Читать онлайн книгу "Mauqli"

Mauqli
Redyard Kiplinq


Dünya ədəbiyyatından seçmələr
Bu kitabД± oxuduqca cЙ™ngЙ™llikdЙ™ yaЕџayan Mauqlinin bir-birindЙ™n tЙ™hlГјkЙ™li, elЙ™ bir o qЙ™dЙ™r dЙ™ ibrЙ™tamiz macЙ™ralarД± sizi hЙ™yЙ™canlandД±racaq, eyni zamanda dЙ™rindЙ™n dГјЕџГјnmЙ™yЙ™ vadar edЙ™cЙ™k.





Redyard Kiplinq

MAUQLД°





Д°nsan balasД± canavar ailЙ™sindЙ™


Hindistanın Sion dağlarına toranlıq düşürdü. Öz ailəsi ilə dağın döşündəki mağarada məskən salmış Ata Canavar günorta yatıb yuxusunu almışdı. İndi ova çıxmaq vaxtı idi. O gərnəşib mağaraya nəzər saldı. Küncdə onun dörd balası zingildəşirdi. Ana Canavar yekə başını balalarının üstünə qoyub mürgüləyirdi.

Ata Canavar mağaradan çıxıb dağın yamacına enməyə hazırlaşırdı ki, kolluqda xəfif bir xışıltı eşidib durdu, tüklərini qabardıb döyüşə hazır vəziyyət aldı. Sonra hıqqana-hıqqana kolluqdan çıxan çaqqalı görüb sakitləşdi. Bu, Qabyalayan Tabaki idi.

Canavarlar və ümumiyyətlə, cəngəllik heyvanları çaqqallara ikrahla yanaşırlar. Çünki bu rəzillər onun-bunun artığını yeyir, hamıya yaltaqlanır, söz gəzdirir, ara vururlar. Bununla belə, heyvanlar həm də çaqqallardan qorxurlar, ona görə ki daim zibillikdə eşələnən çaqqallar tez-tez quduzluq xəstəliyinə tutulurlar, sonra da qabaqlarına gələni dişləyib bu xəstəliyə yolux-dururlar. Bu, dəhşətli xəstəlikdir, odur ki heyvanlar çalışırlar çaqqallara baş qoşmasınlar.

– Uğur olsun, ey böyük canavar! – Tabaki yaltaq səslə dilləndi. – Sənin balalarına möhkəm ayaqlar, iti dişlər arzulayıram. Qoy onlar heç zaman unutmasınlar ki, bu dünyada aclar da var.

Ata Canavar Tabakinin istЙ™yini baЕџa dГјЕџГјrdГј, ancaq bu iyrЙ™nc mЙ™xluqu maДџarasД±na buraxmaq istЙ™mirdi.

– Burada yeməyə bir şey yoxdur. Mən indi ova hazırlaşıram.

– Canavar üçün, ola bilsin ki, yoxdur. Ancaq mənim kimi xırda, aciz məxluq üçün bir parça quru sümük də böyük nemətdir.

– Yaxşı, gir bax, gör nə tapırsan.

Tabaki mağaranın küncündə iri bir maral sümüyü tapıb ləzzətlə xırçıldatmağa başladı. Yeyib qarnını bərkitdikdən sonra o, ev sahiblərini yeni cəngəllik xəbərləri ilə təəccübləndirmək istədi:

– Şirxan ovlağını dəyişib. O, indi burada, dağda ov edəcək. Özü mənə dedi.

Ећirxan pЙ™lЙ™ng idi. O, maДџaradan iyirmi mil aralД±da, Vayiqanqa Г§ayД±nД±n sahilindЙ™ yaЕџayД±rdД±.

– İxtiyarı yoxdur! – deyə Ata Canavar qəzəblə dilləndi. – Cəngəllik qanununa görə, o heç kimə xəbərdarlıq etmədən ovlağını dəyişə bilməz.

Bu yerdə söhbətə Ana Canavar qarışdı:








– Şirxana doğulduğu gündən Lanqri (Topal) deyirlər, çünki o, axsaq doğulub. Odur ki bu yaramaz yalnız ev heyvanlarını ovlayır. Görünür, Vayiqanqa sahillərində yaşayan insanlar onun əlindən zinhara gəlib o yerlərdən qovublar. İndi də bizim tərəflərə təşrif buyurub. Bir azdan yaxın kəndlərin adamları duyuq düşüb cəngəlliyi ələk-vələk eləyəcəklər. O, yenə başını götürüb başqa yerlərə gedəcək. Bəs bizim balalarımızın axırı necəolacaq?

Elə bu zaman aşağıdan, balaca çaya tərəf uzanan vadidən pələngin sərt, canları lərzəyə salan nəriltisi eşidildi. Bu, həmin səs idi ki, gecələr meşədə qalanların tükünü ürpədir, onları qaçaraq bəzən pələngin caynağına keçməyə məcbur edir. Ata Canavar hiddətlə:

– Axmaq! – dedi. – Heç gecə ovuna da belə səs-küylə başlayarlar?! İndi bütün maralları ürküdəcək…

– Suss! – Ana Canavar onun sözünü kəsdi. – Onun bu saat ovladığı maral deyil. O, insan ovlayır.








Cəngəllik qanununa görə, heç bir heyvan mənsub olduğu qəbilənin ərazisində insan öldürə bilməzdi. Cəngəllik heyvanları yaxşı bilirdilər ki, öldürülmüş bir insana görə cəngəlliyə öyrədilmiş fillər üstündə yüzlərlə adam məşəllərlə və od püskürən silahlarla soxulacaq. Onda bütün heyvan sürüsü bu əraziləri tərk edib başqa yerlərə köçməli olacaq. Bir də ki, deyilənə görə, adamyeyənlər bir müddətdən sonra qotura tutulurlar, dişləri tökülür. Heyvan üçün bundan pis şey yoxdur.

PЙ™lЙ™ngin tГјkГјrpЙ™dici nЙ™riltisi birdЙ™n-birЙ™ ulama sЙ™si ilЙ™ Й™vЙ™z olundu. Bu anda TabakiyЙ™ maraq gГјc gЙ™ldi. O, yavaЕџca siviЕџib maДџaradan Г§Д±xdД±.








– Tuta bilmədi, – deyə Ana Canavar dilləndi. – Görəsən, niyə?

– Pəncələrini yandırdı… Axmaq!.. Yəqin, tonqalın üstünə atılıb.

ArtД±q canavar ailЙ™si dЙ™ maДџaranД±n aДџzД±na Г§Д±xmД±ЕџdД±. Ana Canavar qulaqlarД±nД± ЕџЙ™klЙ™yЙ™rЙ™k:

– Kim isə mağaraya tərəf qalxır, – dedi. – Hazır ol!

Doğrudan da, lap yaxından, meşənin sıx yerindən xışıltı səsi gəlirdi. Ata Canavar dal ayaqları üstə çökərək sıçramağa hazırlaşırdı ki, ağacların arxasından çıxan məxluqu görüb belini dikəltdi və yerindəcə donub-qaldı.

– İnsandır! – deyə o mırıldandı. – Özü də lap baladır!

Canavar ailəsinin qarşısında təzəcə ayaq açmış qarabuğdayı, yarımçılpaq bir oğlan uşağı ağaclardan yapışıb dayanmışdı. O, Ata Canavarın üzünə baxaraq sanki ondan mağaraya dəvət gözləyirdi. Cəngəllik tarixində indiyə kimi belə şey olmamışdı – insan övladı, özü də lap balacası təmbələmtəkcə canavar mağarasına təşrif buyurmamışdı.

– İnsanın balası belə olurmuş? – deyə Ana Canavar dilləndi. – Onu bura gətir.

Canavar, adətən, öz balasını dişi ilə tutub ora-bura daşıyır və bunu elə edir ki, bala canavarın heç ruhu da incimir. İndi də belə oldu: Ata Canavar dişləri ilə körpənin belindən yapışıb mağaraya elə apardı ki, uşağın heç dərisi də cızılmadı.

Körpə insan balası heç nə olmayıbmış kimi canavar balalarının arasında özünə yer elədi və hətta bir azdan Ana Canavarı əmməyə başladı.

Ana Canavar mehribanlД±qla ona baxД±b tЙ™Й™ccГјblЙ™ndi:

– Bir buna bax! Lap ətcədir.

ElЙ™ bu zaman Tabakinin cД±r sЙ™si eЕџidildi:

– Ağa, ağa, o, buraya girdi!

Mağaraya düşən ay işığı yoxa çıxdı: Şirxanın yekə başı girəcəyi tutmuşdu. Mağaranın ağzı dar olduğundan yekə pələngin bədəni buradan keçmirdi.

Ata Canavar çağırılmamış qonağı görüb hiddətlənsə də, təmkinini pozmadı.

– Şirxan bizə xoş gəlib. O nə istəyir?

Şirxanın qaranlıqda parıldayan yaşıl gözləri mağaranın künc-bucağını axtarırdı:

– Ovunu! İnsan balasını! Onun ata-anası qaçıb canlarını qurtardılar. Özü isə sizin mağaraya gəlib. Onu mənə verin.

Ata Canavar yenЙ™ dЙ™ sakit cavab verdi:

– İnsan balasını biz tapmışıq. O bizimdir. İstəsək, özümüz parçalayıb yeyərik. Sənin sözün bizim üçün qanun deyil. Canavarlar ancaq sürü başçısının dediyinə əməl edirlər.

Pələngin göy gurultusuna bənzəyən nəriltisi mağaranı lərzəyə gətirdi:








– Qulaq as! Səninlə Şirxan danışır! İnsan balası mənim qənimətimdir! Onu mənə qaytarmasan…

Bu yerdə Ana Canavar yerindən sıçrayıb üzünü Şir-xanın sifətinə lap yaxınlaşdıraraq düz onun gözlərinə baxdı.

– Bura bax, səninlə danışan Rakşadır. İnsan balası mənimdir, mənimlə də qalacaq. O, sürüdə yaşayacaq və sürünün qanunlarına tabe olacaq. İndi isə rədd ol burdan, cəngəlliyin bədheybət məxluqu!

Rakşa "iblis" deməkdir. Bu adı Ana Canavara nahaq yerə verməmişdilər. Onu acıqlandıranda heç bir canavar qarşısına çıxa bilməzdi. Rakşanın gözlərini görən Şirxan başa düşdü ki, bu qurdla zarafat etmək olmaz, odur ki mırıldana-mırıldana daldalı bayıra çıxdı. Özünü genişlikdə hiss edincə yenidən nərildədi:

– Hələ baxarıq, görək sürü insan balasını qəbul edəcəkmi! Bu qənimət mənimdir, gec-tez onu yeyəcəyəm…

Ећirxan uzaqlaЕџdД±qdan sonra Ata Canavar mД±rД±ldandД±:

– Pələng düz deyir. İnsan balasını saxlamaq üçün sürüdən icazə almaq lazımdır.

ArtД±q bir qЙ™dЙ™r sakitlЙ™ЕџmiЕџ RakЕџa nЙ™vaziЕџlЙ™ insan balasД±na baxД±b dillЙ™ndi:

– Sakit uzan, bala qurbağa. Nə qədər ki mənimləsən, heç kim səni incidə bilməz. Sənin adını da belə qoyuram: Bala Qurbağa, Mauqli.




Canavarlar ЕџurasД± Mauqlini sГјrГјyЙ™ qЙ™bul edir


Cəngəllik qanununda deyilir ki, canavar balaları bir qədər böyüyüb yeriməyə başlayanda ata və anası onları sürü şurasına gətirib hamıya göstərməlidir. Yalnız bundan sonra onları sürüyə qəbul edirlər. Bala canavar ilk ovunu edənə qədər heç bir canavarın ona toxunmağa haqqı yoxdur.

Rakşanın balaları artıq ayaq tutub yeriyirdilər. Onları şuraya göstərmək vaxtı çatmışdı. Odur ki Ata Canavar və Rakşa balalarını və Mauqlini götürüb şuranın yığışdığı qayalığa gətirdi. Burada yüzdən çox canavar toplaşmışdı. Bu sürüyə yaşadığı dağın adı ilə Sion sürüsü deyirdilər.

Sion sürüsünə Akela adlı nəhəng qurd başçılıq edirdi. O, cəldliyinə, gücünə və sürü qayda-qanunlarını yaxşı bildiyinə görə başçı seçilmişdi. Akela qayanın başında uzanıb bala canavarları nəzərdən keçirirdi. Əlbəttə, insan balası haqqında sürüdə xəbər yayılmışdı, ancaq bir çoxları, o cümlədən Akela Mauqlini birinci dəfə görürdü. İki ayağı üstə yeriyən, hərdən yerə uzanıb məzəli hərəkətlər edən insan balasını canavar balaları ilə səhv salmaq olmazdı.








Akela qayanД±n baЕџД±ndan uladД±:

– Qanun sizə məlumdur, ey canavarlar! Yaxşı-yaxşı baxın!

Bu zaman qayanД±n dalД±ndan ЕћirxanД±n boДџuq nЙ™riltisi eЕџidildi:

– Bu körpə mənimdir! Verin onu mənə! İnsan balası canavar sürüsünün nəyinə lazımdır?!

Lakin Akela Şirxanın sözünə əhəmiyyət vermədi:

– Baxın, ey canavarlar! Yadların sözü bizim üçün qanun deyil. Yaxşı-yaxşı baxın.

Cəngəllik qanununa görə, canavar balasını sürüyə qəbul edərkən mübahisə yaranarsa, onun xeyrinə sürünün ən azı iki üzvü danışmalı idi. Lakin bu zaman nə atanın, nə ananın rəyi nəzərə alınırdı.

– Kim bu körpənin sürüyə qəbul olunmasına tərəfdardır? – deyə Akela soruşdu.

Elə bu an Balu adlı tənbəl qonur ayı dal ayaqları üstə qalxaraq donquldandı. Balu başqa cinsdən olan yeganə heyvan idi ki, sürü şurasında iştirak etməyə icazə verirdilər, çünki qoca Balu canavar balalarına cəngəllik qanunlarını öyrədirdi.

– Qoy insan balası da sürü ilə birlikdə gəzsin. Ondan heç kimə ziyan gəlməz. Mən özüm ona tərbiyə verərəm.

Akela yenidЙ™n dillЙ™ndi:

– Balu öz sözünü dedi. Başqa kim danışmaq istəyir?

Bu zaman yumЕџaq, Еџirin bir sЙ™s eЕџidildi:

– Ey Akela! Ey canavarlar!

Bu, Bahirə adlı qara bəbir idi. Cəngəllikdə hamı ondan ehtiyat edirdi, çünki Bahirə zərif olduğu qədər də hünərli, cəsur və hiyləgər idi. O, bihuşedici səslə sözünə davam etdi:

– Əlbəttə, sizin şurada mənim səs hüququm yoxdur. Lakin cəngəllik qanununa görə, körpə üstündə mübahisə olarsa, hər kəs haqq ödəməklə onu ala bilər. Mən bu hüqüqdan istifadə etmək istəyirəm. Yarım mil burdan aralı, çay vadisində yenicə kök bir kəl öldürmüşəm. Əgər sürü insan balasını qəbul etsə, bu kəli sizə bağışlamağa hazıram.








Bu sözdən sonra sürüdə hay-küy qopdu. Ac canavarlar mırıldandılar:

– İnsan balasından kimə nə ziyan ola bilər? Qoy sürüyə qoşulub gəzsin. Onsuz da yağışlar başlayanda tələf olub gedəcək.

BelЙ™liklЙ™, Mauqli dЙ™ RakЕџanД±n balalarД± kimi Sion sГјrГјsГјnЙ™ qЙ™bul olundu.

Hamı Bahirənin ovladığı kəli didişdirmək üçün vadiyə endi. Qayalıqda yalnız canavar ailəsi, Balu, Akela və Bahirə qaldı. Akela razı halda dilləndi:

– Biz yaxşı iş gördük. İnsanlar ağıllı olurlar. Vaxt gələr, onun sürüyə xeyri dəyər.

Sonra sГјrГј baЕџГ§Д±sД± ГјzГјnГј Ata Canavara tutdu:

– Körpəni götür apar. Onu azad canavar qəbiləsinə layiq tərbiyə et.




Mauqli cЙ™ngЙ™lliyin sirlЙ™rini Г¶yrЙ™nir


İllər keçdi. Hindistan cəngəlliyində ilin fəsilləri, demək olar ki, hiss edilmədən dəyişilir. Sanki cəmi iki fəsil vardır: biri quraqlıq, digəri isə yağmurludur. Buna görə də cəngəllik sakinləri çox vaxt illəri yağmurlu fəsillərin sayı ilə hesablayırlar.

Heyvanlar tez böyüyüb yetkinləşir. Mauqlinin canavar qardaşları da artıq böyük canavar olmuşdular. Lakin Mauqli bir qədər böyüsə də, hələ uşaq idi.

Ata Canavar başqa balaları kimi ona da öz peşəsini öyrədir, qoca ayı Balu isə cəngəlliyin sirlərini başa salırdı. Balu canavarlara və Mauqliyə dostu düşməndən ayırmağı, hər qəbilənin – quşun, timsahın, ilanın öz dilində danışmağı öyrədirdi. Cəngəllikdə hər qəbilənin öz ərazisi var idi. Onlar yadları sevmirdilər və adətən, onlara öz ərazilərində ov etməyə icazə vermirdilər. Balu yad əraziyə düşdükdə yerli qəbiləyə necə müraciət etməyi də öyrədirdi. Bu müraciətin mənası belə idi: "İzin verin, bu yerlərdə ov ovlayım, çünki mən acam". Onda belə bir cavab gəlirdi: "Ovla, ancaq əylənmək üçün yox, qarnını doydurmaq üçün ovla".








Balu çox sərt müəllim idi. Balacalar onun sözünə qulaq asmayanda onları şapalaqlayırdı. Ayının pəncəsi isə çox ağır olur. Qaradərili Bahirə bəzən balaca dostunu sərt müəllimdən müdafiə etmək istəyirdi:

– Ay insafsız, sənin şapalaqlarından onun bütün bədəni gömgöydür. İnsafa gəl, axı o balacadır, özü də zəif məxluqdur, insan balasıdır.

– Elə buna görə də çox şapalaq yeməlidir. Cəngəllikdə tək qalanda heç kim onun balacalığını nəzərə almayacaq. Sonralar başqasına yem olmaqdansa, indi kötək yesə yaxşıdır. Ey, balaca qardaş, sən haradasan? – deyə Balu Mauqlini səslədi.

Mauqli aДџaclarД±n bir budaДџД±ndan digЙ™rinЙ™ tullana-tullana Balu ilЙ™ BahirЙ™nin qarЕџД±sД±nda peyda oldu:

– Nədir, gonbul Balu? Elə bilirsən sənin çağırışına gəldim? Mən dostum Bahirəni görməyə gəlmişəm.

Balu donquldandД±:

– Görürsən, budur balacaların müəllimə təşəkkürü. Yaxşı, cəngəlliyin Müqəddəs Sözünü de görüm.

– Hansı tayfanın dilində deyim? Cəngəllikdə çox dil var. Mən onların hamısını bilirəm.








– Yaxşı, lovğalanma. Mənim dilimdə de.

Mauqli ayД± kimi nЙ™rildЙ™di:

– Səninlə mən qan qardaşıyıq – sən və mən!

– İndi ilan dilində.

Mauqli ilan kimi fışıldayaraq eyni sözləri təkrar etdi. Sonra qartal kimi qıy çəkərək həmin şeyi söylədi. Balu məmnun halda dilləndi:

– Hə, buna görə bir neçə şapalaq yeməyin zərəri yoxdur. Vaxt gələr, bu sözlərin qiymətini bilərsən. İndi cəngəllikdə Mauqlini heç bir təhlükə gözləmir – nə quşlardan, nə ilanlardan, nə də dördayaqlılardan.

– Öz tayfasından başqa, – deyə Bahirə yavaşca öz-özünə pıçıldadı.

– Mənim öz tayfam olacaq, – deyə birdən Mauqli dilləndi. – Bizim ərazimiz cəngəlliyin ağacları olacaq.

Balu ilə Bahirə insan balasının sözlərindən heç nə anlamayıb təəccüblə bir-birinə baxdılar. Birdən Balu onun dediklərini başa düşdü.

– Sən bandarloqları, meymun tayfasını nəzərdə tutursan?

Mauqli Bahirəyə baxdı ki, görsun o da acıqlanır, ya yox. Bəbirin gözləri hiddətlə parıldayırdı:

– Sən meymunlarla tanışlıq edirsən? Eyib deyilmi sənə?!

– Niyə eyib olmalıdır? Balu məni döyəndə onlar ağacdan düşüb mənim könlümü alır, mənə qoz, meyvə gətirirlər. Özləri də mənə dedilər ki, mən onların tayfasındanam, çünki onlara oxşayıram, bircə quyruğum yoxdur. Mən böyüyəndə onların başçısı olacağam.

Balu Mauqlinin boynundan yapД±ЕџД±b dizi ГјstГјnЙ™ qoydu, yumЕџaq yerinЙ™ yaxЕџД± bir Еџapalaq iliЕџdirdi. Sonra acД±qlД±-acД±qlД± nЙ™rildЙ™di:

– Qulaq as mənə, insan balası! Meymunlar cəngəllikdəki başqa heyvanlar kimi deyillər. Onlar qanun nədir, bilmirlər, onların başçısı olmur. Bu məxluqlar qabaqlarına nə gəldi yeyirlər, onun-bunun ağzını yamsılayırlar. Özləri də oğrudur, murdar və həyasız tayfadır. Cəngəllikdə heç bir tayfa onlarla yaxınlıq etmir. Onlardan hər şey gözləmək olar.

ElЙ™ bu zaman aДџaclarД±n budaqlarД±ndan onlarД±n baЕџД±na dolu kimi qoz yaДџdД±, hГјndГјrlГјkdЙ™n Г¶skГјrЙ™k, zingilti vЙ™ sД±Г§rayД±Еџ sЙ™slЙ™ri eЕџidildi.

BahirЙ™ Balunu mЙ™zЙ™mmЙ™t etdi:

– Məgər sən indiyə kimi onu xəbərdar etməmisən?

– Mən haradan biləydim ki, o belə zibillərlə oturub-duracaq?!

Balunun dedikləri həqiqət idi. Meymunların çox murdar xasiyyətləri vardı. Onlar ağacların zirvələrində yaşadığından cəngəllik heyvanları onlara fikir vermirdi. Bu iyrənc məxluqların yaddaşı yox idi, ona görə də onlar özlərinə nə qanun yarada, nə də başçı seçə bilirdi. Həmişə də hər vəchlə cəngəllik heyvanlarının diqqətini özlərinə cəlb etmək istəyirdilər.

Nə vaxt idi ki, bandarloqlar Mauqliyə göz qoyurdular. Onun iki ayağı üzərində yeridiyini görüb öz tayfa-larından olduğunu güman edirdilər. Lakin onlardan fərqli olaraq Baludan dərs almış Mauqli müxtəlif heyvanların dilində danışmağı bacarır, suda balıq kimi üzür, cəngəllik lianalarından kəndir hörür, ağacda koma düzəltməyi bacarırdı. Odur ki meymunlar Mauqlini özlərinə başçı seçməyi qərara almışdılar. Belə bir bacarıqlı, ağıllı başçıları olsa, cəngəllikdəki başqa tayfalar onlarla hesablaşardı.

Meymunlar haqqД±nda hЙ™qiqЙ™ti eЕџidЙ™n Mauqli onlarla yaxД±nlД±q etdiyindЙ™n Г§ox xЙ™calЙ™t Г§Й™kdi.




Д°nsan balasД± meymunlarД±n Й™sirliyindЙ™


Günorta istirahətininvaxtı yetişirdi. Balu ilə Bahirə bir ağacın altında uzanıb mürgülədilər. Mauqli də onların arasında özünə yer eləyib uzandı. Bir azdan hər üçünü şirin yuxu apardı.

BirdЙ™n Mauqli yatdД±ДџД± yerdЙ™ kiminsЙ™ qaba Й™llЙ™rinin onun Г§iynindЙ™n vЙ™ ayaqlarД±ndan yapД±ЕџdД±ДџД±nД± hiss etdi. Sonra ГјzГјnЙ™ Г§Д±rpД±lan budaqlar onu yuxudan oyatdД±.








Bu, bandarloqlar idi. Onlar Mauqlini oğurlayıb qaçırırdılar – ağacların zirvələrində onu bir-birinə ötürür, böyük cəldliklə həmin yerdən uzaqlaşırdılar.

Bir azdan Balunun nəriltisi eşidildi. Bahirə bir göz qırpımında bir ağacdan o birinə tullanaraq Mauqliyə çatmağa çalışırdı. Lakin meymunların məskən saldığı ağac zirvələrindəki nazik budaqlar onun ağırlığına davam gətirə bilməzdi.

– Bahirə bizi gördü. İndi cəngəllikdə hamı bizdən danışacaq, – deyə meymunlar cır səslə bağırırdılar.

Bir neçə qüvvətli meymunMauqlinin əl-ayağından yapışmışdı. Onlar boş əlləri və ayaqları ilə budaqlardan tutaraq ağacdan-ağaca elə tullanırdılar ki, heç yerlə qaçan maral da onlara çata bilməzdi. Yerdən 20–30 metr hündürlükdə bu uçuş əvvəlcə Mauqlinin xoşuna gəldi. Sonra o oğurlandığını başa düşüb bunu dostlarına xəbər vermək haqqında düşündü. Sıx ağacların zirvəsindən yer görünmürdü və heç bir cəngəllik heyvanına xəbər çatdırmaq mümkün deyildi. Mauqli yuxarı, səmaya baxdı. Bu vaxt cəmdək tapmaq ümidi ilə cəngəllik üzərində qanad çalan quzğunu – Çili gördü. Çil meymunların nə isə apardığını görüb bir qədər aşağı enmişdi. Onun iti gözləri Mauqlini gördü. Quzğun sürüdə yaşayan insan balası haqqında eşitmişdi. Başa düşdü ki, meymunların qəniməti həmin insan balasıdır. Çil sürətlə qaçan meymunların üzərində dövrə vurub uçurdu ki, birdən uşağın səsini eşitdi:

– Səninlə mən qan qardaşıyıq – sən və mən! Mənim yolumu yadında saxla! Sion sürüsündən Baluya və qaradərili Bahirəyə xəbər çatdır.

– Kimdən, qardaş? – Çil dəqiqləşdirmək istədi.

– Bala qurbağadan… Mauqlidən.

Çil bir qədər də onların arxasınca uçdu. Mauqlini aparan bandarloqların son dayanacağını bilmək istəyirdi.

Həminvaxt Balu ilə Bahirə meymunların getdiyi istiqamətdə var gücləri ilə qaçırdılar. Bahirə geridə qalan yastıdabana ağzından çıxanı deyirdi:

– Balacanı döyüb bədənini göyərtməkdənsə, bandarloqların necə məkrli olduğunu ona başa salaydın…

Yanlarını basa-basa, tövşüyə-tövşüyə qaçan qoca Balu az qala canavar kimi ulayırdı:

– Uuu… Məni görüm quru sümükdən başqa yeməyə heç nə tapmayım. Qoy məni cəngəlliyin bütün arıları sancsınlar! Axı niyə mən Mauqlini başa salmadım, onu qorumadım? Tez ol, Bahirə, tez ol!..

– Sən mənə deyirsən "tez ol"? Bir özünə bax! Bir mil də belə qaçsan, cəngəllikdə balalar müəllimsiz qalacaqlar. Qoy qalsınlar! Sənin kimi müəllimin olmağındansa, heç olmamağıyaxşıdır. – Bahirənin hirsi soyumurdu. – Yaxşısı budur, gəl oturaq fikirləşək. Bandarloqlar Mauqlini hara apara bilərlər? İnsan balası meymunların nəyinə lazımdır?

Onlar dayanıb bir kötüyün üstündə oturdular. Balu tərini silib dedi:








– Təki onu əylənmək xatirinə yuxarıdan yerə atmasınlar. Əgər Mauqli Müqəddəs Sözü unutmayıbsa, o zaman xilas olacaq.

BirdЙ™n Balunun aДџlД±na bir fikir gЙ™ldi:

– Bandarloqların cəngəllikdə qorxduğu yeganə canlı – əfi ilan Kaadır. O da meymunlar kimi ağacların əlçatmaz yerlərinə dırmaşa bilir, gecələr onların balalarını oğurlayır. Kaanın adı gələndə meymunlar tir-tir əsirlər.

– Kaa bizə kömək edərmi? Axı o, bizim tayfadan deyil.

– Biz ona çoxlu dağkeçisi vəd edərik. Əgər ac olsa, razılaşar.

Bahirə Kaaya çox da etibar etmirdi. Doğrusu, başqaları kimi o da dağ əfisindən qorxurdu, çünki Kaanın gözləri çox zəhmli idi. Ancaq başqa əlac yox idi. Mauqlinin dostları Kaanın yanına yollandılar.








Dağ əfisi qayalıqda, günəş altında uzanıb qızınırdı. O, yenicə qabıq qoymuşdu və indi yeni, gözəl dərisinə tamaşa edirdi. Onun uzunluğu on metrə çatan bədəni günəş altında qıvrılaraq əcaib düyünlər, halqalar əmələ gətirirdi. Əfinin zəhərli dişləri olmur. O, şikarının bədəninə dolanaraq onu sıxmaqla öldürür. Lakin bundan əvvəl o, gözləri ilə şikarını sanki ovsunlayır. Onun gözlərinə baxan yerindəcə donub-qalır, əfi onun belinə dolandıqda isə canını qurtarmaq artıq gec olur.

Cəngəlliyin bütün sirlərini bilən Balu əfinin günəş altında parlayan dərisini görüb yavaşca Bahirəyə pıçıldadı:

– Ehtiyatlı ol, Bahirə. O, dərisini dəyişdikdən sonra bir müddət pis görür, hamıya dərhal hücum edir.

Balu dal pЙ™ncЙ™lЙ™ri ГјstЙ™ ЕџГ¶ngГјyЙ™rЙ™k:

– Ovun uğurlu olsun, Kaa! – dedi.

– Hamımızın ovu uğurlu olsun! – deyə Kaa cavabında fışıldadı. – İndi burada bir maral, ya heç olmasa, bir dağkeçisi olsaydı, heç də pis olmazdı. Mən çox qocalmışam, Balu, tənbəl olmuşam.

Bu yerdЙ™ BahirЙ™ dillЙ™ndi:

– Hə, o gün bandarloqlar çığırışırdılar ki, Kaanın ağzında bir dişi də yoxdur.

– Bandarloqlar?

– Hə, boş-boş danışırdılar. Guya sənin heç çəpişə də gücün çatmaz.

– Elə belə də deyirdilər?

– Hə, bu iyrənc məxluqları tanımırsan? Ağızlarına gələni danışırlar. Hərdən elə sözlər deyirlər ki, adamın deməyə dili də gəlmir.

– Nə deyirlər?

– Boş sözlərdir, fikir vermə, Kaa. Yaxşısı budur, gəl ovdan danışaq.

– Yox! – Kaa dəhşətli səslə fışıldadı. – Nə eşitmisən, hamısını de.

– Deyirdilər ki, Kaa torpaqda gizlənən sarı soxulcandır.

İlanlar, xüsusilə Kaa kimi qoca ilanlar çox təmkinli olurlar. Ancaq bu sözləri eşidən əfi ilanın bədəni gərildi, çənəsinin altındakı iri əzələlər hərəkətə gəldi.

– Onlar boşboğaz və axmaq tayfadır. – İstədiyinə nail olmuş Bahirə sözünü deməyin məqamı yetişdiyini hiss edirdi. – Özləri də oğrudur. Bizim yanımızdan insan balasını oğurlayıblar. Sən, yəqin, onun haqqında eşitmisən…

– Deyirsən, məni sarı soxulcan adlandırırlar?

– Hə, yer soxulcanı… İndi insan balası onların əlindədir.

– Onlar indi haradadır?

– Biz fikirləşdik ki, sən bilərsən.

– Mən? Mən onları güdmürəm və yerlərini də bilmirəm. Sadəcə, qarşıma çıxanda tutub qarnıma ötürürəm.

ElЙ™ bu zaman aДџaclarД±n yuxarД±sД±ndan sЙ™s gЙ™ldi:

– Sion sürüsündən olan Balu, yuxarıya bax, yuxarıya.

Bu, Çil idi. O, Mauqlidən xəbər çatdırmaq üçün Balu ilə Bahirəni axtarırdı. İndi onları görüb qıy çəkdi:

– Mauqli mənim dilimdə Müqəddəs Sözü deyib xahiş etdi ki, sizə ondan xəbər verim. Bandarloqlar insan balasını çayın o tərəfindəki meymun şəhərinə – Soyuq Kahaya aparıblar. Mən bilmirəm onlar orada nə qədər qalacaqlar.

BahirЙ™ sevincindЙ™n aДџaca sД±Г§rayД±b Г‡ilЙ™ yaxД±n gЙ™ldi:

– Çox sağ ol, quşların ən ağıllısı. Mən sənin yaxşılığını unutmaram.

Balu da kövrəldi:

– Afərin, insan balası. Bu vəziyyətdə də quşların dilində Müqəddəs Sözü unutmayıb.

Soyuq Kaha deyilən yer meşənin sıx yerində idi. Orada nə vaxtsa insanlar yaşamışdılar. Odur ki meymunlardan başqa heç bir cəngəllik heyvanı ora ayaq basmırdı.

BahirЙ™ ГјzГјnГј Baluya tutdu:

– Balu, sənin yerişinlə biz ora gec gedib çıxarıq. Biz Kaa ilə tələsməliyik.

Bunu deyib Bahirə Kaa ilə birlikdə sürətlə Soyuq Kahaya tərəf yollandı. Əfi ilan heç də cəld bəbirdən geri qalmırdı. Balu isə var gücü ilə onların arxasınca yorturdu.

Bir azdan Bahirə ilə Kaa kiçik çayı keçib Soyuq Kaha deyilən şəhərin divarlarına yaxınlaşdılar. Buradan artıq meymunların çığırtısı, cır səsləri eşidilirdi. İlanla bəbir daş hasarın yaxınlığında dayanıb nəfəslərini dərdilər.

– Bunlara bir bax! Mənə çil qurbağa deyirlər! – Kaa heç cür sakitləşmək bilmirdi; meymunların söyüşü ona çox yer eləmişdi.

– Çil qurbağa yox! Sarı soxulcan! – Bahirə də bir ucdan onun yarasına duz səpirdi.

– Fərqi yoxdur… Mən çox acmışam. Zənnim mənə deyir ki, bir bandarloqla mənim aclığım keçməyəcək.

Cəngəllik heyvanlarının Soyuq Kaha adlandırdıqları şəhəri qədimdə bir hind racası tikdirmişdi. Bu insan məskəni çoxdan uçulub dağılsa da, saray divarları, sütunlar, hovuz və daş bütlərin qalıqları buranın vaxtilə möhtəşəm bir şəhər olduğundan xəbər verirdi. Qədim mədəniyyətin qalıqları cəngəllik lianaları və ağaclar arasında itib-batdığından bu yer çox vahiməli görünürdü, sanki qədim şəhər sakinlərinin ruhları burada gəzib-dolaşmaqda idi. Lakin axmaq meymunlar üçün bunun heç bir fərqi yox idi. Onlar Soyuq Kahanı özləri üçün məskən və əyləncə yeri seçmişdilər və bununla fəxr edirdilər. Cəngəllik heyvanlarından fərqli olaraq şəhərdə yaşamaqları ilə lovğalanırdılar.

Mauqli bərk acmışdı. O, qədim şəhərin xarabalıqlarında gəzib-dolaşır və özünə yemək axtarırdı. Şəhərin hasarlarına yanaşan kimi meymunlar dərhal onu dartıb geri qaytarırdılar. Nəhayət, heç nə tapa bilməyən Mauqli bir daşın üstündə oturdu.

"Balunun bandarloqlar haqqında dedikləri düz imiş, – deyə o öz-özünə düşündü. – Bunların nə qanunu, nə Müqəddəs Sözü, nə də başçıları var. Əgər məni burda öldürsələr, ya acından ölsəm, özüm günahkaram. Fikirləşib bir yol tapmaq lazımdır ki, öz doğma cəngəlliyimə qayıdım. Əlbəttə, Balu məni döyəcək, amma bu səfeh və eybəcər məxluqların arasında qal-maqdansa, onun şapalağını yemək yaxşıdır".

Bu arada Kaa və Bahirə hasarın o tərəfində, ağacların arxasında dayanıb götür-qoy edirdilər. Meymunlar həddən artıq çox idi. Odur ki ehtiyatlı olmaq lazım idi.

– Mən hasarın qərb tərəfinə sürünürəm, – deyə Kaa yavaşca fışıldadı. – Yamacla cəld aşağı – onlara tərəf enəcəyəm. Sən çalış ki, onların hamısı birdən mənim üstümə atılmasın.

– Başa düşdüm, – Bahirə dilləndi. – Bulud ayın üzünü örtəndə mən hasara çıxıb onların üstünə atıla-cağam. Kaş Balu o vaxta kimi gəlib çıxaydı.

Kaa:

– Ovun uğurlu olsun! – deyib səssiscə qərbə tərəf süründü.

Bir qədər keçdi, buludlarla örtülmüş ay görünməz oldu. Hər yerə zil qaranlıq çökdü. Elə bu zaman hasarın üstündən özünü meymunların içinə atan Bahirənin qorxunc nəriltisi eşidildi. O, pəncəsi ilə bandarloqlara zərbələr endirərək Mauqliyə tərəf yol açırdı. Bəbirin üstünə eyni zamanda beş-altı meymun atılaraq onu dişləməyə, cırmaqlamağa çalışırdı.

– O, burada təkdir! Öldürün! Öldürün onu! – deyə meymunlar cır səslə çığırışırdılar.

Mauqli də ayağa qalxıb ona tərəf getmək istədikdə iki yekəpər meymun onun qollarından yapışıb yerlə sürüməyə başladı. Sonra onu daş hasarın üstünə qaldırıb bürclərdən birinin içinə atdılar. Əgər Bahirə vaxtilə Mauqliyə yuxarıdan pişik kimi tullanmağı öyrətməsəydi, yəqin ki, uşağın qol-qabırğası sınacaqdı.

– Biz sənin dostunu öldürənə kimi burada otur, – deyə meymunlar qışqırdılar. – Əgər zəhərli tayfa səni öldürməsə, gəlib səni buradan çıxardarıq.

Meymunlar getdikdЙ™n sonra qaranlД±qda xД±ЕџД±ltД± vЙ™ fД±ЕџД±ltД± sЙ™slЙ™ri eЕџidЙ™n Mauqli buranД±n ilanlar mЙ™skЙ™ni olduДџunu baЕџa dГјЕџdГј. O ucadan ilan dilindЙ™ dedi:

– Səninlə mən qan qardaşıyıq – sən və mən!

– Eşidirik, – deyə hər tərəfdən fışıltı səsləri gəldi. – Balaca qardaş, yerində dur, yoxsa bizi tapdalayıb əzərsən.

Soyuq KahanД±n xarabalД±qlarД±nda isЙ™ BahirЙ™ meymunlarla Г¶lГјm-dirim mГјbarizЙ™sindЙ™ idi. Bu zaman hasarД±n o tЙ™rЙ™findЙ™n sЙ™s gЙ™ldi:

– Bahirə, möhkəm dayan! Mən buradayam.

Bu, Balunun səsi idi. O, hasardan yumbalanıb düşən kimi bandarloqlar qarışqa kimi onun üstünə daraşdılar. Balu əlinin hər zərbəsi ilə beş-altı meymunu yerə sərirdi. Lakin cır səsli iyrənc məxluqların sayı-hesabı yox idi. Onlar Balunun da üz-gözünü cırmaqlayır, haradan gəldi dişləməyə çalışırdılar.

Birdən bandarloqların toplaşdıqları ən sıx yerə haradansa sanki yekə bir ağac gövdəsi düşdü. Onun zərbindən hasar və sütunlardakı köhnə daşlar yerindən qopub aşağı yuvarlandı. Onlarca meymun bu gövdənin altında qalıb xurd-xəşil oldu. Kaa vaxtında çatmışdı. Bahirə ilə Balunun gücləri tükənmək üzrə idi.

BandarloqlarД±n vahimЙ™ dolu sЙ™slЙ™ri hЙ™r tЙ™rЙ™fЙ™ yayД±ldД±:

– Bu, Kaadır. Qaçın, canınızı qurtarın!

Bir andaca döyüş meydanı boşaldı. Meymunlar hasarların, bütlərin, sütunların başına dırmanıb yerlərindəcə dondular. Buludların arxasından çıxmış ay işığında onları zəhmli gözləri ilə nəzərdən keçirən Kaa gecənin sükutunda dəhşətlə fışıldadı:

– Sssakit dayanın yerinizdə!

Sonra qana bulaşmış Bahirəyə və Baluya tərəf döndü:

– Bəs insan balası hanı?

Bürcün içindən boğuq səs gəldi:

– Mən buradayam. Çıxardın məni buradan!

Onun dalД±nca baЕџqa sЙ™slЙ™r dЙ™ gЙ™ldi:

– Onu tez çıxardın. Yoxsa yerində dingildəyən bu qurbağa balası bizim balalarımızı əzib tapdalayacaq.

Kaa gГјldГј:

– Bu balaca insan hər yerdə özünə dost tapır. Ey insan balası, kənara çəkil. Siz də, ey zəhərli tayfa, balalarınızı yaxşı gizlədin. Mən indi divarı deşəcəyəm.

Kaa üçkünc başını yerdən bir insan boyu qaldırıb bürcə yaxınlaşdı. Onun divarlarını başı ilə döyəcləyib ən zəif yeri tapdı. Sonra bir neçə metr geri çəkilib yaydan çıxan ox kimi başı ilə həmin yerə güclü zərbə endirdi. Bürcün divarında yekə bir deşik yarandı. Bir azdan açılmış deşikdə Mauqlinin balaca başı göründü.

Balu o dЙ™qiqЙ™ Г¶zГјnГј Еџagirdinin yanД±na verdi:

– Yaralanmısan? – Sizə baxanda mən salamatam. Onlar sizə nə yaman divan tutublar! Hamınız qan içindəsiniz.








– Qana batan tək biz deyilik, – deyə Bahirə məğrurluqla yerə sərilmiş onlarca meymun cəsədinə işarə etdi.

Kaa nЙ™hЙ™ng baЕџД±nД± uЕџaДџД±n sifЙ™tinЙ™ yaxД±nlaЕџdД±rdД±:

– İnsan balası bu imiş? Ey balaca insan, bax ki, mən qabığımı dəyişəndə böyür-başımda olmayasan. Yoxsa səni meymunla səhv salaram.

İstənilən insan bu cür yaxınlıqdan əfi ilanı görsəydi, vahimədən bağrı çatlayardı. Lakin cəngəllikdə böyümüş Mauqli məğrur görkəm alıb Balunun öyrətdiyi kimi danışdı:

– Səninlə mən qan qardaşıyıq – sən və mən! Bu gün sən məni ölümdən xilas etdin. Ey Kaa, bil ki, sən acanda mənim ovum sənin olacaq. Düzdür, mən hələ balacayam, ancaq keçiləri ürküdüb ovçuya tərəf qovmağı bacarıram. Mənim çevik əllərim var. Əgər tələyə düşsən, səni xilas edərəm. Mən hamınızın borcundan çıxacağam. Ey mənim müəllimlərim, ovunuz uğurlu olsun!

Kaa mehribanlД±qla baЕџД±nД± Mauqlinin Г§iyninЙ™ toxundurdu:

– Cəsur ürək, mərifətli danışıq! Bunlar ki səndə var, çox keçməz, bütün cəngəllik səndən danışar. İndi isə dostlarınla çıx get. Bir azdan burada baş verənləri sən görməsən yaxşıdır.

Bunu deyib Kaa meydanД±n ortasД±na tЙ™rЙ™f sГјrГјndГј. Batmaqda olan ay Soyuq KahanД± gГјmГјЕџГј iЕџД±Дџa bГјrГјmГјЕџdГј. Kaa yenЙ™ vahimЙ™li sЙ™slЙ™ fД±ЕџД±ldadД±:

– Ey bandarloqlar, məni yaxşı görürsünüzmü?

– Görürük, Kaa. Yaxşı görürük, – hər tərəfdən qorxaq səslər eşidildi.

– Onda yaxşı-yaxşı baxın. Mənim rəqsimə tamaşa edin. Bu, aclıq rəqsidir.

Bunu deyib Kaa uzun bədəni ilə havada dəhşətli fiqurlar cızmağa başladı. O gah halqalar əmələ gətirir, gah bədəni yaratdığı halqadan başını keçirir, gah da dimdik durub özünü Soyuq Kahanın əcaib sütunlarına bənzədirdi. Bu rəqs bir neçə dəqiqə sürdü. Sonra Kaa rəqsinə ara verib iti, zəhmli baxışlarını bandarloqlara tərəf yönəltdi.

– Hamınız bir addım mənə yaxınlaşın!

Meymunlar hasarlardan, ağaclardan düşüb Kaaya yaxınlaşmağa başladılar. Hələ çıxıb getməyə macal tapmamış Balu və Bahirə də əfi ilana tərəf bir neçə addım atdılar. Baş verənlərdən heç nə anlamayan Mauqli əlini onların çiyinlərinə qoydu:

– Gəlin gedək. Qoca Kaa, deyəsən, çox hirslidir.

AyД± ilЙ™ bЙ™bir diksindilЙ™r vЙ™ Mauqli ilЙ™ birlikdЙ™ Soyuq KahanД± tЙ™rk etmЙ™yЙ™ tЙ™lЙ™sdilЙ™r. HasarД± aЕџdД±qdan sonra Balu:

– Uu-f, – deyə dərindən nəfəs aldı. – Bir az da keçsəydi, mən öz ayağımla gedib Kaanın ağzına girəcəydim.

BaЕџ verЙ™nlЙ™rin tЙ™sirindЙ™ olan BahirЙ™ dЙ™ dillЙ™ndi:

– Mən bir də Kaa ilə ova çıxmaram. Aclıq rəqsini görəndə quş balası kimi ağlımı itirmişdim. Offf, ban-darloqlar dərimdə salamat yer qoymayıblar. Bütün bunların səbəbi sənin ağılsız hərəkətlərindir, Mauqli. Sən cəzalandırılmalısan.

– Doğrudur, – deyə Mauqli çiyinlərini çəkdi. – Sizin yaralanmağınızda mən müqəssirəm. Məni döyməyə haqqınız var.

Bahirə Mauqliyə beş-on şapalaq ilişdirdi. Bu, yüngül zərbələr olsa da, yeddiyaşlı uşaq üçün onlara dözmək çətin idi. Lakin Mauqli mətinliklə dözüb səsini çıxarmadı. Cəza qurtardıqdan sonra bəbir dedi:

– İndi min mənim kürəyimə, tez evə gedək.

Cəngəllik qanunlarının ən gözəl cəhəti də odur ki, cəza ilə birlikdə kin-küdurət də qurtarır. Bundan sonra heç kim keçmiş günahı müqəssirin üzünə vurmur.

Mauqli BahirЙ™nin belindЙ™ elЙ™ dЙ™rin yuxuya getdi ki, hЙ™tta onu Г¶z doДџma maДџarasД±nda yerЙ™ dГјЕџГјrЙ™ndЙ™ belЙ™ ayД±lmadД±.




Böyük quraqlıq


Yer üzündəki bütün qanunların ən qədimi olan cəngəllik qanunları əsrlərin təcrübəsindən yaranmışdır. Bu qanunlar cəngəllikdə baş verə biləcək bütün hadisələri nəzərə alır və bütün mübahisələrin həlli yolunu göstərir. Mauqli də böyüdükcə cəngəllik qanunlarını daha dərindən öyrənirdi, lakin ona sözsüz əməl etməkdən təngə gəlirdi. Nəhayət, cəngəlliyə gəlmiş bir bəla zamanı o bu qanunların nə qədər güclü olduğunu başa düşdü.

Bir dəfə yaz vaxtı Mauqli həmişə çimdiyi dupduru göldə suyun azaldığını hiss etdi. Artıq o, həmişəki kimi uca qayaya çıxıb suya baş vura bilmirdi, çünki suyun dibindəki daşlara dəyə bilərdi. Bunu Baluya xəbər verdikdə qoca ayı fikrə gedib öz-özünə donquldandı:

– Əgər mən tək olsaydım, ovlağımı dəyişərdim. Ancaq özgə torpağında ov eləmək həmişə dava ilə qurtarır.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289415) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация