Читать онлайн книгу "Vinni-Puh"

Vinni-Puh
Alan Miln


Dünya ədəbiyyatından seçmələr
Kitabın əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır. Dərin yumorla yazıldığından bu əsəri nəinki uşaqlar, hətta böyüklər də maraqla oxuyurlar.





Alan Miln

VД°NNД°-PUH





VД°NNД°-PUH ARILARLA TANIЕћ OLUR


Dostu Kristofer Robinin arxasД±nca pillЙ™kЙ™ndЙ™n baЕџД±aЕџaДџД± enЙ™n Vinni-Puh boynunun ardД±yla pillЙ™lЙ™ri sayД±r: bum-bum-bum. HЙ™lЙ™ ki baЕџqa cГјr enЙ™ bilmir. NЙ™ isЙ™, o artД±q aЕџaДџД±dadД±r vЙ™ sizinlЙ™ tanД±Еџ olmaДџa hazД±rdД±r.

– Vinni-Puh. Çox şadam!

YЙ™qin, bu ad sizЙ™ qЙ™ribЙ™ gЙ™lir, amma ingilis dilini bilirsinizsЙ™, daha Г§ox tЙ™Й™ccГјblЙ™nЙ™cЙ™ksiniz.

Ona belə qəribə ad qoyan Kristofer Robindir. Haçansa Kristofer Robin nohurda üzən Puh adlı bir qu quşuyla tanış olmuşdu. Sonra qu quşu harasa çıxıb getdi, amma adı qaldı. Ona görə Kristofer Robin bu adı öz ayısına verdi ki, unudulmasın.

Vinni isЙ™ zoologiya baДџД±ndakД± Й™n mehriban diЕџi ayД±nД±n adД±ydД±. Kristofer Robin bu ayД±nД± Г§ox sevirdi.

Vinni-Puh axЕџamlar oynamaДџД± daha Г§ox sevir, bЙ™zЙ™n dЙ™, xГјsusilЙ™ Kristofer Robinin atasД± evdЙ™ olanda ocaДџД±n kЙ™narД±nda oturub maraqlД± naДџД±la qulaq asmaДџД± xoЕџlayД±r.

Belə axşamlardan biri…

– Ata, Vinni-Puha nağıl danışarsan? Nağıla qulaq asmaq istəyir!

– Danışaram, niyə danışmıram, – atası dedi. – Hansı nağıla qulaq asmaq istəyir? Kimin haqqında olsun?

– Maraqlı nağıla! Onun özü haqqında olsun. Axı Vinni-Puhdan yoxdur, gör nə qəşəng ayı balasıdır!

– Yaxşı, – atası razılaşdı. – Çox-çox əvvəllər Vinni-Puh meşədə Sanders adı altında tək yaşayırdı.

– Necə yəni «adı altında yaşayırdı»? – Kristofer Robin soruşdu.

– Yəni qapının üzərindəki lövhədə qızıl hərflərlə «Mister Sanders» yazılmışdı, o da onun altında yaşayırdı.

Bir dəfə meşədə gəzən Puh bir talaya gəlib çıxdı. Talanın ortasında başı göylərə dəyən nəhəng palıd ağacı bitmişdi, ağacın başından dızıltı səsləri gəlirdi: dzzz…

Vinni-Puh aДџacД±n altД±nda oturub baЕџД±nД± pЙ™ncЙ™lЙ™rinin arasД±na aldД± vЙ™ dГјЕџГјnmЙ™yЙ™ baЕџladД±.

Əvvəlcə fikirləşdi: «Bu «dzzz» elə-belə məsələ deyil! Heç kəs boş yerə dızıldamaz. Arı deyilsənsə, dızıldamaq nəyinə lazımdır?»

Sonra bir qədər də fikirləşib öz-özünə dedi: «Bu dünyada arılar nəyə lazımdır? Əlbəttə ki, bal düzəltmək üçün!» Dərhal yerində dikəlib dedi:

– Bəs bal nəyə lazımdır? Mənim yeməyim üçün!

Bu sözləri deyib ağaca dırmaşmağa başladı. Dırmaşa-dırmaşa elə indicə bəstələdiyi mahnını oxuyurdu:

AyД± balД± Г§ox sevir!
NiyЙ™? Bunu kim bilir?
AyД± balД± Г§ox sevir!
NiyЙ™? Bunu kim bilir?
DoДџrudan, axД± niyЙ™?
BalД± Г§ox sevir ayД±.
AyД± arД± olsaydД±,
Evi belЙ™ hГјndГјrdЙ™
Tikməzdi heç vaxt.
Onda (Й™lbЙ™ttЙ™,
ArД± ayД± olsaydД±!)
Biz ayılar heç zaman
Bu hГјndГјrЙ™ qalxmazdД±q!
AДџaca dД±rmaЕџmazdД±q!

Sözün düzü, Puh əməlli-başlı yorulmuşdu, ona görə mahnı bir qədər yanıqlı, hətta kədərli alındı. Amma artıq lap az qalmışdı. Bircə o budağa çıxmaq qalırdı – və…

TARAPPP!

– Ana! – pəncəsi boşa çıxan Puh qışqıraraq düz üç metr aşağıya yuvarlandı; bu zaman az qala burnu yoğun budağa dəyib əziləcəkdi.

– Eh, nəyimə lazım idi… – donquldanan Puh budaqlara dəyə-dəyə beş metr də aşağıya yuvarlandı.

– Axı pislik eləmək istəmirdim… – o, izah etməyə çalışarkən guppultuyla növbəti budağa dəydi.

– Hamısı ona görədir ki… – havada bir neçə dəfə dombalaq aşıb tikanlı göyəm kolluğunun içinə yıxılan Puh, axır ki, boynuna aldı, – hamısı ona görədir ki, mən bal yeməyi xoşlayıram!

Puh kolluqdan birtəhər çıxdı; burnuna batmış tikanı çıxarıb yenidən fikrə getdi. Nəhayət, bu qərara gəldi ki, elə həmin meşədə yaşayan dostu Kristofer Robinin yanına yollansın…

– Sabahın xeyir, Kristofer Robin! – Puh dedi.

– Sabahın xeyir, Puh! – oğlan cavab verdi.

– Təsadüfən səndə hava şarı olmaz?

– Hava şarı?

– Hə, buraya gələrkən düşündüm: «Görəsən, Kristofer Robində hava şarı varmı?»

– Hava şarı nəyinə lazımdır?

Vinni-Puh ətrafa göz gəzdirdi, heç kəsin onlara qulaq asmadığına əmin olandan sonra pəncəsini dodağına qoyub pıçıltıyla dedi:

– Bal!

– Bal? Kim hava şarı ilə bal axtarar?

– Mən! – Puh dedi.

Bir gün əvvəl Kristofer Robin donuz balası olan dostu Piqletgildə qonaqlıqda olmuşdu. Orada qonaqların hamısına hava şarı hədiyyə etmişdilər. Kristofer Robinə də böyük yaşıl hava şarı vermişdilər. Başqa birinə isə iri mavi hava şarı verməli idilər, ancaq alınmamışdı, çünki hələ o qədər balacaydı ki, onu qonaqlığa gətirməmişdilər. Odur ki həmin hava şarını da Kristofer Robinə vermişdilər.

– Hansını istəyirsən? – Kristofer Robin soruşdu.

Puh baЕџД±nД± pЙ™ncЙ™lЙ™rinin arasД±na alД±b fikrЙ™ getdi.

– Bal ələ keçirmək istəyirsənsə, – o dedi, – elə eləməlisən ki, arılar səni görməsin. Hava şarı yaşıl rəngdə olsa, elə biləcəklər yarpaqdır, sənə fikir verməyəcəklər. Mavi rəngdə olsa, onlara elə gələcək ki, səmaya baxırlar, yenə səni sezməyəcəklər. Hər iki halda görünməz qala bilərsən. Amma maraqlıdır, bunlardan hansını götürsəm, daha inandırıcı olar?

– Fikirləşirsən ki, hava şarının altında səni görməyəcəklər?

– Bəlkə, görəcəklər, bəlkə də, yox, – Vinni-Puh dedi. – Arılardan baş açmaq olur ki?! – bir az da düşünüb-daşınandan sonra əlavə etdi: – Özümü elə göstərəcəyəm, guya balaca qara buludam. Onda başa düşməzlər!

– Elə isə mavi hava şarını götürsən yaxşıdır, – Kristofer Robin dedi.

ElЙ™ dЙ™ etdilЙ™r.

Dostlar mavi şarı götürdülər. Hətta Kristofer Robin tüfəngini də götürməyi unutmadı; birlikdə yola düzəldilər.

Əvvəlcə Vinni-Puh əsl qara buluda oxşamaq üçün bulanıq gölməçəyə girib yaxşıca ağnadı. Sonra şarı üfürüb doldurmağa başladılar. Şarı havayla o qədər doldurdular ki, az qala partlayacaqdı. Bu vaxt Kristofer Robin ipi buraxdı və Vinni-Puh şarla birgə havalandı. Şar uçub arıların yuva qurduğu ağacın çətirinin önündə, amma ağacdan bir qədər kənarda dayandı.

– Hə, kimə oxşayıram? – Vinni-Puh yuxarıdan səsləndi.

– Hava şarında uçan ayıya!

– Bəs balaca qara buluda oxşamıram? – Puh həyəcanlı səslə soruşdu.

– O qədər də yox.

– Eybi yox, ola bilsin, buradan baxanda oxşayıram. Həm də arıların işini bilmək olmaz!

Bədbəxtlikdən külək də əsmirdi; hərəkətsiz Puh havadan asılı qalmışdı. O, balı görür, qoxusunu hiss edir, amma pəncəsini uzadıb götürə bilmirdi. Bir müddət sonra yenidən sükutu pozdu.

– Kristofer Robin! – Vinni-Puh sakit danışmağa çalışırdı. – Arılar özlərini şübhəli aparır!

– Bəlkə, duyuq düşüblər, səndən şübhələnirlər?

– Bəlkə də! Arılardan baş açmaq olur ki?!

Ortalığa sükut çökdü. Bir azdan yenə Puhun səsi eşidildi:

– Kristofer Robin! Evində çətir var?

– Deyəsən, var.

– Get onu gətir; çətiri əlində tutub oyana-buyana qaçarsan və tez-tez göyə baxıb belə deyərsən: «Deyəsən, yağış yağacaq!» Fikirləşirəm ki, onda bizə daha çox inanarlar.

Kristofer Robin ürəyində ona gülüb öz-özünə fikirləşdi: «Ay səni, səfeh ayı!» – amma bu sözləri ucadan demədi, çünki Puhu çox istəyirdi. O istər-istəməz çətiri gətirmək üçün evə yollandı.

– Axır ki, gəlib çıxdın! – Vinni-Puh Kristofer Robini görən kimi qışqırdı. – Narahat olmağa başlamışdım. Yaxşı, çətiri aç, oyana-buyana qaça-qaça belə de: «Deyəsən, yağış yağacaq! Deyəsən, yağış yağacaq!» Mən isə buludların mahnısını oxuyacağam. Yəqin, buludların hamısı belə mahnı oxuyur… Başla!








Kristofer Robin ağacın altında «Deyəsən, yağış yağacaq!» deyə-deyə dövrə vurmağa, Vinni-Puh isə buludların mahnısını oxumağa başladı.

MЙ™n buludam, buludam,
Balaca qara bulud.
Yox, ayД± deyilЙ™m mЙ™n.
Buludlarsa, bЙ™llidir,
Göylərdə uçmalıdır!
Ah, mavi sЙ™malarda
Süzmək necə gözəldir –
Ona görə buludlar
Hey mahnД± oxuyurlar!

Maraqlıdır, nə qədər qəribə də olsa, arılar get-gedə özlərini daha şübhəli aparır, lap bərkdən vızıldaşırdılar. Hətta bəziləri yuvadan çıxıb Buludun ətrafında uçuşmağa başladılar; onlardan biri Buludun burnuna qondu və o dəqiqə də uçub-getdi.

– Kristofer – of! – Robin! – Bulud qışqırdı. – Başa düşdüm. Bunlar düzgün arılar deyillər!

– Nə danışırsan?

– Qətiyyən düzgün arılar deyillər! Ona görə, yəqin ki, düzgün bal düzəltmirlər!

– Doğrudan?

– Hə. Odur ki aşağı ensəm yaxşıdır.

– Bəs necə enəcəksən? – Kristofer Robin soruşdu.

Hm, Vinni-Puh heç bu barədə fikirləşməmişdi. Kəndiri pəncəsindən buraxsa, guppultuyla yerə dəyəcəkdi. Odur ki bu fikir xoşuna gəlmədi. Yaxşı-yaxşı götür-qoy edəndən sonra dedi:

– Kristofer Robin, şarı tüfənglə vurmalısan. Tüfəng yanındadır?

– Əlbəttə, yanımdadır, – Kristofer Robin dedi. – Amma atəş açsam, şar xarab olar axı!

– Atəş açmasan, mən xarab olacağam, – Puh dedi.

Onda Kristofer Robin şarı nişan alıb atəş açdı.

– Oy-oy-oy! – Puh bağırdı.

– Vura bilmədim? – Kristofer Robin soruşdu.

– Vurmağına vurdun, – Puh dedi, – amma şarı yox!

– Bağışla, üzr istəyirəm, – Kristofer Robin yenidən nişan alıb atəş açdı. Bu dəfə gülləsi hədəfə dəydi; şar yavaş-yavaş boşalmağa başladı və Vinni-Puh yerə endi.

Doğrudur, kəndirdən bərk-bərk yapışdığı üçün pəncələri keyimişdi, amma neyləmək olar?!

Bu əhvalatdan sonra Puh düz bir həftə pəncələrini tərpədə bilmədi. Belə ki, burnuna milçək qonanda onu üfürüb qovalamağa çalışırdı: «Puhh! Puhhh!» Bəlkə də, məhz buna görə onu «Puh» adlandırıblar. Amma, doğrusu, buna çox da əmin deyiləm.

– Nağıl qurtardı? – Kristofer Robin soruşdu.

– Bu nağıl qurtardı. Amma başqaları da var.

– Puh ilə mənim haqqımda?

– Hə, üstəlik, Dovşan, Piqlet və başqaları haqqında; məsələn, bir dəfə Puh ilə Piqlet Efilantı tutmaq fikrinə düşdülər.

– Tuta bildilər?

– Yox.

– Təəccüblü deyil! Axı Puh səfehin biridir. Bəs mən onu tutdum?

– Darıxma, bunu növbəti nağıllara qulaq asandan sonra biləcəksən.

– Yaxşı, – deyə Kristofer Robin ayağa qalxdı, sakitcə ayı balasının dal ayağından tutub arxasınca sürüyə-sürüyə qapıya sarı getdi. Qapıya çatanda arxaya çevrilib soruşdu:

– Bəs mənim gülləm ona dəyəndə çox ağrıtmayıb?

– Heç ağrıtmayıb, – atası dedi.

OДџlan baЕџД±yla saДџollaЕџД±b otaqdan Г§Д±xdД±. AtasД± oДџlunun ardД±nca pillЙ™lЙ™ri qalxan Vinni-Puhun Г§Д±xardД±ДџД± sЙ™slЙ™ri eЕџitdi: bum-bum-bum.

AtasД±nД±n KristoferЙ™ sonrakД± gГјnlЙ™rdЙ™ danД±ЕџdД±ДџД± naДџД±llar sizЙ™ dЙ™ maraqlД± gЙ™lirsЙ™, onda gЙ™lin onlarД± birlikdЙ™ oxuyaq.




Д°A-Д°A QUYRUДћUNU Д°TД°RД°R, PUH TAPIR


Qoca boz eşşək İa-İa meşə kənarında, qanqal basmış otluqda tək-tənha dayanıb ciddi məsələlər barədə düşünürdü. Bəzən kədərli-kədərli «Niyə?», bəzən də «Buradan hansı nəticə çıxır?» kimi suallara cavab axtarırdı. Ona görə də Vinni-Puhun addım səslərini eşidəndə çox sevindi: axır ki, fikirlərdən ayrılıb kiminləsə söhbətləşmək olardı.

– Nə var, nə yox? – o, həmişəki qaydada kədərli-kədərli soruşdu.

– Belə də! Sən necəsən? – Puh soruşdu.

Д°a-Д°a baЕџД±nД± yellЙ™di.

– Deyə bilmərəm, – o dedi. – Bilmirəm necəyəm. Mənə elə gəlir, çoxdandır necə olduğumu bilmirəm.

– Oy, quyruğuna nə olub? – Puh təəccüblə soruşdu.

– Nə olub ki? – İa-İa suala sualla cavab verdi.

– Quyruğun yoxdur!

– Baxaq görək! – İa-İa dedi.

O, yavaş-yavaş quyruğuna tərəf döndü, amma onu görmədi; sonra əks tərəfə döndü, yenə də quyruğunu tapa bilmədi. Onda başını əyib aşağıdan baxdı və nəhayət, kədərli səslə dedi:

– Hər şey aydındır. Təəccüblü deyil, yəqin, kimsə oğurlayıb…

Puh hiss edirdi ki, ona nəsə deməli, ürək-dirək verməlidir. Amma məhz nə deməli olduğunu yadına sala bilmədi. Əvəzində nəsə xeyirli bir iş görmək istədi.

– İa-İa, – o, təntənəli şəkildə bəyan etdi, – mən Vinni-Puh söz verirəm ki, sənin quyruğunu tapacağam.

– Sən əsl yoldaşsan, – İa dedi, – əsl dostsan. Bəziləri kimi deyilsən!

Beləcə, Puh quyruğu axtarmağa yollandı. Vinni şam və küknar ağaclarının yanından ötüb-keçdi, nəhayət, ac-susuz halda Qalın Meşəyə çatdı. Axı Bayquş bu meşədə gözəl «Şabalıd» qəsrində yaşayırdı. Hə, evdə yox, möhtəşəm qəsrdə. Qəsrin qapısının üzərinə həm zınqırov bərkidilmişdi, həm də düymə. Düymənin altında yazılmışdı:

QAPINI AÇMASALAR, XAHİŞ EDİRƏM, DÜYMƏNİ BASIN!

ZД±nqД±rovun altД±nda isЙ™ belЙ™ yazД±lmД±ЕџdД±:

ƏGƏR QAPINI YENƏ AÇMASALAR, XAHİŞ EDİRƏM, KƏNDİRİ ÇƏKİN!

Elanların ikisini də Kristofer Robin yazmışdı, çünki Meşədə yalnız o yazmağı bacarırdı. Ağıllı Bayquş belə oxumağı, imza qoymağı bacarsa da, sözləri onun kimi düzgün yaza bilmirdi.

Puh qapını döydü, zəngi basdı, sonra zınqırovun kəndirini çəkdi və axırda ucadan səsləndi:

– Bayquş! Qapını aç! Ayı gəlib.

Qapı açıldı; Bayquş qapının arasından çölə boylandı.

– Xoş gördük, Puh! – Bayquş dedi. – İşlər necədir?

– İşlər pisdir, çox pis, – Puh dedi. – Köhnə dostum İa-İa quyruğunu itirib özünə yer tapa bilmir, ağlayıb-sıtqayır. Onun quyruğunu necə tapa bilərəm?

– Hm, – Bayquş sözə başladı, – belə hallarda adi prosedur…

– «Bala Sadur» nə deməkdir? – Puh soruşdu. – Unutma ki, başımın içinə talaşa və ağac ovuntusu doldurublar, uzun sözlər məni çaşbaş salır.

– Bu söz nə etmək lazım olduğunu bildirir. Birincisi, mətbuata bildirmək lazımdır. Sonra…

– Sağlam ol! – Puh dedi. – Hə, neyləmək lazımdır? Asqırdın, sözünü tamamlaya bilmədin…

– Bağışla, Puh, ancaq mən asqırmadım. Dedim ki, əvvəlcə…

– Bax yenə asqırdın! Sağlam ol! – Vinni-Puh hüznlü səslə dedi.

– Mətbuata bildir, – Bayquş aydın səslə ucadan dedi. – Qəzetə elan ver. Yazmaq lazımdır ki, İa-İanın quyruğunu tapana yaxşı şeylər verəcəyik.

– Aydındır! Yeri gəlmişkən, «yaxşı şeylər» barədə, – Puh başını yelləyib sözünə davam etdi, – adətən, bu vaxtlarda toqqanın altını yaxşıca… – Puh küncdəki bufetə sarı boylandı. – Bir qaşıq qatılaşdırılmış süd, ya da, tutalım, bir az bal olsaydı…

– Deməli, belə… – Bayquş dedi. – Elan yazıb ağaclara yapışdırmaq lazımdır.

«Bir qaşıq bal, – Ayı mızıldandı, – ən pis halda bircə qaşıq bal».

Vinni dərindən ah çəkib Bayquşun dediklərini dinləməyə çalışdı. Bayquş son dərəcə uzun sözlərlə danışırdı; sözlər get-gedə daha da uzanırdı… Nəhayət, Bayquş dedi ki, elanı Kristofer Robin yazmalıdır.

– Mənim qapımın üzərindəki elanları da o yazıb. Onları gördünmü, Puh?

Bayaqdan bəri Bayquş nə danışırdısa, Puh növbəylə «Hə» və «Yox» cavabları verirdi. Odur ki sonuncu dəfə «Hə» dediyi üçün bu dəfə «Yox, heç vaxt» dedi. Hərçənd söhbətin nədən getdiyini başa düşməmişdi.

– Necə yəni? Sən elanları görməmisən? – Bayquş təəccüblə soruşdu. – Gedək göstərim.

Çölə çıxdılar. Puh zınqırovu və onun altındakı elanı gözdən keçirdi. Zınqırovun kəndirinə baxanda ona elə gəldi ki, hardasa buna bənzər şeylər görüb… Hardasa, tamamilə başqa bir yerdə…

– Gözəl kəndirdir, elədir? – Bayquş soruşdu.

Puh baЕџД±nД± tЙ™rpЙ™tdi.

– Mənə nəyisə xatırladır, – o dedi, – amma harada gördüyümü yadıma sala bilmirəm. Onu hardan almısan?

– Bir dəfə meşədə gəzirdim, gördüm ki, kolluqdan asılıb. Əvvəlcə elə bildim, orada kimsə yaşayır, kəndiri çəkdim, ancaq o qopdu. Fikirləşdim ki, yəqin, heç kəsə lazım deyil, götürüb gətirdim evə…

– Bayquş, – Puh təntənəylə bəyan etdi, – kiminsə ona çox böyük ehtiyacı var.

– Kimin?

– İa-İanın… Onu çox sevirdi.

– Çox sevirdi?

– Ona bağlanmışdı, – Vinni-Puh ah çəkdi. – Axı bu, adi kəndir deyil, İa-İanın quyruğudur.








Vinni dərhal kəndiri qarmaqdan çıxardı və aparıb sahibinə, yəni İa-İaya verdi. Kristofer Robin quyruğu yerinə bərkidəndən sonra İa-İa meşədə o tərəf-bu tərəfə qaçmağa, oynaqlamağa başladı. İa-İa quyruğunu elə vəcdlə oynadırdı ki, gəl görəsən. Bundan sonra Vinni-Puha yalnız evə qaçıb toqqanın altını bərkitmək qalırdı. Yarım saat sonra o, dodaqlarını silib məğrur-məğrur oxumağa başladı:

QuyruДџu kim tapdД±, kim?
ЖЏlbЙ™ttЙ™ ki, mЙ™n Г¶zГјm!




EFД°LANTLA GГ–RГњЕћ


Bir dəfə Kristofer Robin, Vinni-Puh və Piqlet sakitcə oturub söhbət eləyirdilər. Birdən Kristofer Robin dedi:

– Piqlet, bilirsən, bu gün Efilantı gördüm.

– Neyləyirdi? – Piqlet təəccübünü gizlətmək üçün etinasız səslə soruşdu.

– Heç, elə-belə, avaralanırdı, – Kristofer Robin dedi.

– Bir dəfə mən də kimisə görmüşdüm, – Piqlet dedi. – Deyəsən, o idi.

– Mən də görmüşdüm, – «Görəsən, Efilant kimdir?» – öz-özünə fikirləşən Puh sözə qarışdı.

– Onları nadir hallarda görmək olur, – Kristofer Robin saymazyana əlavə etdi.

– Xüsusilə də indi, – Piqlet dedi.

– Xüsusilə də ilin bu vaxtında, – Puh söhbətin kimdən getdiyini bilməsə də, söhbətə qarışdı.

Sonra başqa şeylərdən danışdılar; bir azdan axşam oldu, Puhla Piqletin evə qayıtmaq vaxtı gəldi. Onlar sakitcə Qalın Meşənin kənarıyla addımlayırdılar, amma kolluqların arasındakı ensiz cığıra çatanda Çox Ağıllı Söhbətə başladılar. Piqlet dedi: «Puh, bilirsən nə demək istəyirəm?» Puh cavab verdi: «Piqlet, mən də elə fikirləşirəm». Piqlet dedi: «Digər tərəfdən, Puh, biz unutmamalıyıq». Puh cavab verdi: «Düz deyirsən, Piqlet. Necə olub ki, mən bunu gözdən qaçırmışam?!»

Altı Şamağacına çatanda Puh ətrafa göz gəzdirdi və onları heç kimin dinləmədiyinə əmin olandan sonra təntənəli şəkildə bəyan etdi:

– Piqlet, ağlıma maraqlı bir fikir gəlib.

– O nə fikirdir elə, Puh?

– Efilantı tutmaq istəyirəm.

Puh fikirləşirdi ki, Piqlet təəccüblənəcək: «Ola bilməz, Puh!» və ya buna bənzər nəsə deyəcək. Amma Piqlet heç nə demədi, çünki əhvalı pozulmuşdu: axı bu gözəl fikir niyə onun ağlına gəlməmişdi?

– Məncə, onu tələyə salsam, yaxşı olar, – Puh dedi. – Bu çox Mürəkkəb Tələ olacaq, odur ki sənin köməyinə ehtiyacım var, Piqlet.

– Puh, – o dəqiqə Piqletin kefi duruldu, özünü xoşbəxt hiss etdi, – məmnuniyyətlə kömək edərəm. Neyləmək lazımdır?

Puh dedi:

– Birlikdə Dərin Quyu qazacağıq, Efilant gəzməyə çıxanda bu quyuya düşəcək.

– Necə düşəcək? Gözü ayağının altını görmür bəyəm?

Puh pəncəsiylə burnunu ovuşdurub dedi ki, Efilant zümzümə eləyə-eləyə gəzişərkən başını qaldırıb göyə baxacaq ki, görsün yağış yağacaq, yoxsa yox. Bir də gözünü açanda görəcək ki, Dərin Quyunun dibindədir.

Piqlet dedi ki, hЙ™r Еџey aydД±ndД±r vЙ™ onun fikrincЙ™, bu Г§ox MГјrЙ™kkЙ™b TЙ™lЙ™dir.

Puh bu sözlərdən məmnun qaldı, o qədər sevindi ki, elə bil artıq Efilantı ələ keçirib.

– Tutalım, sən məni tutmaq istəyirsən, – o, Piqletə dedi. – Bunu necə eləyərdin?

– Necə? – Piqlet bir anlığa fikrə getdi. – Tələ qurardım, tələyə bir az bal qoyardım. Sən balın qoxusunu hiss edib…

– Hə, balı götürmək istəyərdim, – Puh həyəcanlandı, – amma ehtiyatı da əldən verməzdim. Əvvəlcə qabı götürüb kənarlarını yalayardım; sonra kənara çəkilib bal haqqında fikirləşərdim. Bundan sonra qayıdıb qabın düz ortasından yalamağa başlayardım. Sonra…

– Yaxşı, həyəcanlanma. Əsas odur ki, sən tələyə düşəcəkdin və mən səni tutacaqdım. Odur ki əvvəlcə müəyyənləşdirməliyik, görək Efilantlar ən çox nəyi xoşlayırlar? Deyəsən, palıd qozasını, elədir? Ey, Puh, ayıl!

Xəyalında bal yeyən Puh səksənib dik atıldı, dedi ki, palıd qozasındansa, tələyə bal qoysalar, daha yaxşı olar. Piqlet başqa fikirdə idi, amma onunla razılaşdı. Çünki razılaşmasa, palıd qozalarını onun özü toplamalı olacaqdı. Balı isə yalnız Puh tapa bilərdi. Ona görə cavab verdi: «Lap yaxşı, tələyə bal qoyarıq!» Piqlet bu sözləri vaxtında dedi, çünki Puh da onun kimi fikirləşib «Lap yaxşı, tələyə palıd qozaları qoyarıq» deməyə hazırlaşırdı.

– Deməli, bal! – Piqlet qətiləşdirdi. – Quyunu mən qazaram, sənsə bal dalınca get.

– Oldu, – Puh pəncələrini sürüyə-sürüyə evə sarı getdi.

Evdə bufetə yaxınlaşdı, kətilin üstünə çıxıb yuxarı rəfdən böyük bal küpəsini götürdü. Küpənin üzərində iri hərflərlə «BAL» yazılmışdı. Amma yenə də yanlışlıq olmasın deyə Vinni-Puh başını küpənin içinə salıb baldan yaxşıca yaladı.

– Hə, şübhə etməyə dəyməz, – o dedi, – əsl meşə balıdır. Qoy bir az da yalayım… Ah!.. – Vinni köks ötürdü. – Yox, səhv etmirəm. Küpə təmiz balla doludur!

QЙ™ti Й™min olandan sonra Puh kГјpЙ™ni tЙ™lЙ™nin yanД±na apardД±. Piqlet DЙ™rin Quyunun dibindЙ™n sЙ™slЙ™ndi:

– Gətirdin?

– Hə, ağzınacan doludur, – Puh cavab verdi.

Onlar küpəni quyunun içinə sallayıb evlərinə getdilər.

– Yaxşı, Puh, gecən xeyrə qalsın, – Puhun evinə çatanda Piqlet dedi. – Səhər saat 6-da Şamağacının yanında görüşərik. Baxaq görək quyuya neçə fil düşəcək!

– Hələlik, Piqlet. Səndə kəndir varmı?

– Yox. Kəndir nəyinə gərək?

– Onları bağlayıb evə gətirmək üçün.

– Hə… Elə bilirdim, Efilantlar fit səsinə gəlir. Nə isə, gecən xeyrə qalsın!

– Gecən xeyrə!

Piqlet qaça-qaça çıxıb getdi, Vinni-Puh isə yatağa uzandı.

Bir neçə saat sonra obaşdan Puh yuxudan ayıldı. İçində anlaşılmaz, qəribə bir hiss vardı. Puh bunun nə olduğunu bilirdi: o, yemək istəyirdi.

Puh yanlarД±nД± basa-basa bufetЙ™ doДџru getdi, kЙ™tilin ГјstГјnЙ™ Г§Д±xД±b Й™liylЙ™ rЙ™flЙ™ri yoxladД±. RЙ™flЙ™r bomboЕџ idi.

«Qəribədir! Burada üzərinə «BAL» yazılmış bir küpə olmalı idi…» – Puh otaqda o baş-bu başa gedərək donquldanmağa başladı:

HanД± bal? Bal hanД±? Lap qЙ™ribЙ™dir!
AxД± dГјz bir kГјpЙ™ bal vardД± burda!
Ayağı olsaydı, deyərdim qaçıb.
Qanadı olsaydı, deyərdim uçub.
Suya dГјЕџГјb ГјzЙ™ bilmЙ™zdi axД±,
Onun nЙ™ quyruДџu, nЙ™ ГјzgЙ™ci var.
Yerə girib, yoxsa göyə çəkilib?..
Bəlkə, qaçıb o, meşədə gizlənib?
Yox, yox, heç bir yana gedə bilməz o.
HЙ™r yerЙ™ baxД±ram, tapД±lmД±r amma.
Əsl möcüzədir, əsl müəmma!

Bu mahnД±nД± ГјГ§ dЙ™fЙ™ oxuyandan sonra yadД±na dГјЕџdГј ki, kГјpЙ™ni MГјrЙ™kkЙ™b TЙ™lЙ™yЙ™ qoyub!

– Ay-ay-ay! – Puh dedi. – Mənə deyən lazımdır, Efilant tutmaq sənin nəyinə gərəkdir axı?

Yenidən yatağa uzandı. Amma gözünə yuxu getmədi. Nə illah elədi, yata bilmədi. Xəyalında tələyə düşəcək Efilantları saymağa başladı, amma bunun da xeyri olmadı. Çünki saydığı Efilantlar dərhal Puhun küpəsinə cumur, balın hamısını içəri ötürürdülər.

Puh bir neçə dəqiqə beləcə uzanıb iztirabla Efilantları saymağa davam etdi. Beş yüz səksən yeddinci Efilant qəfildən iri dişlərini qıcıdıb mırıldadı: «Çox yaxşı baldır, həyatım boyunca belə ləzzətli bal yeməmişdim». Bu sözlə Puhu hövsələdən çıxardı, o, yerindən dik atılıb düz Altı Şamağacının yanına qaçdı.

Səhərin ala-toranında Dərin Quyu daha da dərin görünürdü. Puh kəndirlə quyuya sallandı.

– Heyif, heyif, – o, quyuya düşən kimi burnunu küpənin içinə soxub dedi, – Efilant, demək olar, hamısını yeyib! – bir qədər fikirləşəndən sonra isə əlavə etdi: – Hm… yox, özüm yemişəm. Hə, mən onu rəfdən götürəndə yemişdim axı. Lap yadımdan çıxıb.

Xoşbəxtlikdən məlum oldu ki, Puh balın hamısını yeməyib. Küpənin dibində bir az bal qalmışdı. Puh başını küpənin içinə soxub yerdə qalan balı da yalamağa başladı…

Bu zaman Piqlet yuxudan oyanıb gərnəşdi; dünənki məsələ yadına düşəndə bərk həyəcanlandı. Sonra bütün cəsarətini toplayıb ucadan bəyan etdi: «Neyləmək olar? İşi axıra çatdırmaq lazımdır!» Amma yenə də qorxudan dizləri əsir, qulaqlarında bu dəhşətli söz guruldayırdı: EFİLANT!

Bəlkə, özünü xəstəliyə vursun, desin ki, başı ağrıyır, Altı Şamağacının yanına getməkdən boyun qaçırsın? Ağlına maraqlı bir fikir gəldi. Elə indi sakitcə Altı Şamağacının yanına gedəcək, əyilib ehtiyatla quyuya baxacaq. Əgər quyuya Efilant düşübsə, qayıdıb yenidən yatağa uzanacaq; əks halda bütün günü evdə qalmağa dəyməz.

BelЙ™liklЙ™, qalxД±b yola dГјzЙ™ldi. ЖЏvvЙ™lcЙ™ fikirlЙ™Еџdi ki, Г§ox gГјman, quyuya Efilant-filan dГјЕџmЙ™yib; sonra fikrini dЙ™yiЕџdi. NeylЙ™sin, belЙ™ hallarda gГјman yГјz yerЙ™ gedir. Quyudan gЙ™lЙ™n sЙ™slЙ™ri eЕџidЙ™ndЙ™n sonra bГјtГјn ЕџГјbhЙ™lЙ™ri daДџД±ldД±: quyuya Efilant dГјЕџmГјЕџdГј!

– Oy-oy-oy! – Piqlet təlaşla dedi. Baş götürüb qaçmaq istədi, amma bunu bacarmadı. Bura qədər gəlib gözünün ucuyla canlı Efilanta baxmamaq axmaqlıq olardı. Ehtiyatla əyilib quyuya baxdı…

Puh başını küpənin içindən çıxara bilmirdi. Təlaş içində vurnuxduqca başı daha çox küpənin içinə girirdi. Puh gah «Ana!», «Kömək eləyin!» deyə bağırır, gah da bərkdən donquldanırdı: «Ay-ay-ay!» Yorulub əldən düşəndən sonra Puh başını qaldırıb (küpəylə birgə) fəryad etməyə başladı…

Bu mənzərəni görən Piqlet:

– Kömək eləyin! – deyə bağırdı. – Qorxunc Efilant! – o, dabanına tüpürüb qaçmağa başladı. – Kömək eləyin! Efiqorxunc lant! Kömək eləyin! Efilul! Qırmızı Qorxefilo!








Beləcə, get-gedə onun dili topuq vurur, nə dediyini bilmirdi. O, Kristofer Robinin evinin yanına çatana kimi başılovlu qaçdı.

– Nə olub, Piqlet? – yatağından yenicə qalxan Kristofer Robin şalvarını əyninə çəkib soruşdu.

– Efi… lant, – Piqlet təngnəfəs olmuşdu, güclə danışırdı. – Efil… fil… Efilant!

– Hanı?

– Odur, orada, – Piqlet caynağıyla göstərdi. – Çox qorxuncdur! Başı küpəyə bənzəyir; elə küpə böyüklüyündədir.

– Aydındır, – Kristofer Robin ayaqqabılarını geyinərək dedi, – gedək onu mənə göstər.

Əlbəttə, Kristofer Robinin yanında Piqlet heç nədən qorxmurdu. Birlikdə yola düşdülər.

– Eşidirsən? Bu odur! – quyuya yaxınlaşanda Piqlet qorxa-qorxa dedi.

– Nəsə eşidirəm, – Kristofer Robin dedi.

Tıqqıltı eşidildi. Zavallı Puh idi, hansısa ağacın kökünə ilişmişdi, başındakı küpəni sındırıb canını qurtarmağa çalışırdı.

– Dayan, yaxın getmə! – Piqlet Robinin qoluna möhkəm qısılaraq dedi.

Birdən Kristofer Robini gülmək tutdu. O, şaqqanaq çəkib gülməyə başladı, uğunub-getdi… Elə bu vaxt küpə zərblə ağacın kökünə dəydi və çilik-çilik oldu, elə o andaca Vinni-Puhun başı göründü.

Piqlet nə qədər axmaq olduğunu yalnız indi başa düşdü. Xəcalətdən evə qaçıb yatağa uzandı və özünü xəstəliyə vurdu ki, heç kimlə görüşməsin.

Kristofer RobinlЙ™ Puh isЙ™ nahar etmЙ™yЙ™ getdilЙ™r.

– Ayı! – Kristofer Robin dedi. – Səni çox istəyirəm!

– Mən də səni! – Vinni-Puh dedi.




VД°NNД°-PUH SU Д°Г‡Д°NDЖЏ


Yağış ara vermirdi. Səhərdən axşamacan yağırdı. Piqlet fikirləşdi ki, həyatı boyunca – onun yaşı həddən artıq çox idi: bəlkə, üç, bəlkə də, hətta dörd yaşı olardı! – bu cür selləmə yağış görməyib.

«İndi Puhun və ya Kristofer Robinin yanında olsaydım, kef eləyərdim, – Piqlet öz-özünə dedi. – Əvəzində isə indi tək-tənha oturub yağışın kəsməyini gözləyirəm!»

Təsəvvüründə Puhun evini canlandırırdı: indi onun yanında olsaydı, deyərdi: «Görəsən, Kristofer Robinin yolunu su basmayıb?» Puh isə ona deyərdi: «Yazıq qoca Dovşan, yəqin ki, evdən çıxmalı olub».

Həmişə sahilində oynadıqları çay daşmışdı, Piqlet təşviş içindəydi: belə getsə, bir azdan evini su basa bilərdi.

«Hə, bir az qorxuram, – o öz-özünə dedi. – Hər tərəfi su basıbsa, Balaca Məxluq neyləsin? Ona yalnız qorxmaq qalır! Kristofer Robinlə Puh ağaca çıxıb xilas ola bilərlər; Kenqa da qaçıb aradan çıxa bilər; Dovşan torpağı eşib içinə girər, Bayquş uçub-gedər, İa-İa… hmm… bərkdən anqırsa, gəlib onu da xilas edərlər. Mən isə burada oturmuşam, su hər tərəfi basıb, amma xilas olmaq üçün əlimdən heç nə gəlmir!»

Yağış kəsmək bilmirdi, hər keçən gün suyun səviyyəsi bir az da qalxırdı. Artıq su pəncərəyədək qalxmışdı. Birdən Kristofer Robinin danışdığı əhvalat yadına düşdü. Bu, insan yaşamayan adaya düşmüş bir adamın hekayətiydi. O adam kağıza nəsə yazıb şüşənin içinə qoymuş, şüşəni isə dənizə atmışdı. Piqlet fikirləşdi ki, indi o özü də kağıza nəsə yazıb şüşənin içinə qoysa və suya atsa, ola bilsin, kimsə gəlib onu xilas edəcək!

O, evi ələk-vələk elədi; evdə, demək olar, hər şey islanmışdı. Axır ki, bir quru qələm, bir parça quru kağız, bir quru şüşə və quru tıxac tapdı. Kağızın bir üzünə yazdı:



KГ–MЖЏK ELЖЏYД°N PД°QLETЖЏ! (BU MЖЏNЖЏM)


O biri ГјzГјnЙ™ isЙ™ belЙ™ yazdД±:



MЖЏNЖЏM PД°QLET, KГ–MЖЏK ELЖЏYД°N, XД°LAS EDД°N!


Sonra kağızı şüşəyə qoydu, ağzını yaxşı-yaxşı bağladı, pəncərədən şüşəni bacardığı qədər uzağa fırlatdı. Piqlet yavaş-yavaş uzaqlaşan şüşəyə zillənib gözləri ağrıyana kimi baxdı, sonra başa düşdü ki, onu bir daha görməyəcək. Hə, indi o xilas olmaq üçün əlindən gələni eləmişdi.

«Deməli, indi, – Piqlet fikirləşdi, – bir başqası əlindən gələni etməlidir. Ümid edirəm, tez əl-ayağa düşəcəklər, yoxsa canımı qurtarmaq üçün özüm üzməli olacağam, mənsə üzməyi bacarmıram».

YaДџД±Еџ baЕџlayanda Vinni-Puh yatД±rdД±. YaДџД±Еџ ara vermir, o isЙ™ yuxudan ayД±lmД±rdД±. DГјnЙ™n Г¶z alЙ™mindЙ™ Ећimal qГјtbГјnГј kЙ™Еџf elЙ™miЕџdi vЙ™ bununla fЙ™xr edirdi. HЙ™tta Kristofer RobindЙ™n soruЕџdu ki, bir ayД±nД±n kЙ™Еџf edЙ™ bilЙ™cЙ™yi baЕџqa qГјtblЙ™r dЙ™ varmД±?

– Cənub qütbü də var, – Kristofer Robin dedi, – deyəsən, haralardasa Şərq və Qərb qütbləri də var, amma insanlar onların haqqında könülsüz danışırlar.

BunlarД± eЕџidЙ™ndЙ™ Puh Г§ox hЙ™yЙ™canlandД±; dedi ki, dЙ™rhal ЕћЙ™rq qГјtbГјnЙ™ ekspedisiya tЙ™Еџkil etmЙ™k lazД±mdД±r. Amma Kristofer Robinin baЕџД± qarД±ЕџmД±ЕџdД±, Kenqayla mЙ™ЕџДџul idi deyЙ™ Puh ЕћЙ™rq qГјtbГјnГј kЙ™Еџf etmЙ™yЙ™ tЙ™kbaЕџД±na yollandД±.

Şərq qütbünü kəşf etdimi, etmədimi, bunu bilmirəm; amma evə qayıdanda çox yorğun görünürdü. Hətta şam yeməyi zamanı elə süfrə arxasında onu möhkəm yuxu tutdu.

Bir yuxu gördü. Gördü ki, Şərq qütbündədir; bu çox soyuq qütb idi, başdan-başa buz və qarla örtülmüşdü. Puh bir arı yuvası tapıb orada gecələməyi qərara aldı. Amma arxa pəncələri yuvaya sığmadı; onları çölə çıxarmalı oldu. Birdən Şərq qütbündə yaşayan Vəhşi Buklar gəlib balalarına yuva tikmək üçün Puhun pəncələrinin tükünü yolmağa başladılar. Puhun tüksüz qalan pəncələri üşüməyə başladı. Nəhayət, o qışqırıb ayılanda gördü ki, kətildə oturub, ayaqları suyun içindədir; hər tərəfi su basıb. Suyu şappıldada-şappıldada qapıya sarı gedib çölə boylandı.

– İşlər xarabdır, – Puh dedi, – xilas olmaq lazımdır.

O, bal küpələrinin ən böyüyünü götürüb həyətdə başı buludlara dəyən ağacın yoğun budağına çıxdı. Sonra aşağıya enib digər küpələri də bir-bir götürdü. Axır ki, xilasetmə əməliyyatı başa çatdı, Puh budaqda oturub ayaqlarını yelləməyə başladı. Onun yanında on küpə yan-yana düzülmüşdü. Bəs deyincə yeməyi vardı, su isə ona çətin ki, çatardı.

Ancaq ertəsi gün Puhun yanında dörd küpə qaldı.

Д°ki gГјn sonra bir kГјpЙ™ qaldД±.

Dördüncü gün artıq Puh budaqda tək oturmuşdu. Elə bu vaxt Piqletin suya atdığı şüşə onun yanına çatdı. Puh şüşəni görüncə bərkdən «Bal! Bal!» deyə qışqırdı və özünü suya atdı, şüşəni qamarlayıb yenidən ağaca dırmaşdı.

– İşə bax! Heyif! – Puh şüşəni açanda peşman oldu. – Boş yerə əziyyət çəkdim, islandım! Dayan görüm, bu nə kağızdır?

O, kağızı şüşədən çıxarıb diqqətlə nəzərdən keçirməyə başladı.

– Bu, məktubdur, – o dedi, – müraciətnamədir. Bu isə «Pı»ya oxşayır, hə-hə, yəqin ki, «Puh» deməkdir. Bu müraciətnamə mənə yazılıb, mənsə oxuya bilmirəm! Kristofer Robini və ya Bayquşu, ya da Piqleti tapmaq lazımdır: onlar oxumağa kömək eləyərlər. Amma axı mən üzə bilmirəm!

Ağlına başqa bir fikir də gəldi. Öz-özünə dedi: «Əgər şüşə üzə bilirsə, deməli, küpə də üzə bilər; demək ki, küpəyə minib mən də xilas ola bilərəm». O ən böyük küpəni götürüb ağzını bərk-bərk bağladı.

– Hər gəminin öz adı olmalıdır, – o dedi. – Mən öz gəmimi «Üzən Ayı» adlandıracağam.

Bu sözlərlə gəmini suya atdı, özü də arxasınca tullandı.

Puh və «Üzən Ayı» bir neçə dəfə suda batıb-çıxandan sonra, axır ki, Puh birtəhər gəmiyə minə bildi.

Kristofer Robin meşənin ən hündür yerində yaşayırdı. Nə qədər yağış yağırsa yağsın, heç vaxt onun evini su basmırdı. Odur ki evdə rahat oturub müxtəlif məsələlər barədə fikirləşirdi. O hər səhər evdən çıxıb (çətirlə) su basan yerə çubuq sancırdı. Ertəsi gün çubuq suyun altında qalır, onda o, yeni çubuq sancmalı olurdu. Beləliklə, onun evinə gedən yol getdikcə qısalırdı. Nəhayət, Kristofer başa düşdü ki, ömründə ilk dəfə adada qalıb. Bundan gözəl nə ola bilərdi!

Həmin səhər Bayquş uçub gəldi: onunla hal-əhval tutmaq istəyirdi.

– Qulaq as, Bayquş, – Kristofer Robin dedi, – əladır, deyilmi? Mən adada yaşayıram!




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/alan-miln/vinni-puh-68289856/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация