıxardırmış kimi verdiyim ayrılma qərarını bədənimdən dartıb çıxartmağa çalışır. Daha onun əlindən çıxmağa cəhd etmirəm, çünki bədənim onun ağırlığından əzilir və bunun səbəbi, sadəcə, onun bədəninin ağırlığı deyil, birlikdə yaşadıqlarımızın, ailə olaraq keçirdiyimiz günlərin, onu ilk dəfə Tel İsraildə gördüyüm andan Qüdsdəki bu ana qədər keçən hər günün, hər bir ilin ağırlığı, sevginin ağırlığı, düşmənçiliyin və mərhəmətin, doğulmuş uşağımızın ağırlığı və heç bir zaman doğulmayacaq uşağımızın ağırlığıydı.

Mən onun altında arxası üstə uzanmışam, özünü mənə zorla qəbul etdirən, arzuolunmayan bir varlıq bədənimi dəlməyə çalışır, bəlkə də hansısa bir söz, bir baxış ya da hansısa bir hərəkət onu məndən uzaqlaşdıra bilər, amma yox, bəlkə də belə daha yaxşıdır, çünki bu gün baş verənlərin xatirəsi mənim yeni həyatım üçün dərs ola bilər. Məni nə qədər məyus edərsə bir o qədər peşmançılıq çəkmərəm, bu vaxta qədər məni zorlamasa da bu an olanlar başqa günlərdən heç də fərqli deyil. Ona səsim belə eşitdirməyəcəm.

Hiss edirəm ki, sanki bədənimə daşlar batır, eynən o vaxtlarda, ilk gecələrimizdə olduğu kimi, o qazıntı sahəsində altımızda heç vaxt örtük olmazdı, gündüzləri daşların altında axtarış edərdik, gecələri isə bədənlərimizdə, onun parlaq gözləri üzərimdə işıldayar, uzun və isti gün ərzində topladıqları bütün işığı məndə əks etdirərdi, əsrlərdən qalan tozun ətri yayılardı bədənindən və mən bizi bir-birimizdən ən azı, bir nəsil ayıran, orada məndən əvvəl yaşamış olan Sayda kraliçasını düşünərdim, sürməli gözləri və yığılmış saçları ilə pəncərədən baxmasını, yaxınlaşan düşmənlərin olmasına baxmayaraq onu tərk edən hərəmlərini və onun qanının saray divarlarına sıçramasını xəyal edərdim. Kraliçanın bəxtsizliyi bizim şansımızdır, deyirdi, bu məkan tikildikdən sonra məhv edildi və bir daha inşa edilmədi, bu qədər önəm daşımasının tək səbəbi belə qısa vaxt ərzində mövcud olmasıdı və mən onun əlindən tuturam, uzun olan günlərdə yad idik, qısa gecələrdə isə saray dağıntıları altında gəzişən kral övladları idik, onu yenidən görəcəyimi düşünmürdüm, qazıntı bitdikdən sonra həyatıma ani gəldiyi kimi gedəcəyini düşünürdüm, amma o, mən avtobusa minməzdən bir dəqiqə əvvəl mənə işarə etdi və sanki əsgərlərini seçən komandir kimi çox ciddi bir şəkildə: – sən mənimlə gedirsən! – dedi.

Bəlkə də məni duyğulandıran bu keçmiş onun da beynində canlanır, amma bu onu qəzəbləndirir, sən kimsən ki, məni tərk etməyə cürət edirsən, mən olmasaydım sən heç kim idin, qazıntıdakı zavallı bir könüllü, mən sənə karyera qurmaqda kömək etdim və sən mənə bu şəkildə minnətdarlıq edirsən, başa düş, hər şey keçmişdə qaldı, səni necə yaratmışamsa eləcə də məhv edəcəm, deyərək anidən üstümdən aşağı doğru enərək ağımtıl mayeni qarnımın altına tökür və elə o andaca üzünü yanımda olan dişi şirin kürkünün içində gizlədir, sanki kimsə toppuzla başından vurdu, ağır və iniltili səslə yalvarmağa başladı:

– Ella, bağışla məni, mənə nə oldu heç bilmirəm, gəl bir daha yoxlayaq, bilirəm, mənə dözmək sənin üçün asan deyil, amma səni sevirəm, sevgini tapmağın çox asan olduğunu düşünmə, sevgi küçədən keçərkən tapılan bir şey deyil və bizim aramızda sevgi var, bunu kiçik görmə. Ella, mənə bir cavab ver, – üzümə tumar çəkir, barmaqları ilə sözləri dartıb çıxarmağa çalışırmış kimi dodaqlarıma toxunur, yalvarır, ağlama, sənə bunu etdiyim üçün təəssüf edirəm, bu bir daha əsla təkrarlanmayacaq, sadəcə, bir daha şans ver, Gili hələ çox balacadır, onun həyatını indidən məhv etmək istəyirsən.

Mən susuram, keçmişdə qalan günlərin xatirəsi üzərimə çökür, məni bir torpaq uçqunu altında boğur.

Azacıq bağlı gözlərlə onun yalançı üzünü incələyirəm, bir an içində gözəlliyi qalib gəlir, bir az sonra çirkinliyi, o vaxtlar bəri necə çox dəyişdi, Gilinin dar yatağı bizi bir-birimizə yapışdırır və mən səsim çıxmadan, öz-özümə söz vermişdim, deyirəm, söz vermişdim, mənə bir daha əsla bu qədər yaxınlaşmayacaqsan, təəccübləndirəcək qədər asanlıqla altından çıxıram, yumşalmış və zəifləmiş bədənini üstümdən itələyirəm, o içi köpüklə dolmuş heyvan müqəvvası kimidir. Məndən nə istəyirsən? – deyərək inləyir, – o qədər də pis biri deyiləm, ola bilər, bəzən xaraktersiz oluram, amma burada nə var axı, sənə nə olub, nə baş verib, onu tələsdirərək ayağa qaldırıram:

– Tez ol, dur, səndən daha heç nə istəmirəm, mənə nə olduğunu sənə bir daha açıqlamaq da istəmirəm, sən bir az əvvəl nə etdiyinin fərqindəsən? Yeni başlanğıc üçün bir şans var idisə belə, sən onu bir az əvvəl itirdin, indi isə, sadəcə, özünü günahlandıra bilərsən.

Bunu etdiyim üçün peşmanam, boğuq səsi getdikcə daha qəzəbli çıxır, amma sənin etdiyin daha pisdir, bunun sənə nə qədər acı verəcəyini bilmirsən, sən odla oynayırsan, Ella, özünə güvənməyə başladın və odla oynayırsan, buna peşman olacaqsan, mən dişlərimi qıcayaraq danışıram, məni təhdit etməyə davam et, amma bu saat açarı bura qoy.

O açarı cibindən çıxardıb əlində sağa sola fırlatmağa başladı, sanki bir itin qarşısında sümük fırladırmış kimi.

– Bunu istəyirsən? Elədirsə onda mənə qulaq as, bu ev mənim də evimdir, məni burada görmək istəmirsənsə ən yaxşısı özün buradan köç, eşidirsən?

Sonra qapını gurultu ilə açıb çölə çıxır və sanki boş bir evdən çıxırmışcasına qapını arxadan kilidləyir.




2


Yenə də gec gəldin, – donuq səslə dillənir, üzü bürünc firon heykəlinin üzü kimi parıldayır.

– Üzr istəyirəm, vacib bir görüş var idi, – hər zaman olduğu kimi yenə işlə bağlı bir bəhanə uydururam, çünki o, sadəcə, bunu rahat qəbul edə bilir. Otağının qapısında dayanıb, məni içəri keçməyə dəvət edir, və mən kitabla dolu işıqlı otağa keçirəm. Kitablar divar boyunca tavana qədər uzanır, yuxarıdan baxıb mənə qüsursuz toxunulmazlıqları ilə meydan oxuyurlar, yalnız kitablar onun hücumuna məruz qalmır və onun üçün kitablar həmişə bizdən öncə gəlir. Hər zaman olduğu kimi üzərində şüşədən kasa olan böyük iş masasının arxasına keçdi, kasanın içində dilimlənmiş alma vardı, barmaqlarını saçlarının arasından keçirir, bir ayağını digərinin üstünə aşırır, mən pəncərəyə yaxınlaşıram, incə və dik bir palma günəşin altında qayğısızcasına özünü isidir və mənə diqqət yetirərək sanki aslan yalısı kimi mənə əl edir.

Uşaqlıqda danlanacağımı gözləyərək onun qarşısında beləcə oturardım. “Sənə deyəcəklərim var, Ella”. Hər dəfə də sözünə belə başlayardı, o vaxtlar bura mənə yerin altındakı sorğu-sual otağı qədər qaçılması mümkünsüz olan məkan kimi gəlirdi, o məni otağına çağırardı və mən gözucu anama baxardım. Nə etmişəm mən? Məndən nə istəyir? Anamın üzündə acıqlı bir ifadə yaranardı, heç bir fikrim yoxdur, amma qapı onun gözləri önündə bağlanırdı və atamın zindan açarlarının boğuq cingiltisini yalnız mən eşidərdim, daha sonra isə atam ciddi və ağır şəkildə nə demək istəyirdisə deyərdi, sözlərimdən məmnun deyildi, geyindiyim paltarlardan, son vaxtlar məqsədsizcəsinə dostluq etdiyim qrupdan, oxuduğum kitablardan razı deyildi. Anam ona hər şeyi işarələrlə başa salmışdı, sanki onların danışma üsulu belə idi, həmişə fikrini ona bu tərzdə çatdırardı, anam indidən sevgilimin olduğunu ona demişdi və atam daha sonralar peşman olmamağım üçün məni öncədən xəbərdar etmişdi.

– Anan mənə sənin Amnonla ayrılmaq niyətində olduğunu eyham vurdu, – dedi və sözünü deyərək susdu. Səs tonu son dərəcə yüksək və qəzəbli idi, sanki qarşısında oturan, bir tək mən deyiləm, onun tək qızı deyil, üsyankar qadınlardan ibarət izdiham, onun dincliyini pozan və sanki hər cür vasitəyə əl ataraq susdurmaq məcburiyyətində olduğu inqilabçı kütləvi hərəkat idi.

–Bu qəti qərarınızdır? – sərt və yüksək tonla soruşur, bu sualın cavabının yox olacağına və bu görüşü tez-tələsik başa vurub öz işlərinə davam edəcəyinə ümid edir. Zəif bir səslə danışmağa başlayıram:

– Bir neçə ay ayrı yaşamağı yoxlamaq istədik.

– Səbəbini öyrənə bilərəm, yoxsa özəl mövzudur? Özəl sözünü deyəndə yalın ayaqlarını əsəbi halda yelləməyə başladı və mən: – biz əslində, sadəcə, bir -birimizə uyğun deyilik, – deyirəm, – birlikdə xoşbəxt deyilik, bu səbəbdən ayrılmağı düşündük. O an sanki Amnon yanımda idi və dediklərimi təsdiqləyirdi, buna görə cəm şəklində danışmağım işimi asanlaşdırırdı. Daha bir -birimizin gözünün içinə baxmırıq, – deyərək davam edirəm, atamın yanında olarkən hər zaman etdiyim kimi, “danışıq tərzin pozulub, son zamanlar nə oxuyursan?” deməməsi üçün düzgün cümlələr qurmağa çalışıram. Daha sonra susuram, bu dialoqda üç cümlədən artığını istifadə etmək fikrində deyiləm, çünki bu dialoq deyil, bizim aramızda heç bir zaman dialoq olmadı, susaraq ayağını yelləməsinə baxıram, az sonra dizimə, təsadüfən olmuş kimi, hərəkət qabiliyyətimi azaltmaq və planlarımı məhv etmək üçün sərt və yaxşı hədəf alınmış bir zərbə dəyəcək.

– Bilirsən ki, mən heç vaxt sənin şəxsi məsələlərinə qarışmadım, – soyuq səslə deyir, lakin bu dəfə bu məsələyə qarışmağı özümə borc bilirəm, çünki burada məsələ sən və Amnon deyil, səhv edən iki yetişkin insandan söhbət getmir, bu səhvin əziyyətini çəkən balaca bir uşaq var.

Bu uşaq gələcəkdə borcluya dönəcək, – deyərək dərs verməyə davam edir, – borcu ödənilməyəcək bir borcdur, çox keçmədən borclular gələr, Ella, mənim bəhs etdiyim ruhən borclu olanlardı, onlar siz düşündüyünüzdən daha təhlükəlidirlər, nə demək istədiyimi başa düşürsən?

– Ata, bu məsələni çox böyüdürsən, zaman dəyişib, indi boşanmalar insanları belə rahatsız etmir, valideynləri boşanmış bir neçə uşaq tanıyıram, heç bir problemləri yoxdur, bir anaları və bir ataları var. Bir uşaq üçün ən vacibi valideynlərinin xoşbəxt olmasıdır, ayrı və xoşbəxt olmaları, birlikdə olub bədbəxt olmalarından daha yaxşıdır. Lakin o, sanki absurd bir etiraz irəli sürmüşəmmiş kimi dediklərimi inkar edəcək bir əl hərəkəti edir, bunlar indiki zamanın boş sözləridi, günümüz insanları heyvanlar kimi tələskən edib, tamamilə instinktlə hərəkət edirlər və instikdən daha təhlükəli nəsə yoxdur, sən gənc olanda bunu sənə izah etmişdim. Necə ki, bir maşının əyləci var, insanın da öz əyləcinə ehtiyacı var, əyləcsiz maşın harasa çırpılıb paramparça olur və insan üçün də eyni hal gözlənilir, sənə deyirəm, təhdid edərək barmağını qaldırır, oğlunu tanıyıram, o başqa uşaqlar kimi deyil, həssas və zəif, səni xəbərdar edirəm, bu söhbəti bağlamasan bir fəlakət olacaq.

– Sən nədən danışırsan, necə bir fəlakət ola bilər ki, bir az çətinlik çəkəcək, sonra bu çətinlik keçəcək, hər kəsin çətin anları olur, uşaqlar boşanmadan daha ağır problemləri ötürə bilirlər.

Yenə səsini yüksəldir, sanki damarlarından qan donmuşcasına dodaqları gömgöy olur.

– Qulaq as, Ella, sənin fəlakət yaşayacağın dəqiqdir, xoşbəxt olacağın isə sual altındadır, çünki kim sənə Amnonsuz xoşbəxt olacağına əmin edə bilər, onunla evlənmədən öncə xoşbəxt olduğun yadıma gəlmir, mənə qulaq as, səndən, sadəcə, sözlərimi yaxşı düşünməyini ciddiyə almağını xahiş edirəm. Amnon bu gün səndən ayrılandan sonra yanıma gəldi, ayrılma planının sənə aid olduğunu dedi, hər şeyin sənə bağlı olduğunu eyham vurdu, bu səbəbdən sənə bir məsləhətim var, Ella, Amnon bunu qəbul etməyə razı oldu, bu çıxış yolu tam mənada bir anlaşmadı, bu uşağı dünyaya gətirdiyiniz üçün əsla ayrılmayacağınıza bir -birinizə söz verməlisiniz. Dünyaya uşaq gətirmək böyük öhdəçilikdir və bu öhdəçilik hər şeydən daha çoxdur, iki insan bir araya gələrək valideyn olubsa, o andan etibarən birlikdə yaşamaq məcburiyyətindədirlər, görəcəksən, bu anlaşmanı yerinə yetirdiyiniz andan hər şey daha asan olacaq, başqa seçiminizin olmadığını biləndən sonra problemlərinizi rahat şəkildə həll edə biləcəksiniz. Sənə qüsursuz xoşbəxtliyi seçməyi təklif edirəm, Ella, sənin axtardığın dəyişiklik budur, çünki çətinliklər hər yerdə sənin qarşına çıxacaq, həyatın özü çətindir, yeni bir ailə qurmaq çox çətindir, mən təhlükəli seçimlərdən səni uzaqlaşdıraraq işini asanlaşdırmağa çalışıram, nəticədə sən hər yerdə özünü sübut etmək və mübarizə aparmaq məcburiyyətində qalacaqsan, övladının atası olaraq seçdiyin insanla birlikdə mübarizə aparmağın, əlbəttə, daha yaxşıdır.

Ata, bЙ™sdir, baЕџa dГјЕџmГјrsЙ™n, kobudca davranД±ЕџД±, Г¶zГјnГј bЙ™yЙ™nmЙ™yi qarЕџД±sД±nda uЕџaqlД±qda olduДџu kimi qulaqlarД±mД± tuturam, Amnonla birlikdЙ™ qala bilmЙ™rЙ™m, bizim aramД±zda hЙ™r Еџey bitib, hansД± anlaЕџmadan danД±ЕџД±rsan, biz ayrД±lД±rД±q, evlЙ™nmirik, tЙ™hqiredici Й™l hЙ™rЙ™kЙ™ti ilЙ™ mЙ™ni susdurur, baxД±ЕџlarД± soyuqdur, qulaq as, Ella, sЙ™n dГјЕџГјndГјyГјndЙ™n daha yaxЕџД± tanД±yД±ram sЙ™ni, iki ildЙ™n bir depressyona girirsЙ™n, bu gГјnЙ™ qЙ™dЙ™r bu sЙ™nin problemin idi vЙ™ mЙ™n mГјdaxilЙ™ etmirdim, amma indi bu problem GiliyЙ™ dЙ™ aiddir. SЙ™n baЕџa dГјЕџmГјrsЙ™n, Gili sizin ayrД±lД±ДџД±nД±zД± qЙ™bul edЙ™ bilmЙ™yЙ™cЙ™k, buna dayana bilmЙ™yЙ™cЙ™k, bununla yaЕџaya bilmЙ™yЙ™cЙ™k.

Yaşamayacaq, deyə pıçıldayıram, sən nə dediyinin fərqindəsən? Başqa seçimim yoxdur, səninlə açıq danışacam, Ella, sən xoşbəxtlik axtarışındasan, amma sənin tək xoşbəxtliyin qurmuş olduğun ailəndir, sənin hisslərini heçə saydığımı düşünmə, Allah eləməsin, əgər səni döyən ərin olsaydı, onunla ayrılmağı sənə məsləhət görərdim, hər cürə dəstək olardım sənə, lakin mən Amnonu tanıyıram, nə cürə problemlərinizin olduğunu təxmin edə bilirəm. Bu ərköyünlük, səsini yüksəldir, bu, sadəcə, sizin nəslinizin dayanılmaz ərköyünlüyü və sən bunun hesabını vermək məcburiyyətində qalacaqsan, sənə nə demək istədiyimi başa düşürsən, yoxsa daha açıq danışım?

Gecdir, Gilini məktəbdən götürməliyəm, deyərək onun sözünü kəsirəm və birdən-birə ayaqlarım əsməyə başlayır, sanki divarlar üzərimə gəlir, toz basmış kitabların altında qalacağım hissi yaranır, bu gün onun kitablarının arasına, qalın daş divarların altına basdrılacağam, bəs onda uşağı məktəbdən kim götürəcək? Çox adi bir iş birdən-birə vacib bir vəzifəyə çevrildi, sanki uşağı bir fəlakət olmadan vaxtında məktəbdən götürməliyəm, qapıya tərəf addımlayıram və o ardımca gəlir:

“Sadəcə, mənə söz ver ki, dediklərimi yaxşı düşünəcəksən”. Dəhlizə açılan qapını açarkən qapı əyilərək qulağını qapıya dirəyən anamın başına dəyir, səndən nə istədi, deyə qorxaraq pıçıldayır, mənə qayğı göstərir və mən orada bir dəqiqə belə qala bilməyəcəyimi deyirəm, sonra danışarıq, Anna, indi mən təcili olaraq məktəbə getməliyəm.

Qaçmaqda gecikmiş və azadlıqdan həzz alma qabiliyyətini çoxdan itirmiş bir məhkum kimi ümidsiz şəkildə evlərinin nərdivanlarından aşağı enirəm, qızmar günəşin altında tutacaq qızıb əlimi yanıdırır, amma mən onu buraxmıram və pillə-pillə aşağı enirəm, son pillədə dayanıb yerə çökürəm, qollarımı dizlərimə dolayıram, içimdə bir qorxu böyüyür, fəlakət düşüncəsinin yaratdığı hiss elə realdır ki, sanki atam dodaqları göyərərək təhdid edəndə o fəlakət baş verdi, sən dəqiq fəlakət yaşayacaqsan və xoşbəxtliyin sual altındadır, başımı titrəyən dizlərimə qoyuram və günün işığı gözlərimin önündə sönmüş kimi təsəvvür yaranır, üzərimə matəm çökür.

Səkidə gurultu ilə bir taksi dayanır, güclə ayağa dururam. Boşsunuz, deyə taksiçidən soruşuram və o məni bura çağırıblar, çağıran siz idiniz? Xeyir, amma mənə bir yaxşılıq edin və məni şəhərin mərkəzinə aparın, çox uzaq deyil və o bir dəqiqə gözləyin, yolumun üstündə olub olmadığını öyrənim, deyir və həmin an tünd rəngli kostyumda, səliqəli daranmış, ağ saçlı bir adam cəld addımlarla yaxınlaşır, görəsən şortunu çıxarıb öz ağır havasına yenidən bürünərkən necə tələsdi, söhbətimizi tam vaxtında sonlandırmağı necə də bacardı, mən isə bunu mən etdim deyə düşünürdüm, onu gözləyən taksiyə əyləşir və sanki adını unutduğu ya da heç bir zaman bilmədiyi tələbələrindən biriyəmmiş kimi mənə əyləşməyi işarə edir, tamamilə yad biri ilə taksiyə minərdim, amma səninlə minmərəm, ata, sən mənə nə dedin? O bunu qəbul etməyəcək, bununla yaşaya bilməyəcək, dedin, sanki söhbət köhnə zamanların köhnə xalqlarının, Hititlərin, Babillərin, Şumerlərin, Akadların, yer üzündə məhv olmuş bütün imperiyaların taleyimiş kimi, dedin, amma burada söhbət yalnız altı yaşında balaca bir uşaqdan gedir, velosiped sürmeyi bacarmayan, ayaqqabılarının bağını bağlamaqda əziyyət çəkən, qaranlıqdan qorxan bir uşaqdan.

Evi yanan bir qadın kimi küçədə qaçır, ətrafdakılara rahatsızlıq verirəm, yanımdan keçib gedənlərin ürəyinə qorxu salıram, sanki gizli bir xəbər, yaxınlaşan hücum, bir zəlzələ xəbərini eşitmişəm və bu xəbər məni belə hərəkətə gətirib. Şübhə dolu gözlərlə ətrafa baxıram, küçələrdə qaçarkən sanki tək deyiləm, çünki həmin an atamın lənəti də küçəni bürüyür və mən qaçaraq onunla yarışıram, ona qalib gəlməliyəm, çünki orada məni altı yaşında, saçlarının kəsdirməməkdə dirənən, gün işıqlarının gözlərinə düşməsinə nifrət edən, valideynləri dünən ayrılmış balaca bir uşaq gözləyir.

Məktəbin gurultusu dəniz dalğası kimi açıq pəncərələrdən çölə vurur, yüzlərcə uşaq balaca stullarda oturublar, əllərində də rəngli qələmlər, onlardan biri mənim övladımdır və mən onu mütləq görməliyəm, əsas qapıya tərəf gedirəm və onu itələyərək açmağa çalışıram, amma qapı bağlıdır, gözlərimə inanmıram, qapıda böyük bir kilid var və bir lövhə asılıb, lövhənin üzərində pozulmuş yazı var: gözətçi nəzarətdədir, xahiş olunur sa… Son hərflər qədim yazılar kimi silinmişdi, heç kim sözü tamamlayaraq özünə əziyyət vermək istəmir, yəqin ki yüz il sonra tədqiqatçılar alınlarını qırışdıraraq olduqca fərqli fikirlər söyləyəcəklər. Üstündə nə yazıldığı bilinməyən yaşıl rəngli qapı mənim oğlumu qorumaq üçün yox, əksinə, onu məndən ayırmaq üçün orada dayanıb, ona düşmən kimi baxıram, vurmadan öncə düşmanı silkələyən kimi silkələyirəm qapını, başqa yolum yoxdur, ona qalib gəlməliyəm, gözətçinin uzun səyahəti bitənə qədər gözləməyəcəm, ətrafıma baxıram, heç kimin baxmadığına əmin oluram və qapının barmaqlarından bərk yapışaraq yuxarıya doğru dırmanıram.

Qapının üstünə çıxmaq təəccübləndirici dərəcədə asandır, sanki güclü bir əl məni saçlarımdan tutub yuxarıya doğru çəkir və artıq yuxarıdayam, amma anidən əhvalım pozulur, çünki aşağı gənc bir qız dayanıb, saçları sarı və qıvırcıq, mənə təəccüblə baxır, ona fikir vermədən ayağımı qapının üzərindən aşırıram, amma orada, Gili tərəfdə ayağımı qoymağa yer yoxdur, ora çox hündür və düzdür, heç bir çıxıntı yoxdur, nə edəcəyimi bilmirəm, aramızda əlavə inşa edilmiş bir əngəl var, oğlum. İzləyicim olmasaydı, bu gənc qız aşağıda tərpənmədən dayanmasaydı, eynən lövhədə yazıldığı kimi belə səbrli olmasaydı, böyük ehtimal geri dönərdim, amma hələki yerimdə qalmağı seçirəm, sanki əyləncəli olsun deyə, baxımsız qalmış bir həyətə baxırmışammış kimi məktəbin bağını seyr edirəm, hətta ağır addımlarla qapı yaxınlaşan gözətçini də görürəm, o öz işini görür, çünki nə də olsa yüzlərcə uşağın təhlükəsizliyi ona əmanət edilib, məni səhv başa düşməyib və öz silahı ilə təhtid etməməsi üçün ona səmimi şəkildə əl edirəm.

Məni qapının üzərində görməsi onun rahat gəzintisini yarıda kəsir, yellənən qarnı ilə qaçaraq mənə doğru gəlir, siz ağlınızı itirmisiniz, kəkələyərək bağırır, səbr edə bilmirsiniz, orada yazılanı gözünüz görmür? Qapının barmaqlıqlarından bərk yapışıram, həqiqətən, təəssüf edirəm, mən çox tələsirəm, evdə körpə uşağı tək qoymuşam, böyük oğlumu götürməliyəm, amma görürəm ki bu çarəsiz bəhanə onu daha da əsəbləşdirir, bir körpəni də evdə tək qoymaq olar, deyərək deyinir, buradakı hər kəs ağlını itirib, mənim səhvim ucbatından bütün valideynləri mühakimə edir, bu ümumi etinasızlığın cəzası olaraq, məni burada, yerlə göy arasında, hər kəsə rəzil etmək üçün məni burada saxlayacaq kimi görünür. Başını yelləyərək kilidi yavaş və diqqətlə açaraq gənc qızın içəri keçməsinə icazə verir, gənc qız da səbr etməyin mükafatı bu imiş kimi başını dik tutaraq içəri keçir və mən yuxarı necə çıxmışamsa eləcə də düşməyə çalışıram. Ayağımla yoxlayaraq qapının dəstəyini tapıram və ayağımı onun üzərinə qoyanda ayağım sürüşdü və düz asfaltın üzərinə, uşaq arabasının yanına yıxıldım.

Əzilsəm də bunu ona bəlli etməyəcəm, güclə ayağa qalxıb üst-başımı təmizləyirəm, sanki başından bəri belə bir adlayışı planlamışam, sadəcə, buna görə qapıya çıxmışammış kimi gözətçiyə səmimi halda gülümsəyirəm, zərifliklə hərəkət etməyə çalışıram, ağrını inkar etsəm keçəcək, ən önəmlisi artıq içəridəyəm və Gilini xilas edəcəm, sinifə aparan nərdivanları çətinliklə çıxıram, yenə o gənc qız, qəzəblənirəm. O, burada nə gəzir, onunla bir daha qarşılaşmayacağıma ümid edirdim. Yaxından o qədər də gənc görünmür, yuxarıdan göründüyü qədər də balaca görünmür, o, gənc qız deyil, anadır, buna görə onu görmək məcburiyyətindəyəm, maraqla mənə baxır və baxışı ilə mənə bağlı olan qapını göstərir, hələ dərsləri bitməyib.

Amma bu gün bağlı qapıların məni saxlamayacağını sübut etdim, qətiyyətlə qapını itələyərək açdım, onlarla göz mənə tərəf çevrildi. Onun payız yarpaqlarının rəngində olan gözlərini sehirbaz papağının altından dərhal görürəm, ayağa qalxır, sürətlə mənə tərəf qaçır və mən o qollarımın arasında olanda rahat nəfəs alıram, o yaxşıdır, ona heç nə olmayıb, pişik kimi burnumu sürtərək onu qoxlayıram, uşaq tərinin qoxusu kakaolu fındıq kreminin çörəyə yaxılmış qoxusu ilə, yapışqan və qum, əyləncə və həsrət qoxusu ilə və mənim sevgimin qoxusu ilə qarışır.

Gilinin anası, bir dəqiqə, bizim dərsimiz hələ bitməyib, müəllimə xoşbəxtliyimizi pozur, üzr istəmək məcburiyyətində olduğumu bilirəm, həyacanla yeni bir bəhanə, üzə çıxmayacaq bir yalan tapmağa çalışıram. Biz bu gün, həqiqətən, çox tələsirik, ailə daxili bir məsələ, amma müəllimə razılaşmır, yarım saat daha gözləməlisiniz, dərsin ortasıdır, yerinə dön, Gili, amma o mənə bərk sarılaraq ağlayır, evə getmək istəyirəm, yerimə dönmək istəmirəm və mən onu sakitləşdirməyə çalışıram: – Hər şey yaxşıdır, Gili, qapının arxasında səni gözləyəcəm, bu uzun çəkməyəcək, – və anidən səhvimin böyüklüyünü başa düşürəm, onu uşaqların önündə alçaldmağa məcbur idimmi? Utanaraq müəllimə baxıram, sürətli və qərarlı addımlarla yanımıza gəlib onu qollarımdan çəkir, Gili boynunu bükərək, lağlağı mövsuzuna çevrilən ağlamasına görə utanıb sıxılaraq yerinə doğru gedərkən sehirbaz papağı başından düşür.

Eyni tərzdə geri çəkilib sürətlə sinifdən çıxır və az qala qıvırcıq saçlı qadının qollarına atılıram, sanki izləyicilərini fərqli nömrələrlə təəccübləndirən bir sirk heyvanıyammış kimi ağzı açıq halda mənə baxır, üzündəki təəccüb kəlmələrə çevrilir, başqa seçimim yoxdur, ondan öncə bu anlaşılmamazlığı düzəltməliyəm. Ona gülümsəyirəm, həmişə belə etmirəm, bu gün olduqca xüsusi bir gündür, o irişir, bəhanə gətirmək məcburiyyətində deyilsiniz, evdə körpəsi olanın itirəcək bir dəqiqəsi belə yoxdur, səsi boğuq, siqaret çəkməkdən qısılmış və mən kəkələyirəm, qulaq asın, əslində, bu doğru deyil, irişməyi bitirib yüksək səslə gülməyə başlayır, açıqlama etmənizə ehtiyac yoxdur, başa düşürəm, evdə körpəniz yoxdur və onun gülməsi mənə də keçir, bu çox asan olur, incə bədənimə tez nəzər yetirir, təzəlikcə dünyaya uşaq gətirmiş kimi görünmürsünüz.

Həyatım boyu əsla bir körpəni evdə tək qoymamışam, buna inana bilərsiniz, sadəcə, gözətçini sakitləşdirmək üçün tez bir bəhanə uydurmalı idim, deyirəm, və o mənə baxarkən hisslərimi başa düşür, onun cəsarət verən baxışına minnətdarlıqla sığınıram, sanki ehtiyacım olan elə bu idi, tanımadığım bir qadının məni başa düşməsi kimi. Çölə çıxıb çəmənlikdə oturaq? Yarım saatımız var hələ, başını yelləyərək razılaşır, yaxşı olar deyərək yanımca nərdivanları çıxırıq, birlikdə addımlayırıq və onun varlığı məni rahatladır.

Yüngülcə hıqqanaraq qarşısından keçərkən gözətçinin şübhəli baxışı məni izləyir, özümü elə aparıram ki, sanki onu görmürəm, hər gün bu günahlandırıcı baxışları görməmək üçün ona yeni iş tapmasını arzu edirəm, yanımdakı qadın onu gülər üzlə salamlayır, nəzakəti ilə məni qoruyur, köhnə parkın önündə dayanırıq. Əvvəllər hava çox isti olanda Gili ilə bura gələrdik, ayaq yalın suvarma kanallarında gəzməyi və oyuncaqlarını üzürməyi sevərdi, amma daha kanallarda su yoxdur, yağışsız keçən qış, suyu qənaətlə işlətməyə vadar edirdi. Kölgəli bir yer tapıb çəmənliyə uzanırıq, ayağım ağrımağa başlayır, amma ciddiyə almıram, qadının yanında uzanıram və sən kimin anasısa deyə soruşuram və o dəqiqə kədərlənərək əlavə edirəm ki, əslində mən sinifdəki uşaqların heç birini tanımıram, heç oğlum da əməlli tanımır.

Yotam bura dostları ilə birliktə orta məktəbdən gəldi, mənim adım Mikal, çantasından bir paket siqaret çıxardır, siqareti tutan dodaqları qəflətən gülümsəməyə başlayır, dəhşətli mənzərə idi, sən yuxarıda, qapının üstündə, çox yüksək bir ağaca çıxmış pişik kimi idin, gülərək əllərini bir birinə çırpır, mənə baxır və mən gülməyənə qədər baxışını məndən çəkmirdin. Həqiqətən, vəziyyət bu qədər gülməli idi, görəsən, son vaxtlarda bundan gülməli nə iləsə rastlaşmadımi? Mənim belə alçalmağım onu əyləndirirdi. Sanki onun evinin qapısına çıxmışam və kilidi qırmağa çalışan biri kimi bəhanəmi təkrar dilə gətirirəm. Oğlumu görmək məcburiyyətində idim, qəribə səsləndiyini bilirəm, amma başqa seçimim yox idi, içəri keçmək üçün hər şeyi etməyə hazır idim və o yan gözlə mənə baxır, gözləri bizi əhatə edən və bütün yay boyunca sulanmayan solğun çəmənlər rəngindədir, bir az öncəki gülüşü hələ də dodaqlarındadır və mən susuram, onun bir az sonra soruşacağı sual barədə düşünürəm, özüm indidən cavab hazırlayıram, nə qədər dərinliyə gedəcəyimi düşünürəm və o an ona hər şeyi danışmaq qərarına gəlirəm. Hər şeyi, bu gün səhər olanları, atamın lənətini və hətta ondan nə fikirləşdiyini də soruşmaq istəyirəm, boşanmanın, həqiqətən, uşaqları ölüdürən çarəsiz bir xəstəlik olub -olmadığını soruşmaq istəyirəm, lakin o məni təəccübləndirərək heç nə soruşmur, arxası üstə uzanıb, saçları başının ətrafında yelpək kimi açılıb, mavi kətan köynəyi səmanın rəngini əks etdirir. Ona göstərmiş olduğum əyləncəli tamaşadan sonra qısa müddətlik yatmaq istəyi yaranıbmış kimi görünür, vermiş olduğum açıqlamalarla maraqlanmır və mən düşmən kimi onun hərəkətlərini seyr edirəm, sözlərimə qulaq asıb-asmadığı bəlli deyil və onu orada, böyük bir məşğuliyyət içində olan qarışqaların qaynadığı, biçilmiş solğun yaşıl çəmənliyin üzərində gözlərini yummağa məcbur edən çox nəzakətli olmağıdır yoxsa hər şeylə maraqlanmayan biri olmasıdırmı, o da bəlli deyil. Qarışqalar uzun bir sürü şəklində bizə tərəf gəlirlər, sanki arasında çörək qırıntıları varmış kimi onun saçlarına yaxınlaşırlar və mən onu xəbərdar etmirəm, qarışqaların necə yaxınlaşdığını gözucu seyr edirəm, yenə də alt geyiminin içində qarışqalar var, anam paltar səbətindən alt geyimlərimi əsəbi halda dartıb çıxaranda və üzərində qarışqaların qaynadığı, az qala qaraya dönmüş alt geyimini havaya qaldırıb yelləyərək demişdi: – bir tək sənin alt paltarlarına gəlirlər, sanki bu mənim günahımdır, -təəccüb içində dəfələrcə deyinmişdi.

İndi gözləri bağlı olduğu üçün onu tam olaraq müşahidə edə bilirəm, kənarından bağlanan qara ətəyi solğun ayaqlarını açıqda qoyub, hərəkətsiz olan bədəninin digər üzvləri kimi baldırları da çox qüsursuz görünür, zərif halda alnında olan biləyində bilərziyə bənzəyən qızıl saat var, barmağına qalın nikah üzüyü taxılıb, öz əlimə baxıram, hardasa on il ərzində bir üzüyün olduğu yerdə indi sadəcə ağ dəri ləkəsi var. Yatığı yerdən cəld duraraq, ayağın deyir, təbbi buna ayaq demək olarsa, günəşin altında unudulmuş, rəngini dəyişmiş bir xəmir yığını kimi görünür.

Pis yıxıldın, – deyir, nəhayət, dodaqlarındakı gülümsəmə itir, – ayağının rentgenini çıxartmalısan, əlləri ilə yumşaq hərəkətlərlə ayaq biləyimin üzərində gəzdirərək sümüyün vəziyyətini yoxlayır, – məncə, sınmayıb, amma burxulmuş kimi görünür, evə gedən kimi soyuq kompres edərsən və mən təəccüblə soruşuram: – Nə, sən həkimsən? – Yox, həkim deyiləm, – saatına baxaraq cəld ayağa qalxır, -bax, vaxtından əvvəl gəlmişdik, indi isə geçikdik, mən ayağa qalmax istəyəndə, burada qal, ayağa durma, mən sənə oğlunu gətirərəm, – deyir.

Amma o səni tanımır, – deyərək etiraz edirəm, -səninlə gəlməz və o, mənə güvən deyir, narahat olma, o məndən uzaqlaşdıqdan sonra yadıma düşür ki, oğlumun kim olduğunu ona heç deməmişdim, bəlkə mənə başqa uşaq gətirəcək və bəlkə də mən bu yalnışlığın fərqinə varmayacam, bəlkə o uşağı Gilini sevdiyim kimi sevəcəm və Gilini başqa biri, bu yalnışlığı anlamayan bir ana götürəcək, bəlkə də bu onun xilasıdır, atasını tərk etməyən bir ana, ailəni dağıtmayan bir ana.

Bu köhnə parkda tək qaldım, mən və qarğalar və günəşin altında qovrularaq ətrafa kəskin bir çürük qoxusu yayan zibillər, sadəcə, uzaqda, əsas küçənin yanında bir qrup əsgər yerə uzanıb, çəmənliyin rəngi uniformalarını gizlədir, əsgərlər zeytun ağaclarının altında hərəkətsiz yatıblar, qarğalar aralarında təkəbbürlə gəzişirlər, qaya çıxıntılarının üzərində atılıb-düşərək təhditkar şəkildə qışqırıqlar yayırlar ətrafa, sanki bir- birilərinə pis xəbər verirlər, eynilə ilk insana, oğlu Habilin öldürüldüyünü xəbər verən qarğa kimi. Sanki qarğaların planetinə düşmüşəm, onların qanunlarına əməl etmək məcburiyyətindəyəm, amma qarğalar ən sadiq quşlardır, ömür boyu yoldaşlarına bağlı olurlar, bu səbəbdən Qədim Misirlilər tərəfindən heroqlif yazılarında evliliyin rəmzi olaraq seçilmişdilər və mən indi onların qanunlarını pozuram.

Mənə tərəf iki balaca kloun kimi atılıb-düşən uşaq gəlir, onlar çox əyləncəlidirlər, əllərində yarısından çoxu ərimiş, qəribə rəngli, qarpızlı dondurma var, bir dəqiqə ərzində onu tanımaqda çətinlik çəkirəm, təəccüblənirəm çünki onun yanında buruq saçlı oğlan görəcəyimi təsəvvür edirdim amma bu oğlanın saçları düz və qara idi, gözləri qara baxışları isə ciddi idi, mənim Gilimdən bir az balaca və zəif, buna baxmayaraq qəribə şəkildə ona oxşayır, Gili onun yanında sevinc içində atılıb-düşür, artıq göz yaşlarından əsər-əlamət yoxdur, sanki əziyyət çəkib qazanmışcasına o möhtəşəm dondurmasını mənə göstərir, xüsusilə də yeni tanış olmuş dostu ilə qürur duyur.

Qadın əlindəki yükü, iki çiyin çantasını, bir sehirbaz papağını, bir sehirbaz çubuğunu və bir plaşı yanıma qoyaraq bayaq uzandığı kimi yerə uzanır, ona gülümsəyərək təşəkkürümü bildirirəm, bir birinizə heç oxşamırsınız deyərək düşüncəmi dilə gətirirəm və o, oğlunu incəliyərək ona baxır, elədir, o atasına oxşayır. Müəllim sabah günortadan sonra birlikdə Şabatı qarşılayacağımızı sənə deməmi istədi, deyir və mən istəksizcə qulaq asıram, sabah? Axı niyə, bunun nəyi yaxşıdır? Mənə təəccüblə baxır, məktəbin ilk günləri necə olur bilirsən, müəllimlər valideynləri tanımaq istəyirlər, bu pis bir şey deyil, hirslə deyinirəm, hal-hazırda bu mənə uyğun deyil, mən gəlməyi fikirləşmirəm.

Ayağına görə? Yox, səbəb ayağım deyil, deyirəm və yenə onun sual verəcəyini gözləyirəm və o yenə susur, bəlkə də sənin üçün pis deyil, deyə hirslə düşünürəm, ərin və oğlunla birlikdə ora gedərsiniz və axşam da evə dönüb şam yeməyi yeyərsiniz, amma mən Amnonun yanında oturub normal bir ailən rolunu oynamağı və ikiüzlü insanlarla Şabat mahnıları oxumağımı düşünərkən belə halım pisləşir. Bir müddət əvvələ qədər bu çox normal və nəfəs almaq qədər asan bir şey idi, təəccüblə özümdən soruşuram, bəlkə bu sadəcə, başlanğıcdır, bəlkə də boşanmış insanların həyatlarında hər gün bir sıra maneələr yaranır, çox bəsit bir problemləri necə həll edəcəklərini bilmirlər? Qərarımı verirəm, onunla birlikdə Amnon gedəcək, mən gəzməkdə çətinlik çəkirəm və təkrar onun yanına uzanıram, balaca itlər kimi boş kanalların üstündən tullanan uşaqlarımızı seyr edirəm, külək Gilinin gülüşünü mənə gətirir, onun kəskin və sevinc dolu gülüşü ürəyimə xoş bir rahatlıq verir. Niyə bu qədər qorxdum axı, heç bir fəlakət olmayacaq, hər kəs boşanır və boşandı ya da boşanacaq, bəlkə burada yanımda uzanan qadın da yeni həyatının planını qurur, heç kimin səni qorxutmasına icazə vermə, o yaxşıdır, onun bir anası var, onun bir atası var, onun bir dostu var, onun bir dondurması var. Bir uşağın bundan artıq nəyə ehtiyacı olar ki?

Ayağa qalxıram, getməliyəm, vaxt keçdikcə bu qadın daha qoca görünür, gözlərimin önündə gənc bir qızdan qadına çevrildi, ən birinci oğlunun olması məni təəccübləndirdi indi isə günəş üzünə düşdükcə dərisi sallanır və mən onun belə balaca oğlu olduğuna heyrətlənirəm. Yotam, Mayanı baletdən götürməliyik, deyə qışqırır, Yotan narazı görünüş alaraq bizə tərəf gəlir, amma, ana, mən buranı sevdim və o, başqa vaxt yenə gələrik, deyir, indi isə getməliyik, Maya bizi gözləyir.

Biz də indi gedirik, deyirəm o mənə tərəf dönür, yeriyə biləcəksən? Sapsarı əlini mənə uzadır və mən ondan tutaraq güclə ayağa qalxıram, yerimək birdən-birə çox çətin bir işə çevrilir: – sizi evinizə apararam, – deyə təklif edir, – harada yaşayırsınız? -Evimiz bura uzaq deyil, – deyirəm və maşına tərəf gedərkən onun qoluna söykənirəm.

Arxa oturacaqdan Gilinin: – Ana, atam evdədir? deyə soruşduğunu eşidirəm, mən uyğun bir cavab düşünən zaman qadın məndən əvvəl cavab verir, sualı verən onun oğlu imiş, mənimki deyil, səsləri belə bir -birinə oxşayır. – Yox, evdə deyil, atan axşam gələcək, – mən Gilinin pıçıldadığını eşidirəm, – mənə de görüm atan sizin evdə yatır? Yotam təəcüblənir, hə, əgər işlə bağlı çağırılmırsa ya da ölkə kənarında deyilsə bizim evdə yaşayır və Gili sirli bir səslə pıçıldamağa davam edir, mənim atam gecə soyuducuda yatdı və soyuducu elə səs edib ki, o yata bilməyib. Sən nə danışırsan, Gili, güclə gülərək müdaxilə edirəm, boş-boş danışma, atanın nə dediyini düz başa düşməmisən, amma o mənə qulaq asmır və əlavə edir, anan və atan mübahisə etmədikləri üçün şanslısan, bəzən edirlər, bəzən isə yox, Yotam deyir, bunun nə əhəmiyyəti var ki, bütün ana və atalar mübahisə edirlər və Gili, amma mənimkilər həmişə mübahisə edirlər, – deyir.

Nə gözəl, gəlib çatdıq, deyirəm, amma hələ küçənin girişindəyik və qarşıda getməli olacağımız uzun yol var, tez ol gəl, onlar tələsir, Gilini tələsməyə məcbur edirəm. Çox sağ ol, Mikal, bu gün məni xilas etdin, həqiqətən, və o mənə baxaraq:

– səni evinə qədər apara bilərdim, – deyir.

– Yox, gərək yoxdur, ev yaxındadır, biz gedərik, – deyirəm və güclə axsayaraq uzaqlaşıram.

– Anam axsayır, anam axsayır, – deyərək ətrafımda tullanıb-düşür, qara plaşı ilə yarasa kimi qanad açır və mən ona əmr edirəm, əlini mənə ver, Gili, yeriməkdə çətinlik çəkirəm, amma o mənə kömək etmək üçün heç məmnun deyil, və nəhayət, əlini mənə uzadır, lakin o an sanki bütün ağırlığı əlin-dəymiş kimi məni dartaraq səkiyə doğru çəkir.

Ağrı, eynilə bir kilsənin zəngləri kimi ağır və kəskin zərbələrlər ayağıma vurur və mən onu qorxuyla dinləyirəm, diqqətimi özünə elə çəkir ki, bu günə qədər olanlar və bundan sonra olacaqlar arasında, mənim bu vaxta qədər nə olduğum və qısa müddətdən sonra da nə olacağım arasında hər an bir az daha da yüksələn bir divar inşa edir, bir ailəsi, güvənli ailəsi olan sözdə evli bir qadın və əri olmayan, evi olmayan, hal-hazırda heç bir şeyi olmayan, boşanmış, uşaqlı bir qadın arasında bir divar, amma “bəlkə” bir gün bu qadın hər şeyə sahib olacaq və uzun bir yoxluqdan sonra bu şübhəli “bəlkə” getdikcə böyüyəcək və mənə elə gəlir ki, bu hər kədəri unutdura bilər. Gilinin sevinclə yastıqlardan düzəltdiyi dağa ayağımı qoyub divanda uzanarkən, bunların yeni həyatımı kədərli, eyni anda da sevincli doğum sancıları olduğu hissinə qapılıram. Yeni həyat, hələ ki, onu tanımıram, amma yenə də onu qucaqlayaraq bağrıma basmağım üçün yeni doğmuş körpə kimi ağlayaraq məni çağırır.

Ana, qapı dirəyini hədəf al, – deyərək yalvarır,– qol vuracağına söz verdin, iki divarın arasındakı görünməyən bir futbol dirəyinin önündə yüngülcə əyilərək dayanıb, mən isə inildəyirəm:

– Gili, bəlkə sabah, gördün axı ayaqda güclə dayanıram, necə oynaya bilərəm axı?

Amma o, israr edir:

– Yox, sabah istəmirəm, bu gün, mənim canım sıxılır, getdikcə üzü qızarır, birazdan ağlamaq ifadəsini alacaq, onu sakitləşdirməyə çalışıram:

– Gəl başqa nəsə oynayaq, domino ya da Monopol, – mən günün menyusunu sayan bir ofisiant kimi oyunları sayarkən onun göz yaşlarına hiyləgər bir gülüş qarışır və etiraf edir:

– Sən oynaya bilmədiyin üçün, bura gəlib mənimlə futbol oynaması üçün atamı çağırmışam artıq, indi gələcək.

Onun iradəsi ilə mənim iradəm arasındakı bu ani və kəskin ayrılıq məni yumruq zədəsi almışcasına sarsıdır, o, mənim balaca oğlum, gözümün nuru, canımın bir parçası, altı il ərzində iradəsi iradəm, sevinci sevincim, kədəri kədərim olan tək oğlum və birdən-birə bu ziddiyət gizlicə aramıza girdi, bir gecədə, onun iradəsi artıq mənimki deyil, sevinci mənim deyil, kədəri mənim deyil və mən həyatımdakı gerçək uçurumun bu olduğunu hiss edirəm. Gili ilə məni belə üzləşdirən Amnonla olan yad münasibətim deyil, Gilinin arzuları ilə mənim arzularımın yadlaşmasıdır. Altı il aramızda olan bənzərsiz və mükəmməl uyğunlaşma, otağın bir küncündə, daha onun sevmədiyi oyuncaqları ilə birlikdə məhv olur.

Amnon içəri girəndə özünü yatmış kimi göstərirəm, bəlkə də həqiqətən, yatmışam, çünki onun və oğlumun səsi xəyallardakı obrazların səsləri kimi uzaq və boğuqdur, ağrayan ayaq biləyim məni onlardan ayırır, bütün öhdəliklərdən xilas edir və mən hərəkət azadlığımı məhdudlaşdıran, lakin ruhumu azad edən ağrıya təslim oluram, aralarında fırlanan elastik top qədər yumşaq və elastik söhbətləri otaqda gəzir, zehnimdəki bulanıqlıq və məni huşumu itirəcək həddə çatdıran ağrıya görə görüntüləri silinir və mən ən sonda, evimizdə barmaq uclarında gəzərək ətrafımda olanların anamla atamın olduğu hissinə qapılıram, mən xəstəyəm və sevgi fantaziyaları qurmaqda azadam. Yataqda balalamış pişik kimiyəm, fantaziyamdakı obrazları yalayır, onlara sıxılıram, yetkin insan olaraq gələcəkdəki həyatımı cürbəcür rənglərlə bəzəyirəm. Divanda uzanmış və bir örtüklə örtünərkən, uzaqlaşan və meydanı başqa obrazlar üçün boş qoyan cütlüyə əl etməyə tənbəllik edirəm. Bir dialoqun uğultusu gəlir qulağıma və altı ildir mənə yoldaşlıq edən bu səmimi və isti söhbətin daha burada eşidilməyəcəyini yalnız o zaman başa düşürəm. Bir ata və oğlu, bir oğul və ata arasındakı bu huzur dolu uğultu mövcud olmağa davam edəcək, amma mən onu eşitməyəcəm və bizim uğultumuz da dinləyicisiz qalacaq, açıq pəncərədən küçə yayılaraq gecəyə hazırlaşan ailələrin səsinə qarışacaq və heç kim onu eşitməyəcək.

Bu axşam mənsiz həyatlarını onlarla paylaşmaq, onları gizlicə seyr etmək üçün son şansımdır, müəyyən edilmiş görüş günlərində günortadan sonra birliktə oynayacaqlar, bazar ertəsi və çərşənbə günləri ya da bazar və çərşənbə günləri, hələ ki, hansı günlər olacaq, qərar verməmişik. Başqa bir evdə, masa arxasında üz-üzə oturub axşam yeməklərini yeyəcəklər və Amnon mənim etdiyim kimi özünə əziyyət verib xiyarların qabığını Gili üçün soymayacaq və mənim kimi çörəyin kənarlarını qəhvə rəngli halqa formasında kəsməyəcək, duş qəbul etməməyə və dişlərini fırçalamamağa qərar verəcəklər, Amnon kirli geyimləri sabah yenidən geyinməsi üçün onun yatağına qoyacaq, yuxudan öncə danışdığı hekayə çox uzun olacaq; qazıntı iclaslarında olduğu kimi. Mən onların yanında olarkən onun anidən əsəbləşməsindən və Gilini incitməsin-dən qormağıma ehtiyac yoxdur, mən olmayanda o daha çox əmək sərf edir və Gili onun xoşuna gəlmək üçün çox çalışır, nə də olsa hal-hazırda Amnon onun tək dəstəkçisidir. Qaranlıq otaqda, oturduğum divandan onların heyvan müqəvvalarının ailələrini necə yatızdırdıqlarına qulaq asıram, erkək şir, dişi şir və balaları, erkək pələng, dişi kaplan və balaları, görəsən, Gili heyvanların üzərinə hopmuş kəskin iyi hiss edir? Amnonun söylədiklərini eşidirəm, bax Şotlandiyalı Teddi də buradadır, çox dar yataqda, bu səhər onun bədəninə vida etdiyim yerdə Gili ona sığınaraq mızıldandığını eşidirəm. Yerimdə tərpənmədən uzanmışam, ayağımı tərpətməyə çalışmıram, həyatımın bir hissəsi olacaq bu qarışıqlığa alışmağa çalışıram, həm nifrətimə həm də Gilinin nifrət etdiyim insana sevgi duymasına dözmək məcburiyyətindəyəm. Amnonun oğlumun sevgili atası olmağını qəbul etməyə və buna baxmayaraq həm də onu özümdən uzaq tutmağa məcbur olacam, buna görə iki ayrı mən yaratmalı olacağımı hiss edirəm, bu tapşırıq elə çətindir ki, məni qorxu dolu yuxu basır, çünki hələ də hər şey mənim əlimdədir və mən heç nəyi dəyişdirmirəm, çünki bu tanış olan ailə uğultusu, yeni həyatın sevinc nidaları qarşısında, yeni həyatdan gələn sevincli və güclü səslər qarşısında getdikcə daha çətin eşidiləcək vəziyyətə gəlir.

Gecə yarısı soyuqdan titrəyərək oyanıram, gözlərimin önündə bir çay axır, boz və buna baxmayaraq təsiredici, bu çayın mənzərəsi, coşğuyla axan suyun mənzərəsi məni hər zaman dərindən təsirləndirəcək. Sonuncu qurultaya görə getdiyim Avropadakı o liman şəhərinə, daha heç bir mənası olmayacaq qədər qəzəb dolu qışqırtıların yanğısını da özümlə götürdüm, bəsdir məni təhdit etdin, sən, sadəcə, özünü təhdit edirsən, kimsən axı sən, bezdim daha sənin şikayətlərindən, bezdim səndən, belə vəziyyətdə davam etməyə niyyətimin olmadığını başa düş artıq, gedirəm, bu dəfə ciddiyəm. Otelin geniş açılmış pəncərəsindən çay görünürdü, çayın üzərində uzanan nəhəng bir dəmir körpü və yanında ondan balaca bir körpü də var, çayın digər tərəfində isə evlərin ön fəsadları rəngarəng, incə və narın idi. Çayda gəmilər üzürdü, sanki suyun üzərində uçaraq süzürdülər. Yola çıxmadan öncə, sonuncu mübahisəmizin od püskürən, kəskin səsləri məni izlədi və mən elə bir hissə qapıldım ki, sanki o hələ də qarşımda dayanıb, əsəbi, günahlandırıcı, qəzəbdən çirkinləşmiş, yox, mənim arzuladığım insan bu deyildi, həsrətində olduğum həyat bu deyildi və hətta mən özüm, olmaq istədiyim qadından dəhşətli dərəcədə fərqli idim, bizim içimizdə nələrsə bərpa olunmayacaq şəkildə qırılmışdı. Yoxsa mən hər şeyə dözmək məcburiyyətində idim, başqa bir həyat yaşaya bilməzdim, yəni bu qədər gec idi hər şeyə?

O bir otaqdan digərinə hərəkət edir, işıqları söndürür, indi ev qaranlıq və səssizdir, hal-hazırda çöldən kimsə keçir, yəqin burada bir ailənin mehriban halda, payız olduğu üçün isti adeyal altında yatdığımızı düşünür. Yataq otağının qapısı bağlanır və mən burada, divanda, onlardan çox uzaqdayam, sanki başqa qitədə, boz rənglərdə parıldayan çayın sahilindəki oteldəyəm hələ də. Həyatım kənarda belə görünəcək, deyə o vaxtlar sual vermişdim özümə, gənclik xəyallarım beləcə məhv olacaq, görəsən. Gili böyüyəcək, mənim ona yüklədiyim boşluqları doldurmaq əvəzinə o, bu vəzifəni üzərindən atacaq, sonra nə olacaq, yeni bir uşaq, yeni bir qazıntı, yeni bir səyahət? Qayalıqlardakı çiçəklər kimi gizlicə açmış və ömrünü tez tamamlayan, sadəcə, bir neçə həftəlik yeni bir sevgi? Bəli, çaydakı gəmilərə söz verirəm, hələki gec deyil, hələki daha çoxunu ümid edə bilərəm, pəncərəni açıram və sanki çayın o biri tərəfindən məni izləyən böyük bir izləyicini inandırmağa çalışırmışcasına yüksək səslə açıqlayıram, bitti, xanımlar və cənablar, ömrünü tükətdi və keçmişdə qaldı, əbədi bitti və keçib getdi.




3


Bizi Tanrı qarşılayır, göyün qapılarını misgin barmaqlarla tıxayan, qəbul olmayacaq bir dua qədər tərəddüdlü halda məktəbin həyətinə gecikərək daxil oluruq və rəngarəng bir çevrə yaradaraq bir yerə toplanan, hər biri örtüklərlə yastıqların üstündə bir- birinə qarışmış halda, sakit səslə mahnı oxuyan ailələrin qarşısında xəcalət çəkərək dayanmışıq, bizdə örtük belə yoxdur. Gili əlimdən tutaraq mızıldanır: -

–Ana, örtük lazımdır, hər kəs örtüyünü özü gətirib.

Mən o saat özümü müdafiə etməyə başalayıram, örtük gətirmək lazım olduğunu bilmirdim, heç mənə bunu deməyib, bu vəziyyətdə sanki Amnon günahkardı və mən ona günahlandırıcı halda nəzər yetirirəm, amma o hər zaman olduğu kimi səbirsizcə öz yolunu açaraq irəliləyir, təkəbbürlü əl hərəkəti ilə bizə onun arxası ilə getməyimizi işarə edir.

Miller ailəsi, gəlin davam etməyimiz üçün oturun, – müəllimə israrla yanındakı boş yeri göstərir və mən getməmək üçün dirənən Gilini arxamca dartıram, dirsəklərin və dizlərin arasından güclə keçərək irəliləyirəm, süfrənin kənarına ilişib bir şüşəyə dəyirəm, ağzı açıq olan, içi uşaq bezləri ilə bəzədilmiş dolu bir çantaya su tökürəm və üçümüz birlikdə müəllimənin yanında əyləşirik. Hər kəs bizim fəqrliliyimizi bir örtüyün olmamasından rahatca hiss edə bilər. Hər zaman ailənin yanlarını üzərində birləşdirən, bütün ailə üçün ortaq bir altlıq yaradan, evin bir hissəsi olan köhnəlmiş örtükdür, sadəcə, biz fərqliyik, biz onlara aid deyilik və bir-birimizə də aid deyilik, həyətin örtüksüz torpağında oturmaq məcburiyyətindəyik, aramızdakı kədərli Gili utanaraq ərtafına baxır.

Ən kiçik ailə bizik, – deyə üzgün halda qulağıma pıçıldayır və mən köhnədən adət etdiyim kimi şərəfimizi müdafiə etmək təlaşına düşürəm, niyə kiçik, atan çox böyükdür və sən də eləsən, amma o, o saat bir səbəb tapır, çünki biz, sadəcə, üç nəfərik. Həqiqətən də, elədir, örtünün üzərində oturmuş çoxlu sayda ailələrə nəzər yetirdikdə orada böyük və kiçik uşaqları görürəm, körpələr və yeniyetmələr ya da bir nənə və ya bir baba, ağ şalvarları və köynəkləri ilə bayram paltarlarını geyiniblər, hətta bir neçə itaətli it də var və fərqlilik böyüyür, bu bir damğa kimi alnımı dağlayır, çünki biz bu cürə qalacağız, biz həyatının gözəl çağlarında ölən biri kimiyik, biz bundan sonra böyük bir ailə olmayacağıq.

Merivada, o gün çöldə Massada olduğu kimi qəlblərinizi möhürləməyin, dua kitabından mətni izləyərək coşquyla deyirlər, müəllimə mətnin yazılı olduğu kağızı mənə uzadır və mən kağıza diqqətlə baxıram, başqaları ilə birlikdə oxumağa çalışıram, kəlmələr boğazımda düyümlənir, onlar ürəyi pis yola gedən bir xalqdır və onlar mənim yollarımı bilmirlər, buna görə qəzəblə özümə söz verdim ki, onlar mənim əmin-amanlıq içində olan diyarıma gəlməyəcəklər… İlahinin kölgəsində söhbətlər edilir, kəlmələr misraların arasına pıçıldanır. Burada olanların çoxusu bir-birini tanıyırlarmış kimi görünür, daha öncə birlikdə yaşanan xatirələr, Şabatı qarşılarkən bərabər bayramlar keçiriblər, örtüklərdən gözəl ətirli bir istilik yayılır, sanki gizli bir ocaqda yemək bişir. Hər ailə öz ailəsinin xoş ətrini, öz nəfəsinin və öz yeməklərinin, öz yuyucu vasitələrinin və şampunlarının ətrini, təslim olmanın və uyğunluğun, yaxınlığın və vərdişin, çox keçmişlərdə qalmış hakimiyyət savaşlarının və fərqinə varmadan qurulmuş dostluqların gözəl ətirini bərabər paylaşır və bütün bu ətirlər birləşərək böyük bir sirri paylaşırlar. Onlara baxarkən, bir-birilərinə söykənərək necə tamamlanmış şəkillər, qeometrik fiqurlar yaratdıqlarını incələyirəm, az bir müddət sonra onlara mənə də daha yad olmayacaqlar, amma indilik mənə bir gülümsəmə yaxın gəlir, yaşılımtıl balaca gözlərdən süzülən bir gülümsəmə, ayağını digər ayağına aşıraraq oturub, kürəyini bir az əyərək əllərini oğlunun boynuna dolayıb, dizlərinin üstündə qırmızı məxməri donda oğlandan daha böyük bir qız uzanır və yelpik kimi açılmış parlaq buruqların arxasında solğun bir adamın kirləşmiş saçları, tünd rəngli gözləri və onları kölgələyən qalın qaşları ilə alnı görünür, adamın melodiyanın ritmində hərəkət edən əlləri qadının kürəyini və çiyinlərini masaj edir.

Rabbin bir bəyin gəlininə sevindiyi kimi sevinir, sənin… Uşaqlar indidən səbirsizcəsinə gülərkən, böyüklərin səsləri müəllimin səsinə ağır bir karvan kimi qoşulmağa çalışır, itaətkar, lakin emosiyasız. Əmin-amanlıq içində gəl, bəyin baş tacı, xoşbəxtlik və sevinc nidaları içində inananların, öz xalqının, Rabbinin arasına, gəl gəlin, gəl gəlin… Özümü bir anlıq sanki bir toya gəlmişik kimi hiss edirəm və bu an, ayrılığımızın Şabatında duyğu yüklü toy mahnıları oxumağa məhkumuq və müəllimə mənim şübhəmi yüksək səslə təsdiqləyir, təəccüblənmiş uşaqlara tapmaca verir, kraliça Şabat gəlindirsə, sizcə bəy kimdir? Mən bilirəm, mən bilirəm, Tanrı, qızıl saçları dağınıq vəziyyətdə olan bir qız uşağı deyir və xeyir, cavab yalnışdır, müəllimə deyir, Tanrı deyil, qulaq asın, dünya yaranandan sonra Günlərin Kraliçası bir yoldaşı olmadığı üçün əbədi olaraq bir dərdlə yandı, buna baxmayaraq həftənin digər günlərinin yoldaşları var idi və Tanrı onu ovudaraq ona İsrail xalqının onun yoldaşı, onun bəyi olacağına söz verdi.

Bir gəlin üçün bu qədər çox bəy? Gili mənə şübhə içində baxır, bu necə mümkün ola bilər? Lakin müəllimə detallarla izah etmir, görünür, bu əhvalatı o dəfələrlə danışıb, tez-tələsik izah etməyə davam edir:

–Bilirsiniz, yüz il əvvəl ravvinlər ağ paltar geyinərdilər və Kraliça Şabatı qarşılamaq üçün çöllərə gedərdilər, deyir və ayağa qalxır, dodağının yuxarısında tər damlaları parıldayır, bəlkə indi biz də onu qarşılamağa çıxıb Kraliça Şabatı ilk olaraq kimin tapacağını görə bilərik. Uşaqların çoxu o saat bu dəvətdən təsirlənir, ailə örtüklərindən qalxaraq müəllimənin ətrafına yığışırlar, mən isə mənə sığınmış və başını çiynimə qoymuş olan tərəddüdlü Gilini razı salmağa çalışıram: – Get, digərləri ilə birlikdə getməlisən.

Uşaqlar sevincli taylar kimi vəhşicə qaçaraq onun yanından keçib gedirlər, bir azdan sürü halında onu əzəcəklər, indi onun qarşısında dayanıb – gəl, Gili, -deyir gülümsəmədən, mənimlə gəl, Gilinin cəsarətsizliyi anidən yox olur, indi hətta örtüyümüzün olmamağının mənası belə yoxdur, o ayağa qalxır, ailəmizin kədərləndirici fərqliliyini unudur və yeni dostu Yotamla birlikdə Kraliça Şabatı, hər həftə bəyi ilə yenidən evləndirilən gözəllər gözəli gəlini qarşılamaq üçün qaçır və gözlərim Mikali axtararaq tapdığında, onun mənə baxdığını görürəm, böyük ehtimalla oğlunu bizim yanımıza o göndərib, uzaqdan ona təşəkkürümü bildirirəm. Lakin məyus oluram, çünki o heç bir reaksiya vermir, ağzı azacıq aralı, gözlərini tərpətmədən önünə baxır, uzaqdan etdiyim təşəkkürü anlamamış kimi görünür, lakin əri onun sarı saçlarının arxasından mənə, sanki təşəkkürüm onların rahatlığını pozacağmış kimi, şübhəli və az qala qəzəb dolu gözlərlə baxır və mən tez üzümü çevirib bir daha onlara baxmamağa çalışıram.

O isə adətinə xilaf olaraq arxamda sakitcə oturub, arxaya çox əyilməməyə və çox qadınların ərlərinə etdiyi kimi başımı onun dizlərinin üstünə qoymamağa çalışıram, onun varlığını orada hiss etməmək üçün dik və hərəkətsiz dayanıram. Boğazından isti və boğucu nəfəs halında çıxmadan əvvəl ciyərlərində yaranan hava məndə nifrət oyadır, arxamda olmasına baxmayaraq onun ətrafa sual dolu və təkəbbürlü baxışını hiss edirəm, buradan getdikdən sonra bu sadə yığıncağı çox pis halda tənqid edəcək, gülməli mahnılar, Kraliça Şabatı axtarmaq hardan çıxdı, bu nə axmaqlıqdır, sənə Gilini bu məktəbə yazdırmaq lazım deyil demişdim, amma mən daha ona qulaq asmaq, yaşadığı xoş anların Gilinin beynindən silinməsinə izləyici kimi kənardan baxmaq, daha onunla xoş danışmaq məcburiyyətində də deyiləm, bəlkə evdə də Şabatı qarşılmağa başlamalıyıq, daha onun lağlağalarına qulaq asmaq məcburiyyətində deyiləm. Ella, həqiqətən, sənə təəccüb edirəm, bizim bu bütpərəstliklərlə, bu Yəhudi bazarlıqları və ticarəti ilə nə əlaqəmiz var?

Onsuz evə getmək necə də xoş olacaq, daha Gili ilə söhbətimizə qarışıb o anda ağlına nə gəldi danışan və o, axmaq qəzeti yerə qoy deyən, fərqli-fərqli bəhanələrlə telefon söhbətlərimizi bölən biri olmayacaq, bəli qapı sonsuza qədər və əbədi olaraq bağlanır, bundan sonra onu daha qapının dalında görəcəm. Ətrafıma baxıram, qadınlar məğrur görünürlər, çox qadın daha cəlbedici deyil, həyat axını içində iri budlu kənd qadınlarına çevriliblər və buna baxmayaraq əldə etdiklərini, örtüklərin üstünə qarışıq işarətlərlə yazılmış olanları, qəhvə, şərab, sidik, qusmaq, qatran və süd ləkələrini göstərməkdə qürur hissi keçirdirlər və hər ləkənin arxasında keçirilmiş böhranın xoş xatirəsi gizlənir, xatırlayırsınız, uşaqlar balaca olanda Ramaya getmişdik, uşaq az qala boğulmuşdu, bir dəfə də bir Ərəb kəndində necə itmişdi, nə qədər qorxmuşduq, yadınıza gəlir? Onlara meydan oxuyaraq seyr edirəm, xanımlar, mənim nə etmək istədiyimi bilsəniz inanmayacaqsınız, mən yeni başlanğıc planlayıram, tamamilə yeni bir həyat, mən yenə gənc və şən olmaq istəyirəm, qəzəbini boğan, zibil kimi içdən-içə çürüyən bir itaətkarlıqla qoca və sıxıcı olmaq istəmirəm, görəcəksiniz, məni eşitməyən dinləyici kütləsinə ruh yüksəkliyi ilə səssiz-səmirsiz bir müraciət edirəm, sanki, sadəcə, mənim gözlərimin qabağında bir möcüzə reallaşacaq, qəribə və bənzərsiz bir kəşf, eynilə qumun şüşəyə çevrilməsi kimi, sakit izləyicilərim odun tapılmasından əvvəlki ibtidai şəraitdə yaşayaraq həyatlarını davam edərkən, mən imkansızı etmək, zamana qalib gəlmək, təbiət qanunlarını pozmaq niyyətindəyəm, buna görə təkəbbür və yoxsulluq arasında qalmışam. Mənim üçün gələcəyin qapıları açılarkən siz nəyi gözləyirsiniz, iş yerində vəzifənizin qaldırılmasını, illik icazəni yoxsa yeni bir ev?

Gün boyu bir-birimizlə bir kəlmə də danışmadıq, mən divandakı yerimdən onun hərəkətlərini düşmən kimi izləyir-dim, ağrıyan ayağım onun evdəki varlığını qəbul etməyə məni məcbur etdi, amma indi, ağrı azaldıqca, qərarım bütün gücü ilə geri qayıtdı, yox, son günlərdə eşitdiyim xəbərdarlıq və təhdidlərə baxmayaraq fikrimi dəyişməmişəm. Qəflətən, əli ilə kürəyimi oxşasa belə, mənə nələrsə deyən səsi təəccüblü dərəcədə yumşaq olsa belə, Ella, sənə nə olub axı, niyə bu qədər yalnış fikirdəsən, Gili üçün narahat olma, bir azdan bu sıxılmış valideyn ordusundan bizim aramızı düzəltmələri üçün kömək istəyəcək kimi görünür və mən, bəsdir, Amnon, deyə pıçıldayıram, oyanmaq üçün gecikmisən.

Arxamdan gələn səsi o dəqiqə sərtləşir, üzümü ona çevirib baxmasam da çənəsinin qəzəblə aşağı endiyini, gözlərini qıydığını bilirəm. Ağlından nə keçir, de mənə, bu etdiyin nazın nə mənası var, sən özünü on altı yaşındakı kimi hiss edirsən? Lazım olan vaxtı buna cəsarət edə bilmədiyin üçün atana indi üsyan etmək qərarına gəldin? Təəssüf edirəm, sevgilim, doğru zamanı qaçırdın, bunun üçün iyirmi il gecikmisən, hansı haqla hər kəsin həyatını alt-üst edirsən? Səsi getdikcə yüksəlir, son sözlərini, sadəcə, mən eşitmirəm, yaxında örtüklərdə oturan ailələr də eşidir və bizə şübhəli-şübhəli baxırlar, dərhal ayağa qalxıb çevrədən çıxıram, çox təəssüf ki ağrıyan ayağım əhəmiyyətsiz və zərif hərəkətlərlə yeriməyimə mane olur, pişiyin ağzından canını qurtaran yaralı bir quş kimi baxçanın barmaqlıqlarına qədər güclə də olsa sıçramağa məcburam.

Bura axşam tərəfi necə də fərqli görünür, kabus kimi, məktəbə bitişik olan parkda aşiqlər əyləşib və bir -birini ehtirasla qucaqlayırlar, pıçıldaşırlar, bəlkə də bu cütlüklərin acı dolu sirləri var. Getdikcə qaralan havada ağacları və insanları, insanları və qayaları bir birindən ayırd etmək çətinləşir, sanki hamısı eyni həsrəti çəkir, elə mən də eləcə, amma onun sözləri hələ də qulağımdadır, çevrilib arxaya baxıram və onun yekə bədənin mənə tərəf gəldiyini görürəm, əynində rəngi solmuş cizgili köynəyi və həmişə içində qum dənəcikləri olan dərin cibli şort var. Bir az ətrafa baxdım, Ella, əlini çiynimə qoyaraq deyir, hər zaman olduğu kimi aramızdakı boy fərqinə görə mənə yuxarıdan aşağı baxır, buradakı qadınları izlədim, həyatlarından razı olduqları təəssüratını yaradırlar, necə düşünürsən, səncə, onların hamısı mələklərlə evlidir? Çox təəccüblənəcəksən, amma yox, sadəcə, nələri varsa ondan razı görünürlər və ailəni qorumağa çalışırlar, təkcə sən özünün əziyyət çəkdiyini düşünürsən, daha artığına layiq olduğuna inanırsan, təkcə sən sahib olduqlarının qədrini bilmirsən, buradakı hər qadının mənim kimi bir əri olsaydı, xoşbəxt olardı. Geri çəkilirəm, barmaqlıqlar kürəyimə batır və deyirəm, görürsən də, bax, sənin problemin budur, özündən elə razısan ki, heç vaxt dəyişməyəcəksən, mənim səni niyə istəmədiyimi başa düşməyə belə cəhd göstərmirsən, nəsə cavab almaq üçün yox, sadəcə, məni səhv çıxartmaq üçün mənə suallar verirsən, bezdim sənin hörmətsizliyindən, səndən bezmişəm, səninlə yaşarkən ölmək istəmirəm, başa düşürsən?

– Sən canavarsan, – pıçıldayaraq deyir, çaşqındır, sanki öz özünə danışır, – sən adam deyilsən və mən pıçıldayıram: – əla, o zaman məndən canını qurtacaqsan deyə sevinməlisən, niyə canavarla yaşamaq istəyəsən axı? Mən özüm üçün narahat deyiləm, inan mənə, sənsizliyin öhdəsindən çox rahat gələcəm, mən, sadəcə, oğlumuzu düşünürəm, birdən-birə oğlun üçün narahat olmağa başladın, -deyərək sözünü kəsirəm. Altı il ərzində onunla maraqlanmadın, onun üçün narahat olmaq indi yadına düşüb? Dişlərini ağardır, onunla maraqlanmamışam? Mən dünyanın ən yaxşı atasıyam, sənin kimi bütün günü onun yanında olmuramsa bu mənim pis ata olduğuma dəlalət edir? Bax, gör mənə nə qədər bağlıdır, sənə bağlı olmasından az deyil və mən, əlbəttə, sən onun sahib olduğu tək atasısan, fərqli bir ata necə olur o bilmir, deyirəm.

Deməli, sənin axtardığın budur, qulaq batıran səslə bağırır, oğlum üçün yeni ata, elədir? Sən ağlını itirmisən, onu səndən alacam, məhkəməyə gedəcəm və onu səndən alacam. Lağlağı gülüşlə, məni həqiqətən, qorxudursan, deyirəm, sənin kimi eqoist biri tək uşaq böyütmək istəyir? Yaxşı, bəs iclasların və məqalələrin necə olacaq, yuxun və basketbolun, dostların necə olacaq? Bu günə qədər heç bir şeydən imtina etmədin, bir gün olsa belə imtina etsəydin əsla ayrılmazdıq, qızdırmam var, dayanmadan zəhərli oxlarımı atıram, ürəyi köynəyinin üstündədir sanki, nişan alıram və oxu atıram, hədəfimdə qərarsızam, amma dayana bilmirəm, bu vaxta qədər yığılmış üzüntülərimi bir-bir saymağın, həqiqətən, mənası var?

Batmaqda olan günəş qarğalar parkını qırmızıya çalan rənglərə boyayır, Amnonun mənə yaxınlaşan üzü sanki cırmaqlanmış kimi qırmızı və yaralıdır. Fərqli tərzdə danışmağa cəhd edir, sənə yalvarmaq niyyətində deyiləm, sənə yalnız qazıntının, sadəcə, bir dəfə qazıldığını xatırlatmaq istəyirəm, bundan sonra nəyisə təkrarlama şansı olmayacaq, səni xəbərdar edirəm, mən sənin kimi deyiləm, getsəm daha geri dönən deyiləm, səni tanıyıram, sən bu ayrılığa dözə bilməyəcəksən və sən geri dönmək istəyəcəksən amma məni daha qoyduğun yerdə tapmayacaqsan, bunu başa düş ki, mən nəyisə arxada qoyuramsa o eləcə də qalır. Bu dəfə o mənə arxasını çevirib gedir və mən arxasından sonuncu oxu atmağa cəhd edirəm, bəsdir məni təhtid elədin, təhdidlərinin məni qorxuzacağı günlər daha arxada qaldı, bəli, o günlər geridə qaldı, deyə bütün park boyunca qışqırıram, hər mübahisənin içimdə boşluq açdığı və dərddən nə edəcəyimi bilmədiyim, kin və düşmanlıqlara dayan bilmədiyim, əsəbim keçməsə də səninlə üz-üzə gəlməyə məcbur qaldığım günlər geridə qaldı, o günlər üçün əsla darıxmayacam, sənin qarşında belə kövrəlməkdənsə tək yaşağı üstün tuturam, bəli, ancaq qarşında, yanında yox.

Başqa anaların müvəqqəti düşərgələrinə baxaraq, siz hamınız belə yaşayırsınız, deyə soruşuram səssizcə, bir mübahisədən digərinə dişlərinizi sıxaraq ailəni qorumağa çalışarkən, içinizdə uzaqlarda sevginin xatirəsini oyandıran bir yanğını gözləyərkən, yorğun və tükənmiş halda, buna baxmayaraq dərin bir yuxudaymış kimi bir birinizi bərk qucaqlamış, yoxsa siz mənim bilmədiyim nəyisə bilirsiniz, analarınız sizə hansısa bir sirr, nəsildən nəsilə ötürülən bir sehiri pıçıldadı bəlkə də və, sadəcə, mən onu heç vaxt öyrənə bilmədim, mənə də başa salın.

Uzaqda bir qadın görürəm, öz çiyinlərinin üstündə olan şalı götürüb ərinin çiyninə atır, bu bəsit bir hərəkət mənim dərindən ah çəkməyimə səbəb olur, barmaqlıqlara söykənirəm, çəmənlikdə oturan və ortalarına yığışmış balacaları qorumağa kodlanmış bədənləri seyr edirəm, inadla onları incələyirəm, bilinməyən həyat haqqında bir şeylər öyrənmək üçün yad simalarda ipucları axtarıram, amma onlar Misirə xas dirsək sümüyünə ya da Yunan ayağına görə şəkilləndirilib şəkilləndirilmədiklərinə, bir ibadət yerinə və ya bir evə aid olub olmadıqlarına baxılaraq incələnəcək qalıqlar deyil, burada olan insanlar durub getdiyində, bəlkə şəftəli tumu, çantadan düşmüş pul, yoxluğu rahatsızlıq verəcək olan əmzikdən başqa geridə heç nə buraxmayacaqlar, daş qalıqlarının sirrini aşkarlamaq, canlı qalıntılarınkından daha asandır, bəli, buradakı insanlar anbaan dəyişir, məsələn, Mikalın qəflətən tərk etdiyi örtük ərinin qızının əlindən tutaraq əhvalsız gəzərkən o örtük yerdə, sadəcə, boş və kimsəsiz qalır. Fikirli halda adamın addımlarını izləyirəm, onun yandan görürəm, sərt görünüşünün olmağına baxmayaraq kövrəkdi, görəsən, niyə ailə örtüyünü tərk etdi. Kənarda Amnon dayanıb, iri və bir az donqar, mən çəmənlikdə uşaqları axtararkən uzun donlu bir qadın ona nəsə deyir.

Böyük ehtimalla heç kim onları itdiyinin fərqində deyil, artıq səsləri belə eşidilmir, bəlkə də Kraliça Şabat onları qaçırdıb başqa ölkəyə götürdü, bəlkə indi orada, mələklər kimi ağ geyimdə, əllərində şamlarla gəzişirlər və mum əllərinin üstünə, gəmirilmiş dırnaqlarına damcılayır, qollarından qarnına oradan isə dar budlarından ayaqlarına axır, baxın, uşaqlarımız başdan-ayağa mumun içindədirlər, uşaqlarımız mumlara, mumlardan heykəllərə dönüşüblər və biz gün çıxana qədər burada qalacağıq, kimsəsiz, dərdləri ilə birləşmiş, adi və qarmaqarışıq izdiham, birdənbirə atamın lənəti mənə geri dönür, onun sözləri qulağımdadır, o bunu qəbul etməyəcək, belə yaşaya bilməyəcək, bu səsə Nuhun gəmisinə geri dönmədikləri üçün əza olaraq qara rəngə boyanmış olan ağ qarğalar kimi incə ayaqlarıyla atılıb-düşərək yanımıza gələn uşaqların sevinc dolu səslərindən daha gerçək idi. Ana, Kraliça Şabat bir gəlin kimi çox gözəldir, deyərək Gili qışqırır, yanaqları qırmızı əlləri isə şirniyyatla doludur, həyəcanla mənə tərəf qaçır, sarı saçları və bir duvağı var, onu səmada gördük, bizə şirniyyat atdı, onu qucaqlayıb tərli saçlarına sığal çəkirəm, sənin balaca bədənində özümə bir dünya yaratdım, rahat və azad olduğum, sevildiyim tək dünyam.

Şirniyyatları mənə verib atası tərəfə qaçır, onun ardınca düşərgəyə tərəf gedirəm, indi yenidən bir araya gəldiyimiz üçün müəllimənin dediklərini dinləmək və hər ailə kimi özümüzü adlarımızla və qorxuram ki, hobbilərimizlə tanıtmaq məcburiyyətindəyik, növbə bizə gəldi, Gili yüksək səslə danışmağa başlayır: -Atamın adı Amnon, anamın adı Ella və mən Gilat, amma mənə Gili deyirlər və müəllimə birlikdə nəyi etməkdən xoşunuz gəlir sualını verəndə, Gili bir müddət susur, sonra isə alçaq səslə mızıldanır.

Sözlərini başa düşmək olmur. – Gilat, – müəllimə deyir, – daha yüksək səslə danış və o yenə mızıldanır, biz mübahisə etməkdən xoşlanırıq, müəllimə onun sözlərini təəccüblə təkrar edir. Nə gözəl, sual verməyə davam etmir və piknikə getməkdən, xarici ölkəyə səyahət etməkdən, üzməkdən, filmə getməkdən xoşlanan ailələr ilə davam edir və mən uşaqları danışan zaman qürur duyan analara utanaraq baxıram. Amnon haqlıdır, bu qadınlar da əziyyət çəkir və mübahisələr edirlər, buna baxmayaraq həyatlarından çox razı görünürlər, bəlkə də hamısı bir razılaşma əldə ediblər, eynən atamın mənə məsləhət gördüyü kimi, qüsursuz xoşbəxtliyi var edən, müəyyən sərhədlər qoyan və xəyalları öldürən bir razılaşma. Bəlkə mən də bunu seçməli idim, deyə düşünürəm və yenə qəzəblənirəm, xeyr, onların yolu mənim yolum kimi deyil, həyatları mənim həyatım deyil, bu arada yorucu yığıncağın sonlandığını və balaca bir hədiyyələr verildiyinin fərqinə varıram, uşaqlar balaca ofisiantlar kimi aramızda gəzirlər, yaydan qalma, suyu çəkilmiş qarpız dlimlərini, üsünə quru üzüm səpilmiş şirniyyatlar paylayırlar, qadınlardan biri ayağa qalxır, fidan kimi və oynaq, əynində dar şalvar və futbolka var, saçları uzun və düzdür, qucağında fövqəladə gözəl bir uşaq var, həm çəkinərək həm də həyəcanla, qulaq asın, deyir, bu axşam şənlik təşkil edirik, gəlmək istəyən hər kəs dəvətlidir.

Nə münasibəti ilə şənlik təşkil edirsiniz? – deyərək sual verirlər və qadın ərinə baxıb gülümsəyir, sanki onunla bir sirr paylaşır, yanaqları qızarır, sadəcə, bir şənlik etmək istəyirik, yalnızca bu, deyir, sonra ünvanı deyir, bol şərab və gözəl musiqilər olacaq, gəldiyinizə peşman olmayacaqsınız, əri yanında dayanıb, o da gəncdir və xoş görünüşü var, qolunu arvadının çiyninə ataraq maraqlanan hər kəsə ünvanı izah edir və çox keçmədən ətraflarında sevincli izdiham yaranır, bəli, əlbəttə, gələcəyik, uşaqları saxlayan kimsə olsa niyə də olmasın, gələrkən nəsə gətirək, mən qəşəng kek bişirirəm. Və mən gözlərimi onlardan çəkib Şabat şamlarının axşam küləyində, qocalıqdan ya da xəstəlikdən saralmış gözlər kimi titrəyən balaca işıqlarını seyr edirəm.

Mələklərin nəzəri, ən ali mələklər və sülh həyatınızdan əksik olmasın, ağızları Şabat çörəkləri ilə dolu halda mızıldanırlar, sülh mələkləri, ən ali mələklər, gəlişiniz sülh dolu olsun… Örtüklərini çırpıb qatlayırlar, bəziləri səliqəsiz, bəziləri diqqətli çiyin çantalarını, uşaqlarını, itlərini və uşaq arabalarını bir araya yığırlar və küləyin dağıtdığı buludlar kimi dərhal dağlışırlar, ya maşınlarına minir ya da sürətli addımlarla evə tərəf, yeməklərinə, vərdişlərinə tərəf gedirlər, kimisi nənə və baba evində yemək yeyəcək, kimisi dostlarında, kimisi də öz evlərinə kimlərisə dəvət edəcək və onların uşaqları, Gilinin dostları, həyəcanla süfrəni qurub böyük hazırlıqların dadına baxarkən, biz günün sonunda yavaş-yavaş ilk ayrı Şabatımıza, ayrı və yeni həyatımıza doğru irəliləyəcəyik və bilirəm ki, bu yeni həyat çox keçmədən təbii hal alacaq, təbii olmayan isə bizim keçmişimiz olacaq və Gili biz, gerçək bir ailə olanda həyatımızın necə olduğunu çətin xatırlayacaq. Sadəcə, on il sonra birlikdə yaşadığımız müddətdən daha çox ayrı qalmış olacağıq, amma bu ötüb keçən vaxt bir nağıla çevriləcək, biri var idi, biri yox idi, bizim yalnız bir evimiz, bir soyuducumuz, bir yemək masamız var idi və biz təbii ki, evə hər zaman, indi o kiminlə, səninlə yoxsa mənimlə gedəcək, sabah kimdə qalacaq deyə planlar qurmadan gedərdik.

Yolda tapdığım çomağa söykənərək, yavaş-yavaş gedirəm, qocalanda və heç bir gələcəyim olmayanda bu cür yeriyəcəm, sadəcə, hal-hazırda məndə olmayan bir xəzinəyə sahib ola-cam, bilik xəzinəsinə, xarabalıqlardan yaranmış bir təpənin zirvəsindən aşağıya, bu günlərə baxacam və o zaman bunların lazımlı olduğunu ya da olmadığını biləcəm. Gili və Amnon getdikcə məndən uzaqlaşırlar və mən sanki onları təsadüfən görmüş kimi arxalarından gedərək onları izləyirəm, çiyinlərində oğlunu aparan yekəpər ata, onlarla birlikdə gedən bir ana yoxdur, bəlkə evdə onları gözləyir, axşam yeməyini hazırlayır və az sonra onları öpərək qarşılayacaq ya da bəlkə tükləri ürpədəcək tərzdə bir keçirtdiyi qəzaya ya da çarəsi olmayan bir xəstəliyə görə onlardan ayrılmaq məcburiyyətində qaldı, bəlkə də öz istəyi ilə, yeni bir həyata başlamaq üçün, təbiət qanunlarının qadağalarına baxmayaraq yenidən gənc qız olmaq üçün onları tərk etdi.

Ata, anamı da gözləyək, – Gili deyir. Amnonun necə məcburi dayandığını, üzünü gizlətdiyini, əyilərək Gilini yerə qoyduğunu görürəm. Onlara çatanda Gili bir əlini mənə uzadıb o biri əli ilə Amnonun əlini tutur:– Dünyanın ən yaxşı anası və atası sizsiniz, digər bütün ana -atalardan daha yaxşısınız, – deyir və bu gözlənilməz tərifin verdiyi sıxıntıyla çiyinlərimi ataraq bu kəlmələrin arxasında gizlənən qəzəbin ölçüsünü təxmin etməyə çalışıram. Bəli, kefsiz simamıza baxıb təkrarlayır:

–Həqiqətən, bəzən sizin əsəbiləşdirdiyimi bilirəm, amma dünyada ən çox sizi sevdiyimi də unutmayın, mənim üçün çox şey edirsiniz.

Mən onu susdururam, ağzından çıxan tək kəlməyə belə dözəcək gücüm yoxdur, bizi təhqir etsə, yumruqlasa bundan yaxşıdır. Susaraq yeriməyə davam edirik, o bunu istəməsə də aramızda onun balaca vücudundan keçən barışmaz bir hava əsir, məktəbdən evlərinə dönən ailələr yanımızdan keçir, qadınların ətirləri uşaqların səsinə qarışır, yolun ortası ilə gedirlər və tək-tük keçən maşınlara könülsüz yol verirlər, mərkəzi küçədə belə nəqliyyat yoxdur, şəhər ağlamağı dayandıran və, sadəcə, sürətli nəfəs alıb verişləriylə keçmişin acısını xatırladan uşaq kimi, nəhayət, səssizliyə bürünmüşdü.

Gilinin balaca dalı axşam küləyində titrəyir və mən onu isitmək üçün özümə tərəf çəkirəm, nərdivanlara çıxan qapının önünə gəlirik. Gili ikimizi də arxasından içəriyə doğru çəkir, amma mən tez-tələsik, eynən yeni müəllimə kimi qərarlı bir tonda: – atan bizimlə birlikdə yuxarı gəlmir. Gili, – deyirəm, – o indi gedir, sabah gələcək və səni bir neçə saatlığa özü ilə aparacaq, Amnon mübahisə yaratmayaraq mənim təəccübümə səbəb olur, donuq üz ifadəsi ilə əyilib onun alnından öpür və heç nə demədən, az qala qaça-qaça, Gilinin qəflətən ağlamağa başladığını eşitməyəcək qədər tez uzaqlaşır.

Bu axşam içimdə daşdan qəlb yarandı, ağır və bağlı bir qəlb, onun mərhəmət diləyən göz yaşlarını rədd etdim, orada, digər ailələrin arasında, Şabatın təsiri altında, bir anlıq gücsüzləşmişdim, amma burada, evdə yenə güclüyəm. Gili ağlamağı dayandırır və, nəhayət, yuxuya gedir. Evdə tək qalmış gənc qız kimi, anidən qovuşduğum azadlığımı qeyd edirəm, kimsə məndən heç nə soruşmur, nələrsə demir, heç kimin mənə ehtiyacı yoxdur, kimsə bütün diqqəti ilə məni izləmir, varlığım başqa kiməsə rahatsızlıq vermir və özüm özümə xəbərdarlıq edirəm: gördüyün o ailələrin yalanlarına inanaraq əsla öz fikrindən dönmə, evdəki bu azadlıq necə də xoşdur, sanki bu ev təvazökar çöl çiçəkləri ilə dolu, isti və xoş ətirli portağal baxçasıdır. Bu dəfə geri addım atmayacam, məni axtaran valideynlərimin yalvarışlarını eşitsəm belə bu dəfə geri addım atmayacam.

Keyflə divanda uzanmışam, yoxuşla sona çatan uzun bir yürüş etmiş biri kimi taqətdən düşmüşəm, küçədəki səssizliyi dinləyirəm, o qədər səssizlikdir ki, yarpaqların ağaclardan qoparaq yerə düşməsini eşitmək olar. Gilinin yuxuda mızıldandığını eşidirəm. Arada telefonun zəng çalması və ard-arda gələn səsli mesajları eşidirəm, rahatlığımı pozan səslər Amnonun gecəki qəribəliklərindən danışır. İstəmədən onlara qulaq asıram, xeyr, evdə yoxam, sizə kömək edə bilməyəcəm, bu gecə məndən nəsə gözləməyin, çünki bu gecə başqa gecələr kimi deyil.

Ella, cavab ver, evdə olduğunu bilirəm. Amnon az əvvəl burada idi, həqiqətən, çox pis haldadır, ona zəng etməlisən, özünə nəsə etməsindən qorxuram. İnan mənə, söz xatirinə mən belə bir şey demərəm. Amnonu uşaqlığından, altı yaşından bəri tanıyıram və onu indiyə qədər belə vəziyyətdə görməmişəm. Ella, nə etdiyini yaxşı düşün, hər nə olursa – olsun, o, sənin uşağının atasıdır. Oğlunun atasız böyüməyini istəyirsən? Ona bir şans da verməlisən, yoxsa gələcəkdə buna peşman olacaqsan.

“Ella, yenə mənəm, Qabi. Telefonu açmamaqla düz etmirsən. İnan mənə, düzəlməyə çalışacaq. Bilirəm, sənin üçün onunla yaşamaq asan deyil, amma səni, həqiqətən, sevir. Bəlkə, ailə terapiyasına gedəsiniz? İtirəcək nəyin var axı? Gili üçün hər şeyi yoxlamalısan, yoxsa ömrün boyu əzab çəkəcəksən”.

“Ella, mənəm, Talya. Amnon az əvvəl getdi. Məndən xahiş etdi ki, səninlə danışım. Sənin dostun olmağıma baxçayaraq düzünü bilmək istəyirsənsə onun üçün, həqiqətən, narahatam. Axmaqlıq etmə. Evliliyinə bir şans da ver. Buna qulaq asdıqdan sonra mənə zəng vur. Öpürəm”.

Cavab vermədiyim üçün səsləri ətrafımda qalır, rahatlığımı pozurlar, kimsə onları uzaqlaşdırmır, heç kim onları qovmur, evin içində gəzişirlər, mənə hücum edirlər, təhdid edirlər və artıq mən istədiyim kimi tək deyiləm, istəmədiyim halda Qabi evimdə qalır, istəmədiyim halda Talya qonağım olur, onların gileylərini dinləyirəm və qarşılıq vermirəm, onların səslərinin mənim səsi olacağı anı gözləyirəm.

Onlara verə biləcəyim tək bir cavab var, amma onlara gözləmədikləri o cavabı verə bilmərəm: Mən balaca qız olanda ərim yox idi, tək nəfəs aldım, kitabları tək oxudum, uşaqlıq mübarizələrimi sonuna qədər tək apardım, yandırıcı qumun üstündə ayaqyalın və tək gəzdim, buludlu bir gecədə çəpərin üstünə tək çıxdım, ətri olmayan sarı jasmin çiçəklərinin ortasında idim.

“Salam, Ella, mən məktəbdən, Mikal, Yotamın anası. Yo-tam Gilini sabah günortadan əvvəl bizə dəvət edir. Onu gətirmək üçün vaxtın yoxdursa biz gəlib götürə bilərik. Xahiş edirəm, dinlədikdən sonra mənə zəng et”.

“Ella, səninlə mütləq danışmalıyam. Atan yatandan sonra yanına gəlməyə çalışacam. Sənə demək istədiyim vacib bir şey var”.

Amma mən uşaq olanda mənim ərim yox idi, bunu necə unuda bildin, ana, sənin ərin var idi, mənim yox idi və bizim aramızda olan yeganə fərq bu idi, çünki sən də balaca qız olmaq istəyirdin, mənimlə birlikdə portağal baxçasına qaçdın, mənimlə gizlənpaç oyununu oynadın, çünki mən bəzən ondan gizlənə bilirdim, amma sən əsla gizlənə bilmədin və orada, məruz qaldığın təhqirləri mənə nümayiş etdirdin və məni hakim elan etdin, ağacların arasında əzab çəkərək inim-inildəyirdin. Mən sənə nə verə bilərdim axı? Sadəcə, sevgimi, eynən sənin mənə verdiyin kimi, hər zaman gizli və əvəzini ödəyərək.

Həqiqətən, gəldi, qapını döymədən içəri girdi, sanki mənim evim onun da evi, mənim həyatım onun həyatıdır. Qışın gəlməsinə hələ çox var, buna baxmayaraq palto geyinib, qarşımda oturur və danışmağa başlayır, o danışdıqca ətrafa yediyi qızardılmış toyuq budlarının kəskin qoxusu yayılır, paltosunun altında iri budlarını örtən yun şalvar və uzun illər əvvəl mənim üçün hördüyü qalın və zövqsüz sviter var. Gördüyün kimi, qürurla deyir, heç nəyi atmamışam, xatırlayırsan, bu sviteri sənin üçün hörmüşdüm, aylarımı almışdı. Uyumsuz rənglərə diqqətlə baxıram, qırmızının yanında tünd yaşıl və altında sarı zolaq, məni sinifdəki şənliyə bu sviterdə göndərmişdin, bunun bütün sviterlərdən ən gözəli olduğunu və mənim bütün qızlardan ən gözəli olacağımı dediyində sənə inanmışdım və mən, sadəcə, utanaraq üzümü sviterin gülünc dərəcədə geniş qollarında gizlədərək sənin qollarına geri dönə bilmişdim, mənim heç kim rəqsə dəvət etmədi, mənimlə heç kim danışmamışdı və sən mənə təsəlli verərək: “sadəcə, səbr et, dəlilər kimi seviləcəksən”, demişdin.

“Bax, hələ də çox yaxşı vəziyyətdədir”, qürurla deyir, “bəlkə onu sənə verim yenidən, hər geyindiyində sənə çox yaraşardı, Allah xətrinə, yox, bu geniş qollu şeyi istəmirəm”. Divanda onun qarşısında oturub, qarşımdakı gülünc görüntünü ümidsizcə izləyirəm, nə mövsümə nə də yaşına uyan köhnə paltarlar içində çox kök bir qadın. Mənimlə nə barədə danışmaq istəyirdin?

“Atan mənə söhbətinizdən bəhs etdi”, – iç çəkərək deyir. Tez sözünü kəsirəm: “Söhbət? Nə vaxtdan bura elə bir şeyə söhbət deyirlər, o bir xəbərdarlıq idi, daha doğrusu cənazə söhbəti, yaxşı, Ella, atanı tanıyırsan, o hər zaman haqlı olduğundan əmindir, bunu əsla dəyişdirə bilmərsən, xüsusən də ümumilikdə, həqiqətən, haqlı olduğuna görə, mən artıq daha öncə eşitdiyim sözləri səssizcə dinləyə bilmirəm, anama qışqırıram, sən nə danışdığını başa düşürsən, dünən onun mənə nə dediyini bilirsən? Yenə iç çəkir. “Bəli, onu tanıyırsan, o hər şeyi çox ciddiyə alır, amma bunu, sadəcə, narahat olduğu üçün edir, sənin və Gili üçün narahat olur”.

“Mən buna inanmıram, o, sadəcə, özü üçün narahat olur, nə bu məsələ nə də başqa bir məsələ ilə bağlı onunla danışmaq niyyətində deyiləm, mən artıq on altı yaşında da deyiləm, o daha mənə nə etməli olduğumu deyə bilməz, Gilini hər zaman-kı kimi sizə gətirəcəm amma onunla danışmayacam. Anam gözlərini yerə dikir. “Qulaq as, Ella, mənim sənə demək istədiyim elə bununla bağlıdır, buna görə bura gəlmişəm, məsələ bu qədər asan deyil, Gilini bundan sonra bizə gətirə bilməyəcəksən, atan onu görmək istəmir”.

“Nə? Bu nə deməkdir, atam onu görmək istəmir, tək nəvəsini rədd edir, deməli belə? Həm də Gilinin sizin dəstəyinizə ehtiyacı olduğu dönəmdə, hə?” Anam bəhanələr gətirir, əslində istəmir deməyək, “atan onu görə biləcək halda deyil” demək istəyir, “Gilinin dərdinə dözmək ona çətin gəlir, onun üçün çox narahatdır və beləcə narahat olduğu üçün ona nəsə zərər verə biləcəyindən qorxur, onu günahlandırma, Ella, o buna layiq deyil və mən özümdən çıxıram, onu günahlandır-mayım?” Əvvəllər onun belə tərəfini saxlamazdın, əvvəllər o səni incidəndə, mənim onun hərəkətlərinə haqq verməməyimi eşidəndə xoşuna gəlirdi və indi o məni incidərkən, mən bunu qəbul etməliyəm və sən onun tərəfindəsən, elə?

Tamamilə onun tərəfində deyiləm, -deyərək mızıldanır, – sizi görməmək üçün ona söz verməmi istəyir, amma narahat olma, o xaricdə olanda mən sizə gələcəm, bəxtimizdən tez-tez səyahət edir, ya da o yatanda gələcəm. Amma o yatanda Gili də yatır, deyərək qarşı çıxıram, bu nə axmaqlıqdır axı, sən bu sözlərinlə bizi görməməyin üçün ona söz verdiyini deməyə çalışırsan? Başqa seçimim yoxdur, onun necə biri olduğunu bilirsən, o nəsə istədisə, ona qarşı çıxmaq olmur, amma mən sizə gələcəm və o bunu bilməyəcək, alış-verişə getdiyimi deyəcəm və Gilini görmək üçün bura gələcəm, bir-birimizə bu qədər yaxın oturduğumuz üçün çox şanslıyıq, – deyərək özünə ürək-dirək verir. Qəzəbdən özümdən çıxıram: “Sənin gizlin ziyarətlərinə mənim ehtiyacım yoxdur, mən sənin üçün nəyəm, ərin uzaqlarda olanda görə biləcəyin bir sevgilin? Nə danışdığının fərqindəsən? Başa düşmürəm, əgər, həqiqətən, Gili üçün narahatdırsa, niyə ona kömək etmir, Gili ona çox bağlıdır, onun indi uşaq üçün güc mənbəyi olmağı lazım idi, Gilinin ailəsi dağılır, bu vəziyyətin atama ağır gəlib -gəlməməsinin nə mənası var, o özünə hakim olmalıdır”. “Sakit ol, bu qədər kəskin danışma”, deyir, “bunlar hamısı keçəcək, atan bir neçə həftəyə sakitləşəcək və hər şey yoluna düşəcək, bu məsələni bu qədər böyütmə”.

– Bir neçə həftəyə mən artıq sizin kimliyinizi unudacam, -deyə qışqırıram, Gili də sizi çoxdan unudacaq, uşaqların yaddaşı necədir bilirsən, indi isə get, bu şərtlər altında səni görmək istəmirəm, səni bu evə yalnız gizli halda gəlməsən alaram. Anam dəhşət içində ayağa qalxır və paltosunu geyinir. “Bu məsələni çox böyüdürsən, Ella, belə reaksiya verəcəyin ağlımın ucundan da keçməzdi, eynən atan kimi şişirdirsən, bir arada olmaq sizə bu qədər çətindir”. Anam dərindən ah çəkir, çünki bir -birinizə çox oxşayırsınız. Oxşayırıq, deyə qışqırıram, mənim ona oxşadığımı necə deyə bilərsən axı, onun adam olmadığını görmürsən, adam deyil, o adam deyil!

O sənin atandır, – deyir, elə deyir ki, sanki bu mənim günahımdır, onu özü yox, mən seçmişəm, fikrini dəyişəcəyinə ümid edirəm, Ella, ona görə məni günahlandırmağın doğru deyil və mən, onun etdiyi daha pisdir, o mənim oğlumu cəzalandırır, deyirəm, həm də mənə görə edir bunu, mən bunu qəbul etmirəm. Niyə onun önünə keçib, bura mənim də evimdir və Gilinin canı nə vaxt istəsə buraya gələ bilər demirsən? Sən ki bunu edə bilmirsən, o zaman get, səndən elə bunu gözləyirdim”.

Mən özümü ona qarşı öz tərzimdə müdafiə edirəm, deyir alçaq səslə və mən ofuldayıram: “Öz tərzində? Bura ondan xəbərsiz gəlməklə? Buna özünü müdafiə deyil, onun səni əzməsinə göz yummaq deyilir, niyə bunu görmürsən axı, mən bir gün sənin kimi olacağımdan ölümünə qorxduğum üçün Amnondan ayrılıram”. Anamın əhvalı tamamilə korlanır, şiş qarnını ağrayırmışcasına tutur və mən uzun-uzadı, başının ətrafına doladığı dəbdən düşmüş saç hörgüsünə baxıram, siçan quyruğu qədər incədir. “Ümid edirəm boşanmaq üçün daha tutarlı səbəblərin var, Ella, unutma ki, fədakarlıq olmadan evliliyi qoruyub saxlamaq olmaz”.

Doğurdan, lağlağı edərək soruşuram, bəs o nədə fədakarlıq elədi? Həyatında bir dəfə belə olsun, nədənsə imtina etmədi ailəsi üçün, amma anam, atan bir qadından imtina elədi, deyir. Özü qədər mükəmməl bir qadından imtina elədi və onunla bu qədər uyğun olan qadının yerinə, ona baxan bir qadını seçdi, düşünmə ki bunları bilmirəm, və hətta bəzən o ondan imtina etdiyi üçün kədərlənirəm və bilirsən, mənim gözümdə bunun adı sevgidir”. Qürurla çiyinlərini çəkir, sənin nəslində sevgi mübahisəli məsələyə çevrilib, o mənə hörmət etmir və mən buna görə onu sevməməli və mənə hörmət edən birinə aşiq olmalıyam? Bizim üçün, mənim nəslimdə sevgi qismət kimi bir şeydir, mübahisə edilməyən bir şeydir. Professora qulluq etmək, ona yeməklər bişirmək və geyinəcək olduğu paltarları təmizləmək illər keçdikcə ona qürur hiss verib. Mənə tərəf gəlir və yanağımdan öpməyə çalışır, amma o məni öpməsin deyə geri çəkilirəm, ah çəkir və gecən xeyrə, deyir, ümid edirəm fikrini dəyişəcəksən, sabah sənə zəng edəcəm. Sən öz fikirini dəyişəndə mən də fikrimi dəyişəcəm, səndən öncə fikrim dəyişməyəcək, deyirəm. O getdikdən sonra qapını sürətlə bağlayıram və qapının arxasından nərdivanlardan enməsini dinləyirəm. Oturacağın üstündə iyrənc rəngləri olan tüklü bir şey qalıb, onu yadından çıxartdı yoxsa bilərəkdən oraya qoydu, bilmirəm, sviteri qucaqlayıram, qızartma yağı və köhnəlik ətri gəlir, gəncliyimin pis günlərinin ətrini yayır, siyitmədən qayçı götürürəm və onu yavaş-yavaş kəsərək balaca yun hissələr halına gətirirəm, hissələr yerə düşür və sonunda yeri bürüyür, eynən yolunmuş saçlar kimi.




4


Pərilərin yastığının altına qoymuş olduğu bir hədiyyə kimi, düşən süddişi kimi, ona qonaqlıqdan bəhs edəndə, bütün kədərini kənara atır, gözlərini açanda xoş xəbəri ona deyirə: “Yotam səni evinə dəvət edir”. O, təəccüblə gülümsəyir: “Doğrudan? Bu gün?” Ayağa qalxıb boynumu qucaqlayır, başını çiyilərimə qoyur, saçları yanaqlarıma sığal çəkir, bu dünyada səhərki qucaqlaşmadan daha qüsursuz bir yaxınlıq var, görəsən, yuxudan durub mənə tərəf uzandığında, qollarıma sığınaraq məni qucaqlayanda bir uşaq qədər gözəl ətir saçırdı, çox rahat idi, dünənki ağlamağından, ümidsiz istəklərindən əsər-əlamət yox idi. “Dərhal geyinməliyik”, deyirəm, “çünki Yotam çoxdan gözləyir, sən yatanda iki dəfə zəng etmişdi. Gili yeni dostu ilə məşqul olacaq və atasının artıq burada olmadığını, nənəsi ilə babasının yox olduqlarını düşünməyəcək”. Gözəl payız səhəri çölə çıxırıq, onun sevinci mənə cəsarət verir, buludlar xəfif yelkənlilər kimi səmada süzürlər və mən bizim də balaca və sağlam bir yelkənli olduğumuzu düşünürəm, sadəcə, iki nəfərlik yelkənli, üç nəfər olsaydıq yellənər və darmadağın olardıq.

“Demək olar ki, daha axsamırsan”, təəcüblə deyir və kəpənək kimi ətrafımda fırlanır, “topallamırsan, çünki mən ağrayan yeri öpdüm, Yotamgildə çox əylənəcəyimə əminəm, sən də mənimlə olacaqsan, elədir?” “Bu mənim üçün əyləncəli olmaz, ailəsini demək olar ki, tanımıram”, deyirəm, amma o israr edir, bir evdən digərinə qaçır, bəlkə bu evdir, ya da bu, baxışları ağır və kobud görünüşlü binalarda gəzişir. Uşaq parkının qarşısında demişdi, burada, gözəl binadır, təmirdən təzə çıxmış kimidir, həm köhnə həm də təzə görünür, küçəyə baxan dar və uzun balkonları var və yuxarıda, ən üstdəki balkonda duran balaca uşaq əl yelləyərəq qışqırır, Gili, buradayam.

Bəlkə də yuxarı tək çıxmalısan, deyirəm, bu göstərişli binanın və Şabata təslim olmuş küçənin mənzərəsi mənə sıxıntı verir, hər yerdə üstlərində bayram paltarı əllərində isə dua kitabları ilə evlərinə dönən insanlar var, sanki dünən evə gedərkən gördüklərimiz də eyni insanlardı, Şabatı axtarmağa ehtiyac yoxdur, o bizi izləyir, gözlənilən, lakin özündən tez bezdirən yapışqan bir qonaq kimi və əsəb pozucudur. Onu başa salmağa çalışıram: “Onları rahatsız etmək mənim üçün xoş olmaz, onları demək olar ki, heç tanımıram, səni dəvət ediblər, məni yox”. Mikalın arxasında döşəkdə oturan və onu masaj edən adamın mənə məsafəli baxışını yadıma salıram, amma Gili inad edir, mən onun arxası ilə gedirəm. Ona doğru qaçan Yotamın addımlarını eşidirəm və birdən-birə böyük bir şey aşağı düşür, yanımdan fövqəladə bir sürətlə ötüb keçir və bir partlama səsi ilə altımızdakı mərmər zəminə çırpılır, dəhşətə gəlirəm, bu nə idi, sonra uşaqların güldüklərini eşidirəm. “Su qabı atırıq aşağı”, deyə Gili qürurlu və həddən artıq sevincli səsi ilə qışqırır, amma mən sakitləşməkdə çətinlik çəkirəm, onlara yalvarıram: “Tutacaqlardan uzaq durun, yoxsa siz də aşağı düşərsiniz, evə girin, bu oyun təhlükəlidir”. Onların ardınca gedirəm, açıq qalmış qapıdan zəngi çalmadan içəri girirəm, sanki burası mənim evimdir və bu uşaqlar iksi də mənim uşaq-larımdır. İçəridə varlığımı hiss etdirmək üçün yüngülcə öskürürəm, lakin buna baxmayaraq heç bir otağın qapısı açılmır, hətta Yotamın otağının qapısı sürətlə bağlanır, Gili içəridən çıxaraq qışqırır, ana getmə, bir az da gözlə və mən Yotamdan soruşuram: – Ananla atan haradadır? “Yatırlar”, deyir və mən nə edəcəyimi bilmədən qapının ağzında dayanıram, özümdən asılı olmadan təmiz və səliqəli evə baxıram. Otaqda böyük və rahat dəri kreslo, önündə böyük İran xalçası, antik olduğu bəlli olan yellənən stul, divarda şəkillər, aralarında bəzəkli çərçivəsi olan güzgü, güzgüdə həyəcanlı üzümü görürəm, makiyajsız, dağınıq saçlı, dəvətsiz bir qonaq.

Yemək masasının üstündə qara naxışlı meyvə qabı var, içində də gildən düzəldilmiş kimi görünən qırmızı armudlar, özümdən asılı olmadan onların həqiqi olub -olmadığını yoxlamaq üçün armudlardan birini götürürəm, sərt və soyuqdur, məni kimsənin görmədiyindən əmin olmaq üçün ətrafıma baxdıqdan sonra armudu dişləyirəm, dişlərimdə sərt keramikanı hiss etməyə özümü hazırlayarkən, təəccüblənirəm, çünki armud sulu və yumşaqdır və çox dadlıdır, mebellərin arasında gəzişərək armuddan yenə dişləyirəm. Deməli belə yaşayırlar, ev uçsa, dağıntıların arasından tapdıqları əşyalar bunlar olacaq, dilsiz tapıntıları danışdırmağa, bu evdə yaşayanların xüsusiyyətlərini onların köməyi ilə öyrənməyə çalışıram, sanki qazıntı zamanı tapılmış evin önündə dayanmışam.

Açılan qapının səsini eşidirəm və Mikala içdən gülümsəməyə özümü hazırlayıram, çiynəmiş olduğum armudu tez uduram, amma bir az sonra səhv etdiyimi görürəm, gələn o deyil, əynində qara köynək və ağ damalı, armud kimi qırmızı şort var, şort ona çox böyükdür, atasının şortunu geyinərək yoxlayan oğlan uşağına oxşayır, xırda və mexaniki addımlarla mənə tərəf gəlir, yuxuda gəzən adam kimi fikirli və gözləri az qala bağlıdır, mənə fikir vermədən kolidorun sonundakı tualetə tərəf gedir, unitazın qarşısında dayanır və konsentrasiya olaraq işəməyə başlayır, qapı açıq olduğu üçün qırıq-qırıq fışqıran sidiyinin səsi kəlir, gözlərimi ondan çəkə bilmirəm, gülmə krizinə tutulmamaq üçün armuddan dişləyirəm və su içən pişik kimi təəccüblə tualetə baxır, başı unitaza çox yaxındır və dört tərəfə boylanaraq baxır, sanki nədənsə şübhələnmiş kimi, sonra sifonu çəkmədən düzəlir və tualetdən çıxır, mətbəxə keçir, su qızdırıcının düyməsini basır, nəsə əksikliyin olmadığını görmək üçün ətrafa baxır və yalnız o an məni görür.

Qəflətən gülməyə başlamasaydım böyük ehtimal məni görməyəcəkdi, amma özümü saxlaya bilmirəm, divara söykənir və boğazım ağrayana qədər gülməyə başlayıram, o çaşqın halda qarşım dayanıb və mənə düşmən kimi baxır və bir qədəh şərabı onu şərəfinə qaldırırmış kimi armudu havaya qaldırıram. Möhtəşəm armudlarınız var, deyə mızıldanıram, düşünürdüm ki, onlar həqiqi deyil və o bəlli olacaq dərəcədə mənə qəzəblidir. “Biz tanışıq?” – deyə soyuq səslə sual verir, mənim qədər əylənmədiyi səsindən açıq hiss olunur. “Tam olaraq tanış deyilik, mən Gilinin anasıyam, Mikal Yotamla oynaması üçün onu bura dəvət edib, düşünürəm biz çox tez gəlmişik. Sizi utandırdığım üçün təəssüf edirəm”, deyirəm və yenə qəhqəhə çəkərək gülməyə başlayıram, amma o, mənim gülüşümə qarşılıq vermir. “Ən azından nəsə deyə bilərdiniz, məsələn sabahınız xeyir deyə bilərdiniz, tək olmadığımı anlamaq üçün məni xəbərdar edə bilərdiniz, izləndiyimi bilmirdim”. Cəld tualetə gedib sifonu çəkir. “Sizi izləmədim, deyirəm, mən, sadəcə, burada idim, təəssüf edirəm, unudaq getsin, amma xahiş etsəm unitazın içində nə axtardığınızı deyə bilərsiniz?” Marağıma əngəl ola bilmirəm və o, “qan” deyə cavab verir, təəccüb içində soruşuram: Qan? Niyə? “Problemli genetik quruluşu olan insanlar üçün bu normal haldır, deyir”.

“Bəs, tapa bildiniz qanı?” “Çox şükür ki, yox, sabah yenə baxacam, istəsəniz gəlib məni izləyə bilərsiniz”, o gülümsəyərək deyir. “Qəhvə istəyirsiniz?” deyə soruşur, madəm ki, buradasınız, bir şeylər için”. Mən təlaşla: “xeyr, təşəkkür edirəm”, deyirəm, “getməliyəm, belə görürəm ki, Gilinin mənə ehtiyacı olmayacaq”. Amma o israrla, “gözləyin, demək olar ki, qəhvə artıq hazırdı”, deyir, qaynamış suyu tez qəhvənin üzərinə tökür, qəhvənin kəskin ətri ətrafa yayılır və mən bu gözəl ətrin məni başdan çıxartmasına göz yumuram, qarşımdakı insana maraq dolu gözlərlə baxmamaq üçün bu dəfə icazə alaraq divardakı rəsmlərə və soyuducunun üstündəki notlara baxıram. O hələ də o geyimlə fırlanır və qəhvələri süzür, qarşıma şəkər və süd qoyur, bir də ulduz formalı şokoladlı peçenyelərlə dolu bir qab qoyur və mən narahatlıqla uzun kolidora baxıram, Mikal gəldiyində məni onun əri ilə qarşılıqlı oturub qəhvə içdiyimizi görəndə nə düşünəcək, görəsən?

“Düşünürəm ki, üstünüzə nəsə geyinsəniz yaxşı olar”, adını belə bilmədiyim adama məsləhət verirəm, “yoxsa Mikal bizi səhv başa düşər”, gülərək kvadrat formalı dişlərini göstərir, “məni utandırmaq sizi narahat etmədi, indi isə utanmaq sırası sizdədir”. Fitnə ilə dolu olan səs tonu xoşuma gəlir, əslində bu məni elə də maraqlandırmır, bu onun problemidir, mənim deyil, buna baxmayaraq Mikala dərin və uzun yuxu arzulayıram. Evdəki səslərə diqqətlə qulaq asıram, bir anlıq otaqlardan birindən xəfif bir inilti gəldiyini eşidirəm, uşaqların sevinc dolu səslərindən güclə eşidiləcək bir inilti. Narahatlıqla ətrafıma baxıram, amma o, mənə fikir vermir və peçenyelərə tərəf uzanır, şokoladlı peçenyedən götürür və çayında isladır, peçenye islanaraq qopub çaya düşməsin deyə tez ağzına aparır, buna baxmayaraq barmaqlarının arasından tökülür və isti qəhvənin üzündə qırıntılar qalır, nəsə mövzu açmır söhbət etməyə, mən də həmçinin, söhbət etmirəm və onun peçenyelərlə olan oynunu izləyirəm.

“Nəsə yeyin”, – israrla deyir. “Ac deyiləm”, deyirəm. “Başqa nəsə istəyirsiniz?” – deyə soruşur, – “yenə armud istəyirsiniz?” İmtina mənasında başımı yelləyirəm, icazəsiz götürdüyüm armudun sulu və yapışqan çöpü nədənsə hələ də əlimdədir, danışmağa bir mövzu da tapa bilmirəm, eynən onun kimi az danışıram, bəlkə də bilərəkdən söhbət açmır, nə siyasətdən, nə uşaqlardan, nə də yeni məktəb haqqında danışmır, harada yaşadığımı və nə işlə məşqul olduğumu da soruşmur, sanki bu etapları çoxdan keçmişik, sanki danışmağa ehtiyac duymayan səmimi cütlük kimi qısa jestlərlə yetərlənirik. Arada bir özümdən aslı olmadan kıkırdayaraq gülürəm, o zaman əlindəki peçenyeni yerə qoyub gülümsəyərək mənə baxır, eynən su dolu qabları aşağı atan Yotamla Gili kimi, əyləncəli oyun zamanı eyni günahı işləmiş iki yaramazlar kimiyik, onun haqda nələrsə öyrənmiş olsaydım, təbii ki, bu məni məmnun edərdi, lakin buna baxmayaraq suallarımla onu narahat etmirəm, zəif bədəninə baxıram, gördüklərimlə yetinməyə çalışıram, dik çiyinlər, uşaq ayaqlarına oxşayan çılpaq ayaqlar, uzun üzü, yanaqlarında batıq, qalın qaşlarının altında çuxura düşmüş gözlər, dolğun və tünd rəngli dodaqlar, indi məni öpsə üstümə yüklənmiş bu narahatçılığı bir anlıq unudardım. Dodaqları dodaqlarımda qışda örtündüyüm isti adyal kimi olurdu, məni sakitləşdirər və rahatlıq verərdilər, ona diqqətlə baxıram, heç vaxt bu qədər canlı və belə mənalı dodaqlar görməmişəm, əslində mənə aid olmayan, gözlənilməz bir öpüşə hiss etdiyim bu arzunu daha əvvəl heç dadmamışam. Qəflətən çeynəməyi dayandırır və mənə baxır, barmaqlarını yalayır və mənə baxaraq soruşur: -“ Hər şey yaxşıdır”? Gülümsəməyə çalışıram: “bunu niyə soruşdunuz?” “Narahat görünürsünüz, ona görə soruşdum”. Ona cavab vermək əvəzinə salfet götürüb gözlərimdəki yaşı silirəm, hər yaxşıdır deməyə çalışıram, öncəki gülüşüm və indiki ağlamağım bir-birinə qarışır, dadlı və duzlu, içimdə yüksələn iniltini gizlətmək üçün dodaqlarımı bir-birinə sıxıram.

“Nəsə eşidirsiz? Ağlayan, görəsən, uşaqlardandı”, – narahatlıqla soruşuram, o isə, “xeyr, heç nə eşitmirəm”, deyir və davam edir, “dünən Şabata gəlmişdiniz? Dünən sizi gördüyüm yadıma gəlmir, ah, hə, çox gec gəldiniz, necə də bezdirici bir yığıncaq idi, həmişə eyni şey, görəsən, niyə maraqlı şeylər olmur, böyük qızımızda bezəcək dərəcədə tədbirlərdə iştirak etmişəm, Gili sizin ilk övladınızdır, elə deyilmi, deyə sual verir və mən cavab verirəm, bəli, ilk və son. Yəni o dərəcədə pisdir? – o, gülümsəyərək soruşur, “əksinə, çox yaxşıdır”, deyirəm və o, “sizi başa düşmürəm”, deyir. Söhbət zamanı qapının səsi gəlir, ikimiz də koridora baxırıq, onun üzündə şübhəli bir ifadə var, sanki o qapıdan başqa qadın içəri daxil olacaq, lakin qapıdan qaçaraq çıxan bizim uşaqlardı, onların bir-birinə bu qədər oxşaması məni yenə təəccübləndirir, görəsən, o da bu bənzərliyi hiss edir? “Ata, kakao və peçenye götürə bilərik?”-Yotam mızıldanaraq soruşur. Atası onu özünə tərəf çəkir, “bu səhər məni öpməmisən, ilk olaraq səndən öpüş ala bilərəm?”

Oğlu meymun kimi onun dizlərinə dırmanır və onun boynundan öpür və atasının da dolğun, qəhvə və keks dadındakı dodaqları oğlanın alnından öpür, amma onu öpərkən gözləri məndədir və mən dilimi dodaqlarımda gəzdirirəm. Ata, alnımı islatdın, Yotam üzünü büzür, atasının qollarından çıxaraq peçenye olan qabı götürür və Giliyə uzadır, “al götür, bunları anamla birlikdə bişirdik”, amma Gilini əlini uzatmır, mənə yetkin və qəlbi qırılmış tərzdə baxır, bu Amnonun son həftələr mənə baxdığı baxışlar kimidir, ac deyiləm deyir, amma o peçenyeyə heç vaxt yox deməz, Yotam onun qolundan tutur, gəl otağıma gedək, amma Gili birdən-birə yanıma qaçır, başını dizlərimə qoyub mızıldayır, evə getmək istəyirəm.

Evə getmək istəyirsən? – Yotam təəccüblə soruşur və etiraz edir: hələ yeni gəlmisən, hələ heç nə etməmişik, gəl, oynayaq, gəl.

Amma Gili istəmir, qəflətən yox olan sevincindən əsər-əlamət yoxdur. Bir azdan atam məni görməyə gələcək, bəhanə axtararaq onu evdə gözləmək istəyirəm. “Atanı sonra da görə bilərsən”, Yotam deyir və Gili ona səbirlə, kədərli bir səslə izah edir, mənim atam daha bizimlə yaşamır, anam qalmasına icazə vermir bunun üçün o sonra evdə olmayacaq və bir anda altı qaralmış tünd rəngli gözləri də daxil mənə baxır. Bir canavara baxırmış kimi Yotam mənə ürkək-ürkək baxır və “niyə qalmasına icazə vermirsən?” sualını verir. Gülümsəməyə çalışıram, əslində buna mənim izin vermədiyimi demək olmaz, biz öz aramızda bir razılığa gəlmişik, lakin, Gili, bu, həqiqətən də problem deyil, sənə söz verirəm sən atanı sonra da görə bilərsən, indi ona zəng edib deyərəm ki, o sonra gəlsin. Amma Gili qərarından dönmür, Yotamın təhdidlərinin belə bir faydası yoxdur, səni bir daha dəvət etməyəcəm və əbədi olaraq sənə qəzəbli olacam.

“Mənə bax, bu nə danışıqdır? – atası o dəqiqə müdaxilə edir, – onun nə qədər çətin bir vəziyyətdə olduğunu görmürsən? Adam da dostuna belə kömək edər?” az öncə alnından öpülən Yotam bu danlanmaya görə bağıraraq ağlamağa başlayır, özü özünü məyus edən və hər şeyi məhv edən, yeni istəkli dostunun yanında ani qərarının nəticələrindən qorxan Gili də ağlamağa başlayır və mən balaca küçüklər kimi uluyan, önə əyilmiş iki başa görə çətin nəfəs almağa başlayıram, sanki yolumun üstündə bir barrikada yaranıb, amma bu bildiyimiz, işıqları yanıb sönən barikada deyil, təxminən bir metrə boyu, iyirmi beş kiloqram çəkisi olan balaca bir uşaqdır, yolun ortasına uzanıb, mənim irəli getməyimə mane olur və mən qəzəblənirəm. “Sən atanla birlikdə yaşamağa məni məcbur edə bilməyəcəksən, sən məni hər şeydən imtina etməyə və bezdiyim bir həyata geri dönməyə məcbur edə bilməyəcəksən!” Lakin qəzəbim tez də keçir və yerini mərhəmət hissi doldurur, öz atası heç vaxt olmamış kimi necə də dostunun atasının qolları arasında olmasına həsrətlə baxır.

Su dolu qablar kimi nərdivanlardan yerə düşürük və yerə çırpılaraq partlayırıq, ətrafa dağılan su necə ki, geri qabına dola bilməzsə, biz də o evin qapısından bir daha içəri girməyəcəyik, mənzildən çıxarkən yenə parlama səsinə oxşayan bir gurultu eşidilir, su dolu selofan ayaqlarımızın önündə vida kimi qəzəblə partlayır. Söyüş söyüldüyünü eşidirəm, lakin yuxarı baxmıram, bütün diqqətimi burnunu yuxarı dik tutan və əlimi incidəcək dərəcədə sıxan Giliyə yönəldirəm.

Pəncərələrdən çölə qab-qaşıq, qırıq-qırıq söhbətlər, uşaqların sevinc dolu səsləri gəlir, gec səhər yeməyinin bir pəncərədən digərinə keçərək gözəl ətirlər bir-birinə qarışır, orada qalan içmədiyim, ağzına qədər dolu olan qəhvəni xatırlayıram və yenə qəzəblənirəm, “sənə nə olub axı, axırda tək qalacaqsan”, deyirəm, “Yotam səni çox gözlədi, o səninlə dost olmaq istədi, amma sən onu məyus etdin, bu hərəkətin heç xoş deyildi və o ağlamaq üçün mənim deyinməyimi gözləyirdi sanki, mən atamı istəyirəm, dünən atamın bu gün səhər gələcəyinə söz vermişdin, Yotam məni maraqlandırmır, sən məni maraqlandırmırsan, mən, sadəcə, atamı istəyirəm və mən əsəbiləşərək yumruğumu göstərirəm, qızarmış armudun çöpü hələ də əlimdə olduğunu o an hiss edirəm və onu gördüyüm ilk zibil qutusuna atmaq əvəzinə ağzıma tıxayıram, qəzəblə çeynəməyə başlayıram. Hönkür-hönkür ağlayan oğlumu sakitləşdirmək əvəzinə, güldüyüm gülüşün, içib bitirmədiyim qəhvənin, yemədiyim peçenyenin və almadığım öpüşün dadı ağzıma dolur, sulu armudun çöpünü dişlərimin arasında gəzdirirəm, evimizə girərkən tanış kişi səsini eşidəndə də onu atmaq istəmirəm. Gili, ata, deyərək qışqırır və mətbəxə qaçır, nədənsə soyuducunu açır, sanki atası oradan çıxacaq, amma bu Amnonun səsi deyil, telefonda səsli mesaj qoyan Qabinin səsidir, öz tərzinə uyğun olaraq ağır-ağır danışır.

“Hər nə olursa-olsun, bir xəbər alan kimi mənə zəng et, Ella, həqiqətən, çox narahatam, bir az gəzmək istədiyini dedi, amma gecə geri gəlmədi, mobil telefonu da sönülüdür, dünən, həqiqətən, bitmiş bir halda idi, daha yaşamağa heç bir səbəbi olmadığını dedi, bu vaxta qədər ondan belə sözlər eşitməmişdim. İstəmədən telefona cavab verirəm, alo, Qabi, evə indi girdim, nə olub?”

Qorxduğum oldu, mızıldanaraq deyir, tamamilə məhv olmuş bir vəziyyətdədir, onu tanıyırsan, hər şeyin asanına qaçmağa öyrəncəlidir, indi isə tamamilə məhv olub, bu vəziyyətə dayana bilmir, öhdəsindən gələ bilmir.

Dünən çox yaxşı görünürdü, hətta bu qədər rahat qəbul etməsinə təəccübləndim, deyirəm və Qabinin dediklərinə etirazımı bildirirəm, amma o, mənim dediklərimə qulaq asmır, o, heç nəyi qəbul etməyib, sadəcə, Giliyə görə özünü təmkinli aparırdı, amma mənim yanımda canlı meyit kimi oturmuşdu, heç nə yemədi, tək kəlmə belə danışmadı, yanımda olduğu müddət balaca uşaq kimi ağladı, sadəcə, mən boş yerə narahat olmuram, inan mənə, uşaqlığından, altı yaşından bəri onu tanıyıram, onu səndən daha yaxşı tanıyıram. Uri və Tamiyə zəng vurmusan, deyə soruşuram. Ya da Mikailə? Əlbəttə, deyir, ondan xəbər almaq üçün hər yola əl atmışam.

Elədirsə, bəs o harada ola bilər axı? Artıq qorxmağa başlayıram və bu Qabini çox sevindirir. “Nəhayət, vəziyyətin ciddiyətini başa düşdün, sən nə düşünmüşdün axı? Dostcasına vidalaşıb öz yoluna gedəcəyini və Gili üçün möhtəşəm ata olacağını düşündün? Heç nə bilmirsən, o göründüyü qədər də güclü adam deyil, mən bunu illərdi bilirəm, buna görə də o, nəsə səhv edəndə çox üstünə getməmişəm, məncə, sən də eyni şeyi etməli idin.

Səs tonumla ona etirazımı bildirirəm, “şişirdirsən, Qabi, sən, həqiqətən, elə düşünürsən ki, onun qəlbini qırmamaq üçün, o pis olmasın deyə mən onun yanında qalmalıyam? Səncə o bununla yaşaya bilər?”

“Bəli, deyərək ciddi şəkildə sualımı cavablayır, o bununla yaşaya bilərdi, həm də bu onun üçün pis bir həyat olmazdı və sən də əvvəl axır bu həyata alışacaqdın. Subay olduğun vaxtdan bu yana çox şey dəyişdi, Ella, xüsusilə də yaşın. Çöldə nələrin baş verdiyindən, qarşına hansı tip insanların çıxacağından xəbərin yoxdur, insanlar pozulum, hamısı bir-birinin tayı-dı, onları tanıdıqdan sonra Amnonun qüsursuz biri olduğunu anlayacaqsan, sənin acı çəkməyini istəmirəm, Ella, icazə ver o geri dönsün və son olaraq da dua edək ki, gec olmasın, o özünə nəsə etmiş olmasın”.

Amma, Qabi, sən başa düşmürsən, nədənsə ona düşüncələrimi mütləq şəkildə izah etmək istəyirəm, hal-hazırda mənim başqa biri ilə tanışmaq olmaq kimi bir niyyətim yoxdur, mən yeni bir ər axtarmıram, tək qalmaq istəyirəm və o, kobudluq edərək sözümü kəsir, sən, sadəcə, bunları istədiyini düşünürsən, kimsəylə yaşamaq istəməyən qadın yoxdur, sənin yaşında olan biri bir uşaq daha istəyir, danışdıqlarına məni inandıra bilməzsən, amma bu da vacib deyil. Hal-hazırda onu tərk edə bilmərsən, onunla öz istəyinlə evlənmisən, kimsə səni məcbur etməyib, bu mövzuda onu sıxışdıran biri var idisə o da sən idin, səhv deyirəmsə səhvimi düzəlt, iynələyərək deyir, evlilik uşaq oyuncağı deyil, hələ bir uşaq heç oyuncaq deyil.

Sözlərinin qarşılığını verirəm, sən hansı dünyada yaşayırsan, hər kəs ayrıla bilər, biz Katolik deyilik, sən özün belə boşanmısan, niyə sənin buna haqqın var amma mənim yoxdur? Sən kişi mən isə qadın olduğuma görə? Tələsərək cavab verir, yox, mən boşandıqdan sonra hər ikimiz bunu rahat qəbul edəcəyimizi bildiyim üçün boşandım, amma bunu da bilirəm ki, Amnon bunu belə rahat qəbul etməyəcək və sənin hər kəsdən əvvəl oğluna qarşı öhdəliklərin var. Güclə nəfəs almağa başlayıram, bəsdir, Qabi, bəsdir məni təhdid elədiyin, imkan ver ilk öncə onun harada olduğunu öyrənim, öyrənən kimi sənə xəbər edərəm, amma telefona bağlı qalmalı olduğum halda baş gicəllənmədən yatağa uzanıram və ancaq o dağınıq yataqda oğlumu düşünürəm, sanki sevincli və xoşbəxt halda onu dostugildə qoyub gəlmişdim. Güclə yataqdan qalxıram, onun bir küncə qısılaraq oturduğunu görürəm, böyük ehtimal söhbətimizə qulaq asıb və eşitməməli olduğu həqiqətləri eşidib, yenə Qabinin və öz səsimi eşidirəm: “Amnon bunun öhdəsindən gələ bilməyəcək və sənin hər kəsdən öncə oğluna qarşı öhdəliklərin var, bəsdir, Qabi, bəsdir məni təhdid elədiyin, imkan ver ilk öncə onun harada olduğunu öyrənim, öyrənən kimi sənə xəbər edərəm, az öncə olan bu söhbət indi məhkəmə sənədləri kimi səslənir. Gili ayağa qalxır və səndələyərək mənə tərəf gəlir, “ana, mən yorulmuşam, səninlə yata bilərəm?” “Əlbəttə, mənim əzizim, deyirəm və əlimi ona uzadıram, gəl ikimiz də bir az dincələk”, üzərindəkilərlə yanıma uzanır, arxasını mənə çevirir və təəccüblü dərəcədə çox tez yuxuya gedir.

Balaca və enerji dolu varlıq, sənin bu üz cizgilərindən heç vaxt doymayacam, yeni doğulmuş körpə kimi onu diqqətlə seyr edirəm, üzündə qorxu və çaşqınlıqla dolu bir üz ifadəsi var, mənim gözlərimə bənzəyən gözləri, Amnonun dodaqlarına bənzəyən dodaqları daim mübahisə edəcək, bədənin belə bunun işarətini daşıyan, valideynləri boşanmış bir uşaq. O, sadəcə, mənə bənzəyir, hər fürsətdə Amnon bunu vurğulayardı, səndən heç nə götürməyib, sən, sadəcə, anasısan, həqiqətən, ona diqqətlə bax. Çox zır-zır uşaqdı, tez-tez bunu deyərdi, mən heç vaxt zırıldamamışam, bu xüsusiyyətini səndən götürüb, mən onun yaşda olanda çoxdan oxuyub yazmağı bilirdim, onun oxuma yazması niyə bu qədər uzun çəkir heç başa düşə bilmirəm. O hər dəfə öz qüsursuz qüruru və qüsursuz üstünlük duyğusu arasında var-gəl edərdi və Gili qorxaraq mənə sarılardı, Amnonun qərarlarının birdənbirə dəyişdiyini bilirdi.

“Amnon, o sənə heç bənzəmir, nə yaxşı nə də pis tərəfdən, artıq bunu qəbul et”. Amnonu dəfələrcə fikrindən daşındırmağa çalışdım, “onu necə var elə də qəbul et”. Amnon o saat hücuma keçdi: “Əsil demək istədiyin budur ki, sən məni olduğum kimi qəbul etmək istəmirsən, mənə əxlaq dərsi keçmə və mən, bu eyni şey deyil deyirəm, söhbət uşaqlardan gedirsə, bu başqa məsələdir. Daima onu qoruyaraq ona kömək etmiş olmursan, artıqlamasıyla güvən verirsən, çox tez yumşalırsan, onu balaca şahzadə kimi yetişdirirsən, uşağı həyata belə hazırlaya bilmərsən”. Mən, “bəlkə sən başqa bir şahzadə doğulduğu üçün qısqanırsan, deyirəm, sözlərini özünə saxla, bəlkə də onu ayrı ayrılıqda böyütsək daha yaxşı olar, daimi mübahisələrimiz ona yaxşı təsir bağışlamır və mən problem deyil, dedim, gəl ayrılaq, amma tərəddüdlü və vurğusuz deyilən sözlər, heç dilə gətirilməmiş halda yox olur, ta ki Amnonun üzünə baxaraq sözlərimi qəti şəkildə deyənə qədər.

Eşidirsən, Qabi, mən onun bu oyununda iştirak etmək istəmirəm, nə istədiyi bəllidir, narahat olaraq evimin qapısını ona açacağımı düşünür, valideynlərini fikrindən daşındırmağa çalışan yeniyetmə kimi özünü aparır. Nəyə geri dönmək istəyir ki, bitməyən münaqişələrə, yaralayıcı mübahisələrə, bəli, bilirəm, bəzən böyük sevginin küllərindən dostluq yaranar, hətta bu dostluq sevgidən daha qiymətli daha əziz ola bilər, amma bizdə uçurumdan, sadəcə, qəddar bir rəqabət yaranıb, pis rəqabət, biz dalaşmaqdan bezməyən iki qardaş kimiyik. Qabiylə danışdığım halda qarşımda onun üzünü deyil, iri cüssəli və yaraşıqlı gənc adamın üzünü görürəm, payız yarpaqlarının rəngində gözləri, süd kimi ağ yanaqlarının üstündə doğum ləkələri və həssas dodaqları var, mən indi Giliylə, onun gələcəkdəki halı ilə danışıram, ata anasının yeganə oğlu, altı yaşı olanda həyatı alt-üst olub, qısa sürə ailə həyatını xatırlamağa çalışan gənc adam, mən baş verən hər şeyi tək ona izah etmək məcburiyyətindəyəm.

Evlilik yatağımızda o yan-bu yana çevrilirəm, oğlanı oyandırmamağa çalışıram, tünd rəngli kətan pərdəni günortadan sonra əsən külək yellədir, otaq gah qaranlıq olur, gah da işıq düşür, adama elə gəlir ki, kimsə işığın düyməsi ilə oynayır. Sarı dimdikli qaratoyuqlar pəncərənin önündəki bozarmış sərvənin arxasına toplaşıblar, aylar keçdikcə yaşıl yarpaqları saralan ağacı qış gəlmədən kəsməli olacaqlar, ümid edirəm bu dəfə şiddətli küləyə məruz qalmayacaq.

Ağacın qəzəbini hiss edirəm və üzüstə dönərək yatıram, çox ac olduğum üçün mədəm hərəkətə keçir, bir azdan özünü doyurmaq üçün acgöz əllərini boğazıma uzadacaq, ağlıma Yotamın atasının gözümün önündə tez-tez mədəsinə ötürdüyü peçenyelər gəlir, kaş indi o peçenyelərdən burda olardı və onlardan ayrılmayan güclü dodaqlar, dodaqlarım onlara tərəf uzanır, ağzıma alıram və yumuram, bütün üzüm ac dodaqlarımdan ibarətdir, Yotamın atası onun alnından öpərkən mənə baxaraq sanki məni o öpüşə dəvət edirdi, həyəcanlandırıcı sirr saxlayan gənc qız kimi yorğanın altında yavaşdan gülürəm və sonra yatmış Gili tərəfə əyilib onun alnından öpürəm.

Tam başının üstündə çərçivəli bir şəkil asılıb, ona baxıram və asılı olduğu mismardan çıxardıram, mismar yerindən çıxaraq yerə düşür, Gilinin üzünə bir az əhəng tökülür, diqqətlə tozları üfləyirəm, rəsmə baxıram, gülümsəyən üç üz, təhdid edərək havaya qaldırılmış üç barmaq kimi, xoşbəxt anlarımızın olduğunu sübut edən bir şəkil və bu heç də uzaq keçmişdə olmayıb. Burada, üstü qarla örtülmüş qara çətirin altında bir birimizə sıxılmışıq, Amnon əyilərək donqarlaşıb, çətiri başımızın üstündə qalxan kimi tutub, Gili onun qucağında oturub, yanaqları qırmızı, üzü isə qar dənəcikləri ilə doludur və mən bu şəkildəki insanın mən olduğuma boynuma almaq məcburiyyətindəyəm, iki insanın arasında məmnun halda gülümsəyirəm, qırmızı əlcəkli əl Amnonun qolunun üstündədir, gözlərdə də gün eynəkləri, yox, kimsə bu şəkildə sonlanan bir ailə tablosunu görə bilməzdi. Qarın yağma səbəbi ilə aşağı baxçaya endik, Gilinin sevinci bizə də keçmişdi və qonşulardan bizim şəklimizi çəkmələrini xahiş etdik, sonra bu şəkili çərçivəyə salıb divardan asdıq.

Bəli, belə günlərimiz də var idi, mənim bizdən artıq kiminsə olmasını istəmədiyim günlər, üçümüz bir evdə, üçümüz maşında, üçümüz təyyarədə, ata və anasının arasında olan balaca qız uşağı kimi, yanımızda qal, tez getmə, deyə xahiş edərdim və Amnon işdən, vacib telefon zənglərindən və ya iş görüşlərindən danışardı, əvvəllər iki nəfər idik, deyə deyinərdi indi isə cütlüyün nə olduğunu unutmusan? Buna baxmayaraq orada qarın içində dayanan, maşınla səyahət edən, axşam yeməyi yeyən bu üç nəfərlik qrup çox təbii idi, lakin bundan sonra üçümüzün görüşü cənazə görüşü kimi kədərli olacaq və illər sonra hər şey unudulsa da, tək bir kəlmə, tək baxış bizə bu günü xatırladacaq.

Anidən hər şey məsumluğunu itirir, nə Gilinin yuxusu, nə o yad insanın baxışı, nə qəhvədə əriyən peçenyelər, nə də cavab verilməyən zənglər məsumdur, hər şey qorxu yaradır və bir anlıq yeni həyat gözlərimi kor edəcək qədər işıq saçır, sonra yenə qaralır və hələ ayaq basılmamış bir meşə kimi təhdid edir. Ora, ağacların arasına gəzməyə gedirik, uzun və incə ağaclar, sevgimizi bastırmaq üçün məzar axtarırıq, gecəni cəsədlə birlikdə qalmamaq üçün axşam olmadan geri dönmək istəyirik. Yalın əllərimizlə nəm torpağı qazmağa başlayırıq, tükənmiş, xəstələnmiş sevgi, bədəni insan bədəni kimi yaxşı günlərdə güclü olan amma indi tabutun içində məzara gedərkən quş qədər kiçik görünən sevgi, bütün yaxınları təccüblə ona baxırlar, görəsən, həqiqətən, bu odur, aylarla davam edən xəstəliyi səbəbi ilə nə qədər də zəifləyib. Bir azdan torpaq tərəfindən sovrulacaq, biz isə hayatımızın evini təzədən tikməyə məhkum edildik, həm də onun məzarının üstündə, eynən dağılmış bir şəhərin sakinləri kimi geri dönərək dağıntıların üstünə evlər inşa etdikləri kimi, evə yeni xalçalar səririk, mebellər yerləşdiririk və sadəcə, aradabir ürpərərək evimizin altındakı cəsədi xatırlayırıq.

Payız axşamının soyuq havası məni yuxudan oyandırır, yorğan Gilinin üstündədir və mən paltarlarımın içində soyuqdan titrəyirəm, amma bədən üzvlərim hələ də yatır, bu halda mən necə durub yorğan götürəcəm, yenə ölmüş boz ağaca baxıram, bəlkə üstümə düşər və məni budaqları ilə örtər, yenidən yuxuya gedirəm, quru budaqları qucaqlayıram və əlimi qolumu bağlayan bu qəribə günün sakitliyini yenə Gabinin, Amnonu illərdi mənə qarşı çıxaran özü isə subaylıq həyatının zövqlərinə dair məsləhətləri ilə həyəcanlandırmağa çalışan keçmiş düşmanımın telefondakı səsi pozur. Ella, Amnona yoxa çıxıb, başqa harada ola bilər ağlıma gəlmir, heç kimin ondan xəbəri yoxdur, mobil telefonu sönülüdür, nə etməli olduğunu birlikdə fikirləşməliyik, yoxsa polisə zəng vuracam və mən yalnız o an yataqdan dururam, yuxunun gətirdiyi halsızlıq anidən yox olur, hətta özümü yetərincə ayıq hiss edirəm, ürəyim yerindən çıxacaqmış kimi döyünür, nəsə bir işarət tapmaq üçün otaqları gəzirəm, telefon dəftərində tanışların adların bir-bir baxıram, düşünmədən tez birini seçirəm, lazımsız söhbətlərdən sıxılıram, yeni adlar axtarmaqdan başqa heç nə düşünmürəm amma heç bir ipucu tapa bilmirəm.

Haradasan? Artıq sənə sevgilim deyə xitab etməyəcəm, çünki bir vaxtlar sevgili olduğun ürək indi sənə bağlıdır, sənə gənclik eşqim də deməyəcəm, çünki səndən əvvəl başqaları da olub və ərim deməyəcəm sənə, çünki bu kəlməyə nifrət edirəm, oğlumun atası da deməyəcəm, çünki sən bu şərəfə layiq deyilsən, digər sahiblənmə və sevgi sözləri böyümüş uşağın köhnə oyuncaqları kimidir aramızda, bizə nə xoş sözlər, nə də duyğular qaldı, bizə qalan, sadəcə, itib getmiş sevginin xatirələridir, ziyafətdən qalmış salfetlər qədər kirli xatirələr.

Haradasan, Amnon, sənin gözəl adını çağırıram, həmişə sevdiyim adını, o adı sənə mən vermədim, ona görə ayrılırkən də almayacam, kralın zəif və şəhvətli oğlunun adını, o vaxtlar sən özünü tanıtdığın vaxtlarda az qala mənim adımın Tamar olduğunu deyəcəkdim, kralın qızı, sənin ögey bacın olmağı və keçmişdə qalmış bir hekayə ilə səni özümə bağlamaq istədim, kədərli bir hekayə ilə, amma o vaxtlar mənim xəyal dünyamda özüm üçün gördüyüm, sadəcə, o hekayənin cəlbedici başlanğıcı idi. Və o, belə buyurdu: Davudun oğlu Absalomun Tamar adında gözəl bir bacısı var idi və Davudun oğlu Amnon bu qıza aşiq oldu… Mənə görə gün eynəklərini çıxartdın və mavi gözlərin əsmər üzündə parıldadı, mənə tərəf əyilərək əlini uzatdın və buraya sinfinlə birlikdə gəldin deyə sual verdin. Sən elə düşündün ki, mən lisey tələbəsiyəm və mən də sevinərək sənin səhvini düzəltdim, hansı sinflə gələ bilərəm ki, mən universiteti bitirmək üzrəyəm, bədəninə yapışmış boz köynəyin toz olduğunu, sadəcə, o an başa düşdüm və sən gözlərini məndən çəkmirdin, lakin mən önə əyilib işimi görürdüm, əllərimə yapışmış tozu bir birinə çırparaq təmizlədim, bir metr torpağın altında eramızdan minlərcə il əvvəldən qalma bir ev tapacam və o ev mənə aid olacaq, oradan gənc qızın sümüklərini tapacam və o mənim bacım olacaq, əminəm ki, o burada qazıntı yerində oturub. Sənin fikirli-fikirli ətrafımda gəzməyin hələ də gözümün önündədir, ətrafa güvən verirdin, cins şalvarın çirkli idi və baldır tərəfində yırtıq var idi, yırtıqdan aşağı nazik saplar sallanırdı, təkrardan sürətlə yanıma gəldi, məmnun halda əlini mənə uzatdı, səni əvvəl harada gördüyüm indi yadıma düşdü, sənin Terada, Minos qazıntı sahəsinin divarında şəklin var, sənə Parisli qadın deyirlər və mən, harada, deyə sual verdim. Terada, dedin, parçalanan adanın, Santorinin köhnə adı, oraya getməmisən heç? Fövqəladə gözəl rəsimlər pozulmadan qalıb orada. İnanılmazdır, deyə mızıldandın, mənə tərəf əyilərək üzümə baxdın, sən dörd min ildir yaşayırsan.

Bəlkə də, oraya, dağılmış Tel İsrailə, ətrafı dərin məzarlıqlarla əhatə olunan o möhtəşəm qazıntı sahəsinə geri dönüb, oranın gecələri nə qədər də tənhadır, tənha və təhlükəli, divara söykənirəm, gözlərimin qarşısında bədəni başdan ayağa tozla örtülüb, onu qazıntı sahəsində səssiz və yatmış vəziyyətdə görürəm, antik bir məzar kimi, gözümün önünə gələn bu mənzərə məni çox sarsırdır, ona dayanmadan zəng edirəm, təsirli səsli mesajlar göndərirəm, sənin üçün çox narahatam, bunun sənə bu qədər çətin olacağını düşünməmişdim, dəfələrcə məni ayrılmaqla təhdid eləmisən, bu addımın ikimiz üçün də doğru olduğunu fikirləşdim, sənə pislik etmək fikrim yox idi və hər keçən gün atamın düz dediyini başa düşürəm, bir fəlakətin başlanğıcıdır bu hadisələr, hər keçən gün məndən bir şey istədiyini indi başa düşürəm, ən çətin və eyni zamanda da ən asan olanı, ən ali və ən dəyərsiz olan, ən məntiqli və adi olan bir şey, bu fikirdən daşınmağım tələb olunur məndən, mövzu bir həyatı xilas etmək olduğuna görə fəlakət baş verəcək və xoşbəxtlik bizdən çox uzaq görünür, buna görə fikrimdən daşınmaq məcburiyyətindəyəm, eynən onlar kimi, onlar, o gün örtüklərin üstündə oturan və mahnı oxuyan analar, kralların kralı, ən ali mələklər. Fikrimdən daşınmaq məcburiyyətindəyəm, eynən analarımızın etdiyi kimi, heç tərəddüd etmədən, çünki göylərin qərarı belədir, Merivada, o gün çöldə, Massada olduğu kimi, qəlblərinizi möhürləməyin və mən orada eləcə dimdik dayanmışam, ciddi və gərgin, sanki bir anım mərasimindəyəm və səhnədə dayanmışam, bütün gözlər mənə baxır, arxa planda insanın ürəyini parçalayan siren səsi eşidilir, iztirab bitmir və mən yüksək səslə sədaqət andı içirəm, duman kimi boz olan ölü ağacın hüzurunda, yatan uşağın hüzurunda, mən, Ella Miller, David və Sara Qoşenin qızı, burada, Tanrının, insanların, ağacların və daşların hüzurunda, and içirəm ki, Amnon sağ salamat geri qayıdanda, onun evə gəlməsinə yenidən icazə verəcəm, onu canı dildən qarşılayacam və o istədiyi qədər onun arvadı olacam və onunla birlikdə yaşayacam, and içirəmki, tərəddüd etmədən, etmək istədiklərimdən imtina edəcəm, onları basdıracam və bir daha onları gün işığına çıxartmayacam, nə sözlərimlə nə də düşüncələrimlə.




5


Xəyalımda, onun o vaxtlar köçdüyü, tək otaqlı evində oturub, böyük maraqla qazıntı sənədlərini oxuyuram, bu sənədlər Davudun və Süleymanın heybətli və görkəmli krallığının balaca bir krallığ olduğunu sübut edir, çünki bu şəhərləri inşa etdirən Süleyman deyil, Omri sülaləsinin kralları idi, mənə baxaraq gülümsəyir, bəlkə bir gün səni orada necə tapdığımı danışaram, deyir, sən mənim ən önəmli icadımsan, İsrail torpaqlarında həyat tapan Minos divar rəsmi, dörd min yaşında olan qadın.

Yaxınlaşma, deyə pıçıldayıram yatağın yanındakı telefon zəng çaldığında, yataqdan sıçrayıb tez qalxıram, telefonu götürəndə Qabinin səsi məni məyus edir, sanki ağlının gücü və fədakarlığı üçün medal qazanmış kimi sirrli və fövqəladə təkəbbürlü bir səslə, hər şey qaydasındadır, Ella, deyir, onun yaşamasına dair iz tapmışam.

Allaha şükür, rahatlayaraq dərindən nəfəs alıram, haradadır? Qabi təkəbbürlə yavaşdan gülür, “harada olması önəmli deyil, bunun aramızda qalmasını istəyir, sadəcə, onun yaxşı olduğunu sənə demək istədim və mən onu həzm etməyə çalışıram, görürsən, hər zaman olduğu kimi təlaşlanmağın və təşvişin yenə yersiz çıxdı, od püskürərək, insan birini sevirsə onun üçün narahat olmalıdır, böyük ehtimal sən bunu çoxdan unutmusan, sən Amnonun hər kəsdən çox özünü sevdiyini və özünə zərər verə biləcək ən axırıncı adam olduğunu unutmusan”, deyərək cavabını verirəm.

İçini çəkir, “bəsdir, Ella, səninlə mübahisə edəcək halda deyiləm, məndən də ayrıldığın üçün sevinə bilərsən, daha mənə onun yeni arvadı dözməli olacaq, sən yox”. Maraqlandığımı bildirməməyə çalışıram və heç vecimə deyilmiş kimi soruşuram: “nə, indidən yeni birini tapıb?” Qabi irişir: “mən belə bir şey demədim, sadəcə, ondan ayrılsan məni də itirəcəyini dedim, bu ikimizi də incitməz” və mən, mənə xoş olmayan bu sözlərin qarşılığı olaraq güclü bir səslə qışqırmaq əvəzinə onunla dostcasına danışmağa çalışıram. “Qabi, qulaq as, onun harada olduğunu bilməliyəm, ən azından telefon nömrəsinə ehtiyacım var, mobil telefonu sönülüdür və Gili onunla danışmaq istəyir”. Qabi çox sakit tonla mənim belə vəziyyətdə olmağımın keyfini çıxardır: “əzizim, onun telefon nömrəsini sənə vermək istərdim, lakin Amnon məndən xahiş edib ki, onun nömrəsini kimsəyə verməyim, xüsusilə də, sənə, o səninlə danışmaq istəmir, belə olan halda mən nə edə bilərəm? Mənim onun üzərində olan hakimiyyətimin də bir sərhədi var.

Şişirdirsən, Qabi, deyə yavaşdan danışmağa başlayıram, onun oğlu var, Gili onun üçün darıxır, dünən bütün gün telefonla ona zəng edib, Qabi rikayarcasına içini çəkir, sənə nə deyə bilərəm axı, Ella, bunu daha əvvəl düşünməli idin, uşağının atasını evdən çölə atdıqdan sonra onun hər an oğlunun əmrlərinə hazır olmasına gözləyə bilməzsən. Bundan sonra bu mövzuda Amnona güvənə biləcəyini düşünmürəm, amma sən hər dəfə Gilini özün tək böyütdüyünü deyərdin, yəni nə dəyişib ki, indi, sən buna çoxdan öyrəncəlisən, elə deyil? Əsəbimi telefonun dəstəyinə tökürəm, ay səni fitnəkar, bizi məhv etmək üçün əlindən gələni etdin, bu danışıqları beynimdən silmək üçün telefonun dəstəyini yerə qoyuram, lakin söhbət beynimdə davam edir və uzandıqca uzanır. O istəmir ki, sən onun harada olduğunu biləsən, səninlə danışmaq istəmir, danışmağa nəsə yoxdur və hər şey əvvəlki kimi olmayacaq. Bu ayrılıq, ayrılığın dili və səsi, bu ayrılıq, planlı və yenə də gözlənilməz, mübarizə aparmağı dayandıran bir bədən, məhv olmuş sistemlər, qopmuş sim, yandırılmış bir sahə, bunlar oldu və geriyə yol yoxdur, gecikmiş sədaqət andının artıq heç bir mənası yoxdur, vəədin yox oldu, artıq mənasız və dəyərsiz.

Bəs necə xilas olmalı? Paketdən çıxar-çıxmaz sınan bir stəkan kimi məhv oldu, şüşə parçaları ətrafa səpələnib, par-par parıldayırlar və mən barmağımın ucunda ortalıqda fırlanıram, hər səhər olduğu kimi xalçanın üstündən heyvan müqəvvalarını yığıb Gilinin rahat yatmadığı yatağının üstünə qoyuram. Gözümü açıb bağlayanadək bədənim hərəkətsizləşir, qollarım otaqda süzür və heyvan müqəvvalarını tutur, mən isə divara söykənmişəm, istədiyin oldu, deyərək alovlar pıçıldayır, istədiyini aldın, azadsan, o sağ salamatdır və artıq sənə əzab verməyəcək, qapı açıqdır, maneə yoxdur daha, niyə çölə çıxmırsan?

Qəzəbdən yaşarmış gözlərlə qonaq otağına, elə aldığımız gün köhnə görünən boz divana və sanki yorucu söhbət etmiş kimi görünən kresloya baxarkən, içimdə həsrət alovu yanır sanki, Amnonu yox, yarıda qalmış gələcəyimizin yox, hər şeydən əvvəl bizimlə olan bəsit hissləri və hərəkətləri, yaşanılan sevginin həsrətini çəkirəm və dediyi yalana inanmış bir qız uşağı kimi mebellərin arasında gəzirəm, divana otururam, mənə qatı toz dənəcikləri ilə cavab verən yastıqlara vurmağa başlayıram.

Özümü sakitləşdirməyə çalışıram, o, sadəcə, məni cəzalandırır, qəzəbli və küskün olduğu üçün uzaqlaşır, əslində, varlığını yoxluğu ilə güclü etməyə çalışır, açıq aydın bəllidir ki, o geri dönəcək, əgər sən dönməsini istəsən, bu hələ də sənin əlindədir, amma Qabinin qəzəbli səsi məni narahat edir, yeni bir qadının olduğunu ima etdi, ayrılığımızdan bir həftə keçməyib, o bu tezliyində yeni bir qadının həyatına girməsinə necə razı oldu axı? Olan oldu, mən onun həyatı üzərindəki hakimiyyətimi itirdim, oyunun qaydaları dəyişdi. Olub bitti, sonu yaxşı da olsa, pis də olsa gerçək budur, qızğın söhbətlər, mübahisələr, cəlbedici xəyallar və daha nələr, onlar artıq heç biri yoxdur.

Duşun altında soyuq su belə bədənimdə alovlanır, əllərim köz kimi yanır, dilim yanır, duşdan tökülən sudan içirəm və telefonun zəng çaldığını eşidirəm, qapının şiddətlə döyülməsi də zəngin səsinə qarışıb, tez duşdan çıxıram, qurulanmıram, su saçlarımdan bədənimə yapışmış paltarların üstünə süzülür, qapını açmağa tələsirəm, onu qapıda görmək arzusu ilə ürpərən bədənimdə su buxarlanır.

Bu nə haldır, Ella, telefona cavab verməyi nə vaxt öyrənəcəksən, deyərək hər zaman olduğu kimi üstümə gəlir, mobil telefonu hələ də qulağındadır. Sənə onun yaxşı olduğunu xəbər vermək istədim, amma sən telefona cavab vermirsən. Bəlkə də belə daha yaxşıdır, yoxsa mənə qapını açmazdın, gülümsəyərək içəri keçir, hər zaman olduğu kimi kostyum geyinib, saçlarını jele ilə arxaya darayıb, yanaqlarından ətrafa təraş lasyonunun iyi yayılır, maraq dolu baxışlarını qonaq otağında gəzdirir, sanki son görüşümüzdən sonra yaşadığım bütün hadisələr divan kreslolarda yazılmışdı. Sonra baxışları çılpaq ayaqlarıma yönəlir, balaca ölçülərdən xoşlanan biri üçün pis deyil, deyir, böyük ehtimal başqa biri tapa bilərsən və mən soyuq səs tonu ilə danışmaq üçün özümü məcbur edirəm, burada nə işin var, Qabi, səni dəvət etdiyim yadıma gəlmir, o barmaqları arasında tutduğu və mənə çox tanış olan açarı mənə göstərir, problem yoxdur, əzizim, məni dəvət etməyinə ehtiyac yoxdur, bu açarları mənə Amnon verib, onu Qabinin əlində almağa çalışıram, onu mənə ver, o mənə aiddir və o, sakit ol, deyir, Amnon istədiyi üçün buradayam, bura onun da evidir, bu evi alanda sizin üçün müqavilə bağlamışdım, xatırlayırsan?

Bura onun da evidir amma sənin evin olmadığı dəqiqdir, deyirəm, burada sənə nə lazımdır? Amnon onun bir neçə əşyasını götürməyim üçün məndən xahiş etdi ki, bura gəlim, mənə kömək edəcəksən ya bütün evi özüm axtarım? Rədd ol buradan, Qabi, nəsə istəyirsə özü gəlsin götürsün, gülərək, nə olub, mənim əzizim, yoxsa onun üçün darıxmısan? Bu qədər tez?

Qətiyyən yox, deyirəm, amma səni görməkdənsə onu görməyi üstün tuturam, məni dinləməyərək yataq otağına keçir, şkafın qapılarını açır, sviterə və uzun şalvara ehtiyacı var, axşamları soyuq olur, deyərək açıqlama verir, qış paltarlarını hara qoymusan? Bura? Sarı və məharətsiz əlləri mənim alt paltarlarım olan siyirtmənin içində gəzişir, yeni geyimlərə ehtiyacın var, Ellinka, deyir, xoşuma gəlmədi, amma bunu sənə deməliyəm, bir az özünə pul xərcləməlisən, bunları geyinsən kimsəni cəlb edə bilmərsən, rəngi solmuş yaşıl alt geyimini gözümün önündı sağa-sola fırlayır və mən yanaqlarımın qızardığını hiss edirəm, sanki kimsə mənə sillə vurub, rədd ol, əclaf, çək o əllərini geyimlərimdən, amma o qarışdırmağa davam edir, mən səndən mənə kömək etməyini xahiş etdim amma görünür bu işi tək görməli olacam.

Rədd ol, onu itələyirəm, çıx bu otaqdan, mən sənə nə lazımdırsa gətirərəm və o, problem yoxdur, deyir, qonaq otağında gözləyirəm. Sarı, bürüş-bürüş olmuş bir kağız çıxardır cibindən, o kağızlarıdan Amnonda olardı, üstündə qarışıq hərfilərlə yazılar yazılmışdı, iki sviter, şalvar, cins şalvar, jaket, nə var idisə hamısını onun oturduğu divanın üstünə atıram, əşyaları götür və rədd ol burada, əgər bir daha bura gəlsən kilidi dəyişdirəcəm.

İnan mənə, bu mənim üçün də xoş deyil, deyir, mənim üçün səni görməkdən daha əyləncəli şeylər var, amma bilirsən ki, dostluq mənim üçün hər şeydən önəmlidir, Amnon bunu indi başa düşür, mənə paket ver, yoxsa onu da mən axtarım? Siyirtmədən paket çıxarıb ona verirəm, yaxşı, bəs o haradadır, şəhərdədir? Gözləmədiyim cavabı alıram, hə, buradadır, çox uzaqda deyil, ona nəsə çatdırmağımı istəyirsən?

Ona oğlunun olduğunu xatırlat, Gilinin ona ehtiyacı var, onu görməlidir və o, narahat olma, deyir, bunun üçün əlimdən gələni edəcəm və baxışlarının həyəcanla bədənimdə gəzdiyini görürəm, ləkəli geniş üzü gülümsəməyə başlayır, mənə yad olan onun baxışları deyil, hərəkətləridir, çünki bir əli ilə məni itələyərək qapıya yapışdırır, digər əlinin barmaqları ilə də köynəyimin yaxasını aşağı çəkir, sinəmin biri çöldə qalır. Pis deyil, sinən gənc qız sinəsi kimidir, onu itələyərək özümdən uzaqlaşdırmağa çalışıram, arsızlığından dəhşətə gəlirəm, Qabi, dəli olmusan, əllərini çək, lakin o çiyinlərimdən tutur və buraxmır, sakit ol, heç nə etmirəm, sadəcə, baxıram. Gözlərini qısaraq bir əşyaya dəyər verən ekspert kimi baxır mənə və mən tez köynəyimi yuxarı çəkirəm, rədd ol buradan, buna necə cürət edə bilirsən axı, bu alçaq hərəkəti məni təəccübləndirmir, lakin bunu belə açıq şəkildə etməsi elə təəssürat yaradır ki, sanki mən heç vaxt onun ən yaxın dostunun arvadı olmamışam. Üzümdə nəfəsini hiss edirəm, sən kimsən axı, sənə toxunmağım üçün mənə yalvaracaqsan, həyatın dəyişib amma sən hələ də bunu başa düşmürsən.

Səninlə birlikdə olmaqdansa, rahibə kimi yaşamağa üstünlük verirəm, əlimdəki paketi alaraq məni buraxır, mənə yaxşı qulaq as, səninlə bir dəfə yatmağım üçün mənə yalvaracaqsan, bunu deyir və qapıdan çıxır, mən arxasından qışqırıram: – Sən görəcəksən, bu etdiklərini Amnona danışacam! Səncə bu Amnonun vecinədir? Arxasına dönüb baxmadan nərdivanlardan enərək gözdən itir. Onun getdiyindən əmin olmaq üçün pəncərədən baxıram, bahalı maşınına oturur, ön oturacaqda kimsə oturub, böyük ehtimal yoldan çıxartmağa çalışdığı təcrübəçi qızlardan biridir, gözlərimi qıyaraq daha diqqətlə baxıram, yox, bu dəfə yanındakı kişidir, paketi alır və dizlərinin üstə qoyur, bu, Amnondur.

Amnon və Qabi uzaqlaşmadan onlara çatmalıyam, əslində Amnonla danışmaq istəyirəm, amma Qabi telefona cavab verdiyində anidən, burada bir şey yadından çıxıb, deyirəm, və o təəccüblə soruşur, nəyi unutmuşam, paket var, o yadından çıxıb, yaxşı, gəlirəm, – deyir. Çox keçmədən maşını görürəm, ağacların altında dayanır, Qabi təkəbbürlü üz ifadəsi ilə maşından düşür və Amnon paketi əlində tutaraq onun arxasından baxır. Niyə başını qaldırıb bir zamanlar yaşadığı bu evə, sevdiyi böyük pəncərələrə baxmırsan? Bax, sarmaşıqlar divara dırmanır, onları iki həftə əvvəl kəsmişdin və mənzərə genişlənmişdi.

Haradadır? – şübhəli halda soruşur və mən nədən danışdığını bilmirmişcəsinə soruşuram: – Kim? “Sənin oyunlarından yoruldum, Ella”, deyir, “paket haradadır?” Mən ona gülümsəyirəm, mənə yaraşmayan bir tərzdə köynəyimin yaxasını aşağı çəkirəm: “paket yoxdur, Qabi”, o an üzünə məmnun bir ifadə yayılır, lakin şübhəli baxmağa davam edir, dodaqları həyəcandan titrəməyə başlayır və mən onu qıcıqlandırıram: nədir, yoxsa qorxmağa başladın? Boğuq səslə fısıldayır, “səndən qorxa-cam, əlbəttə ki, yox”. Az sonra peşman olmaqdan qorxacağını düşünərək məni özünə çəkir, hələ də yaş olan saçlarımdan tutur və ətli dilini quru ağzıma soxur, mən pəncərənin kənarına söykənirəm, maşına və maşında oturan adama altdan-altdan baxıram, mənə elə gəlir ki, o səbirsizcəsinə saata baxıb qəzəbli gözlərlə evi nəzərdən keçirir, böyük ehtimalla bir azdan evə gəlməyə qərar verəcək, və o an, dostu pişik kimi boynumu yalayarkən, əllərini ayaqlarımın arasına salır. “Mənim üçün dəli olursan, elə deyil, əzizim?” Cavab vermirəm, gözlərimi donqar kölgədən çəkə bilmirəm, mənim üçün yanıb-alışdığını həmişə hiss etmişəm, deyərək mızıldanır və mən istəmədən razılıq əlaməti olaraq başımı yelləyirəm, amma hipnoz olmuş kimi gözlərimi arabadan çəkə bilmirəm.

Sərt saqqallı üzünü üzümdən uzaqlaşdırır, əlləri şalvarımın kəmərini qurcalayır, gözləri məndədir, onu tərifləyəcək, xoş sözlə bir etiraf edilməsini gözləyir, qəfildən mənim baxışımı görür, aşağıda nə gəzirsən, deyə pıçıldayır, çənəmdən tutaraq üzümü özünə tərəf çevirir, sən mənimlə oyun oynayırsan, bu bir oyundur, elədir? Birdənbirə əlini havaya qaldırır, güclə nəfəs alır, qəzəblə mənə baxır, özünü məndən qoru, Ella, heç kim mənlə oyun oynaya bilməz, bunun əvəzini səndən pis şəkildə çıxacam, sürətlə məndən uzaqlaşır, əli ilə üzündəki təri silir və qıcıqlandırılmış kimi gerə qayıdır, yenə əlini ayaqlarımın arasına soxur və qurumuş dodaqları ilə pıçıldayır, yenə gələcəm, Ella, amma vaxtı mən təyin edəcəm, sən yox, aşağıda məni gözləyən kimsə olmayanda gələcəm. Qapıya tərəf gedəndə üzü təhtidkar bir ifadə alır, mən isə ona qarşılıq verərək özümə əziyyət belə etmirəm, gözlərimi ondan çəkirəm və aşağıda dayanan maşına baxıram, Qabi maşına oturur, təəccülüdür, sürüb getmirlər, aralarında sərt əl hərəkətlərini görürəm, dava çıxacaq sanki, Amnonun uzun bədəninin anidən çölə çıxmasını gözləyirəm, amma məyus oluram, gördüyüm tək şey Qabinin onu cəsarətləndirərək əlini çiyninə qoymasıdır. Maşın hərəkət edərək gözdən itir və onlar məni burada, yuxarıda, pəncərənin kənarında, günəşin yandıran şuaları altında tək və susqun qoyaraq, gülürlər.

Biz qəribə, əslində gülməli cütlüyük, o yekə və kobud, hətta bir az yöndəmsiz, geniş və güclü bədəni daim hərəkətdədir, mən isə böyüməyi vaxtsız dayandırmışam, sanki nəsə mexanizmanı xarab etmiş kimi, səbəb hər nədirsə, anamdan da balaca qalmışam, dar budlu və düz sinəli, tamamlanmamış qadın, əslində, bizim bir-birimizin qüsurlarını üzə çıxarmaq, bir-birimizi gülünc duruma salmaq üçün bir yerdə olduğumuzu düşünmək olardı, çünki yan-yana dayananda mən daha da balaca görünürdüm, o isə daha böyük, bir-birimizi qarşılıqlı olaraq daha da eybəcərləşdirirdik, mən boynumu ona tərəf uzatmaq, o isə mənə tərəf əyilərək donqarlaşmağa məcbur idik. İlk əvvəl bu fərqlilik bizə həyəcanverici təsir bağışlayırdı, sanki başqa irqlərə mənsub idik, fərqli nəsillərin birləşmiş təmsilçiləri, amma illər keçdikcə bu hal canımızı sıxmağa başladı. Özü qədər uzun olan köhnə sevgilisi ilə bağlı hekayələr danışaraq məni qıcıqlandırmağı sevirdi, qızı, sadəcə, bir dəfə, toyumuzda görmüşdüm, indi onun necə gördüyünü xatırlamağa çalışıram, lakin gözümün önünə, sadəcə, arıq uzun bir fiqur gəlir. Toydan sonra onun yanına getdikdə Amnona toyunda bəy kimi deyil sanki bir qonaq kimi təəccüblə baxırdı. O, ciddi qadın idi, Qabi tez-tez bunu deyərdi, Amnonun ondan niyə ayrıldığını hələ də başa düşə bilmirəm, həm də sənə görə, o Amnon üçün yaranmışdı.

Bu yaxД±nlarda Amnon onunla yolda tЙ™sadГјfЙ™n rastlaЕџdД±ДџД±nД± danД±ЕџД±rdД±, yazД±q Ofra, Amnon onun haqda danД±Еџanda hЙ™r zaman belЙ™ deyЙ™rdi, Й™ri onu iki uЕџaqla birlikdЙ™ atД±b gedib vЙ™ mЙ™n indi tГјkЙ™nmiЕџ halda pЙ™ncЙ™rЙ™nin Г¶nГјndЙ™ dayanarkЙ™n Amnonun mЙ™ndЙ™n Й™l Г§Й™kdiyini anlayД±ram, Й™gЙ™r o, mЙ™ndЙ™n Й™l Г§Й™kmsЙ™ydi Qabi barmaДџД±nД±n ucu ilЙ™ dЙ™ olsa mЙ™nЙ™ toxunmaДџa cГјrЙ™t etmЙ™zdi. HЙ™yatД±nda baЕџqa biri olmasaydД± mЙ™ndЙ™n belЙ™ asanlД±qla imtina etmЙ™zdi, bir hЙ™fЙ™t Й™rzindЙ™ yeni bir qadД±n onun ГјzЙ™rindЙ™ hakimiyyЙ™ti Й™lЙ™ ala bilmЙ™z, bunu, sadЙ™cЙ™, acД±nacaqlД± halda olan Amnonu baЕџa dГјЕџЙ™n vЙ™ onu bir gГјndЙ™ sevgisinin, sЙ™daqЙ™tinin vЙ™ sonsuz baДџlД±lД±ДџД±nД±n gГјcГјnЙ™ inandД±ra bilЙ™n hansД±sa qadД±n bacara bilЙ™rdi, yazД±q Ofra.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/zeruya-shalev/tera-68341940/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация